Uzaq qaraltıdan ilxılar ürküb
Uzaq qaraltıdan ilxılar ürküb,Mənə bir söz göndər səsinə büküb,Bu yaz açılmasa köhnə yaralar,Deməli, hələ də vaxt var, ümid var.
O batan gün deyil, nə isə olub,Qürubun gözünə yenə qan dolub...Qışın buz çağında gələndə bahar,Qorxudan qar üstə çiçəklər açar.
Daha işıq salmır nə günəş, nə ay,Boş beşik başında oxunur laylay,Ömür səhrasının tən ortasındaNeçə işıq ağlar işıq yasında.
Beyninə qan sızıb, ən adi sözün,Gərək ölməyəydin, görəydin özün,Gecənin üstünə biri də çöküb,Mənə işıq göndər bir sözə büküb...
1986
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-uzaq-qaraltidan-ilxilar-urkub
Use ← → keys to move, R for a random poem