Balaca mütəfərriqələr 44
Doğru buyurursan, kərbəlayı, amma “bağa çanağından çıxıb, çanağın bəyənmir” – məsəlinin qeyri-mənası da var. Bizim ata-babalarımız bir çuğun aftafada darçın, zəncəfil çayı qaynadıb içiblər. Hətta bu növ çay çox adamlara məqdur olmayıb. Qəddin arxalıq, naşur tuman geyib, ayaqda başmaq ilə ömr keçirdiblər. O zamana keçib gedib. Atam, indi çal papaqlar başlarda, ayaqda cır-cır çəkmə, libas ala firəngi. Guya ki bu cənablar Paris darülfünunlarında elm təhsil edib kurs qurtarıblar.
Bu sözləri ərz etməkdə mənzurum budur ki, sənə zəmanənin dəyişməyindən söhbət edim. Aşkar görünür ki, ömr və zəmanə insanı həmişə çanaq altında qalmağa qoymur.
Amma, kərbəlayı, bizim çox adətlərimiz var ki, bizi o çanaq altından çıxmağa qoymurlar. Məsələn, bizim oğul evləndirib, qız verməyimizə bir bax. Qız evindən hökm gəlir: səkkiz dəst libas, biri zərzərdən, biri zərzibadan, biri xəzriyıxmazdan, biri gəndədurdan, biri şəmsülqəmərdən, biri qayçıkəsməzdən, nə isə... Əlavə bir altı pud şirni, qırx kəllə qənd, iki pud nabat və iyirmi beş xələt. Allah göstərməsin, filan qədər qızıl şeylər. Gəl bunların indi cavabını ver görüm necə boğazın qurumayacaq! Necə “vay, dədə vay!”ın asimana bülənd olmayacaq! Bununla belə o tərəf buyurur: “Mən qızımı əskik tuta bilmərəm”. Bu tərəfin boğazı quruya-quruya deyir ki: “Filankəs oğluna nə tövr toy edib. Mən ondan əskik deyiləm ki! Mən də gərək onun kimi rəftar edəm, hətta bir azca da ondan artıq...” Belədir, kərbəlayı, yoxsa belə deyil?
– Bəli, ağa Dərviş, belədir. Mən oğlumu beş il bundan irəli evləndirmişəm, hələ indiyə kimi onun borcunu verib qurtarmamışam.
– Hə... Bu işə deyirlər: “çanaq altında qalmış”. Qulaq as, kərbəlayı, bu çanaq altında qalmış işlərimizin aqibətini sənə ərz edim: Atam, əvvəla, evlənmək, yəni evi olmaq deyən sözdür. Biz nəinki evi olmaq xəyalındayıq, hətta evi pişəzvəqt bərbad edirik. Saniyən, qız tərəfin hökmlərini bilib evlənmək adını xəyalımıza da gətirməyə cürət etmirik... Odur ki, cavanlarımız kənarda gəzirlər, hərə bir düşəngi saxlayıb dolanırlar. Suçularımızdan başlayıb ta mənim tacsərlərimədək... belə bir pərişan haldır. Kərbəlayı, bu işin aqibətini fikir edəndə bədənimi atəş tutur, cismim odlanır... İndi o cavanlarımızdan sual edirəm: Qardaşlarım! Siz ki xarici qızlarını özünüzə hərəmi-möhtərəm edirsiniz, bəs sizin öz bacılarınız, qohum-əqrəbalarınızın qızları, ya ki millətinizin qızları necə olsunlar?! Məgər siz belə murdar işlərin aqibətini fikir etmirsiniz? Qızlarımız xırdavat satanamı getsinlər, yainki siz qoyan yol kimi xarici oğlanlarına... Bu nə pərişan haldır, kərbəlayı! Dərdim məgər azdır ki, sən də sübh vaxtı bu qəmaludə söhbəti başladın. Allah sənə insaf versin, balam...
“Yeni İrşad” qəzeti, 12 sentyabr 1911, №12
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-balaca-muteferriqeler-44
Use ← → keys to move, R for a random poem
More by this author
Cavahir xanım** (tək, taxt üstə oturmuş, bikef). Pərvərdigara! Sən özün bizə rəhm elə, yamanca yerdə axşamladıq, qəribə, olmayan xataya düşdük... Yazıq anam baş götürüb evdən qaçıb, bilmir nə tövr bədbəxt atama kömək eləsin. Allah evini başına uçurtsun Hacı Salmanın, fəqir kişini yamanca işə saldı... Əgər biçarənin naxoşluğu şiddət eləsə, ona əlac olmasa, belə müsibətə dözmək olmaz, mən gərək özümü diri-diri quyuya salam... Fəqir atam. Yazıq atam. Günü qara anam. Bədbəxt, köməksiz anam. (Ağlayır.)Əşrəf bəy** (daxil olub). Cavahir, nə olub, ay qız, deyəsən ağlayırsan?
İkinci məclisVaqe olur həmin otaqda. Hacı Qəmbər, Əşrəf bəy əyləşiblər.*Əşrəf bəy**. Mən çox təəccüb eləyirəm sizə ki, mənim sözümə inanmırsınız. Mənə nə düşüb ki, sizə yalan deyim. Vallah, billah, necə ki, sizə ərz eləyirəm, elə iş o qaydadadır. Ala bax, bu iki tel: Hacı Salman yazır ki, bu gün üçün sizə qırx beş min manat pul gətirsin. Əvvəlinci telin də məzmunu belədir ki, baramanı straxovoy eləyiblər doxsan min manata, yarısı Hacı Salmanın, yarısı sizin. Burada bir şəkk-şübhə yoxdur.
Üçüncü məclisVaqe olur həmin otaqda. Əşrəf bəy daxil olur.*Əşrəf bəy**. Gəldik çatdıq Mərəndə... İndi bir qoçaq oğlan istərəm burda mətləbi açıb iş düzəldə... Biçarə müsəlmanın hər bir işi daş arasından çıxır... İndi mən neyləyim?.. Avropa əhlinin bu qaydası yaxşıdır ki, oğlan öz xahişini qıza qandırır, qız da elə ata-anasına məlum eləyir, cavab çıxır: bəli, ya xeyr. Vəssalam!.. Bizim işimiz çətindir. Mənim əlacım elə ona qalıbdır ki, özüm mərd-mərdana deyim; hərçənd utanıram, həya eləyirəm... Hərçi badə bad... Ay Allah qonağı istəyən! Ay uşaq, evdə kim var?
Dördüncü məclisVaqe olur həmin otaqda.*Hacı Qəmbər** (tək). Paho, ay!.. Axır ki, Cavahiri yola saldım getdi. İndi görüm mən nə qayırıram... Doğru deyiblər bir cahıllıqda, bir də qocalıqda baş gərm olar. Göz qızışıb, gecə yuxusuz, gündüz əlamanda... Belə ruzgarı uzun çəkməz olmaz... Dünyavü-aləm olub peşəm. Hər bir saat, hər bir dəqiqə, vaxtbivaxt Yetər durub gözümün qabağında... İş düzələr, bir neçə müddət istirahət elərik... Dünya beş gündür, beşi də qara. Süleymana qalmayan dünya kimə qalacaq? (Cəbi daxil olur.) Hə, Cəbi, necə oldu?
Poems by other poets
Dil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Ay ağa səniƏrş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
Doğma musiqiQopardı ruhumu bu gün yerinden,Elimin qəlbindən gələn nəğmələr.