Ucadan danışmaq da yəqin cəhalətin bir nişanəsidir. Ömrümdə hər nə şikayət var isə mənim, hamısı o məni təngnəfəs edən cəhalətdəndir. Xudaya, nə vaxt biz o zülmətdən xilas olacağıq?!

Sübhdən gözümü açmamış dalandar cənab Kərbəlayı Səfi bağıra-bağıra mənzilə daxil oldu.

– Nədir, balam, nə üçün belə bağırırsan? Yoxsa karvansaraya od düşüb?

– Xeyr, elə iş yoxdur. Ancaq sənin adına kağız var.

– Vay, xanəxərab, elə bundan ötəri bağırırsan?

Ovqatım oldu təlx. Açdım kağızı, belə çevirdim, elə çevirdim. Bəli, gördüm ki, Nuxuda üç nəfər cənabların söhbəti olub, şkol açmaq barəsində. Mətləbi hacı başlayıb, məşədi min manat vədə edib. Pul adı çəkiləndə hacı giriz vurub: “Mən ömrümün əvvəlindən bu günə kimi çalışıb pul cəm eləmişəm ki, birdən işkola min manat verəm?” – deyib... Bəy buyurubdur ki, “pul fəqərəsi ortaya gələndə mənim də elə xoşuma gəlmir”. Xülasə, kari-xeyrə iqdam boş söhbət ilə qurtarıb. Cənab müxbir yazır belə söhbətdən sükut yaxşıraqdır.

Bu kağız barəsində dərvişin bir sözü ola bilməz, ancaq bilmək istərdi o cənab hacının neçə sinni var və kim üçün dövləti qoyub, o dünyaya təşrif buyuracaqlar?..

Cənab hacı! İnsanın ömründə iki təsəllisi var: biri yuxu, biri ümid gələcəyə. Və həmçinin camaatın: genə biri yuxudur, biri də elm oxuyan cavanlar.

Camaatın elm oxuyan cavanlara bircə təsəllisi qalır: yuxu!.. Necə bədbəxt yuxu! Vay balalarımızın halına! Sən istirahət elə, hacı!..

“Həyat” qəzeti, 31 iyul 1905, №40

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca mütəfərriqələr 43

Üzüm tutdum sərvət əhlinə, əlaman etdim: Qardaşlarım! Yazıq balalarımız elmsiz, tərbiyəsiz küçələrdə bisərü pa qalıblar, kömək ediniz, qoymayınız ki, payimal olsunlar... Süründüm əsnaf qapısına, səsləndim: ay yoldaş, gəldim; tüccarə yalvardım: atam, rəhminiz gəlsin millətə, qoymayınız ayaq altında qalsınlar. Nalə etdim ki, ay qardaş:Qonşu köçdü, biz qaldıq,

19111 min
Balaca mütəfərriqələr 44

Doğru buyurursan, kərbəlayı, amma “bağa çanağından çıxıb, çanağın bəyənmir” – məsəlinin qeyri-mənası da var. Bizim ata-babalarımız bir çuğun aftafada darçın, zəncəfil çayı qaynadıb içiblər. Hətta bu növ çay çox adamlara məqdur olmayıb. Qəddin arxalıq, naşur tuman geyib, ayaqda başmaq ilə ömr keçirdiblər. O zamana keçib gedib. Atam, indi çal papaqlar başlarda, ayaqda cır-cır çəkmə, libas ala firəngi. Guya ki bu cənablar Paris darülfünunlarında elm təhsil edib kurs qurtarıblar.Bu sözləri ərz etməkdə mənzurum budur ki, sənə zəmanənin dəyişməyindən söhbət edim. Aşkar görünür ki, ömr və zəmanə insanı həmişə çanaq altında qalmağa qoymur.

19112 min
Balaca mütəfərriqələr 45

Keçən pəncşənbə günü dövrədən mənzilə qayıdan zaman bəndəyə bir cənab rast gəlib mənə hücum etdilər.– Ağa Dərviş! Nə tutmusan bizim yaxamızdan, qardaş, əl çəkmirsən? “Uşaqlarınızı oxudunuz, nicatımız elmdədir” – deyərək bizi təngə gətirdin... Atam, bəs deyilmi?!

19112 min
Balaca mütəfərriqələr 46

– Yenə nə olub, ağa Dərviş, əhvalını pərişan görürəm?– Əhvalım pərişandan pərişandır. Bu gecə sübhədək yatmamışam. Ancaq göz yaşına elə güc vermişəm.

19112 min

Poems by other poets