Neyləyim
Könül, sevən dost bağına vara bilməm, neyləyim?Açılıbdı taza güllər, dərə bilməm, neyləyim?Bir cananm həsrətindən düşdüm əyyub dərdinə.Dolanıram təbib deyib, çarə bilməm, neyləyim?
Bilən kəslər eşqə düşmək, çox sitəmdir can üçün.Nə qədər ki, dərd-qəm vardı, yazılıbdı mən üçün.Sevmişəm bir mehribanı, nigaranam on üçün.Hərdən-hərdən düşər yada, görə bilməm, neyləyim?
Məhəmmədəm, ərzi-halım budur sizə, qazılar,Xoş halına ol kimsənin könlünü pərvaz elər.Yaradanm kərəmindən belə imiş yazılar.Məskən salıb bu viranda dura bilməm, neyləyim?
Kitabxana.az · https://kitabxana.az/en/works/varxiyanli-mehemmed-neyleyim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Mən tək bahardə hər o şəxsin ki, yarı yox,Bir bülbüli-fələkzədədir kim, baharı yox.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Qəzəl: İkaş eşqi ol bazicə sanmasaydımİkaş eşqi ol bazicə sanmasaydım,Ta avarə-varə axır o odlara yanmasaydım