Balaca mütəfərriqələr 11
Bazarı dövr edib mənzilə qayıdan zaman bir övrətə rast gəldim. Yanında iki balaca uşaqla divara söykənmiş, gözləri yaşdı. Yaxınlaşıb sual etdim:
– Bacı, bu pərişanlığa səbəb nə?
– Dərdim, ağa Dərviş, böyük dərddir, – dedi.
– De dərdini mənə, bacı, utanma, mən də sənə qardaşam.
– Qardaş, bihəyalıq edirəm, bağışla. On il bundan əqdəm məni bir qovurmaçıya ərə verdilər. Bir növ dolanırdıq. Mən palaz toxuyub satırdım, o da öz işinə məşğul idi. Üsrət grməmişdik, indi bir neçə müddət olar ki, o bədbəxt uyub bir matışkaya, bizdən üz döndərib, qalmışıq əlamanda.
– Bu gözəl balalardan əl çəkib?
– Bəli, başına dönüm, əl çəkib. Keçən vaxtlar hər axşam bir neçə çörək qoltuğunda, bir kasa dolu qovurma gəlirdi uşaqların yanına. Amma indi biz onun üzünü görmürük. Matışka üçün əlahiddə otaq tutub, yeməkləri, içməkləri bir yerdədir.
– O xanəxərab neçə yaşındadır məgər?
– Olar bir otuz beş-qırx yaşında.
– Məlun, xəsərəd-dünya!
– Mən onu məzəmmət edəndə ki, kişi, Allaha bax, qayıt bu yoldan, mənə sözü bu olur ki... Nə deyim, a başına dönüm, Allah abır və həyasın töksün, məgər deyə bilirəm?..
– Əstəğfürullah, rəbbü və ətubi-ileyh!..
– Matışkanı, deyir, bəyənmirsən? Onun mənə bir çəkmə, corab çıxarmağını dünya aləmə vermərəm, sən nəkarəsən.
– Ya heydəri-kərrar, bu övrət nə söyləyir?
– Dua yazdırmaqdan dəxi təngə gəlmişəm, əlac olmur. Olub-qalanım əldən gedib, qalmışıq sərgərdan. Hər kimə də əl açıram, nalayiq cavabdan savayı bir şey eşitmirəm...
Biçarə başladı ağlamağa, tifillər də qoşuldular ona.
– Ya rəsulallah, belə də müsibət olarmı?
– Uşaqların əllərindən tutub gedirəm o bədbəxtin yanına, diz çöküb yalvarırıq, əlac olmur. Aşkardır ki, matışka ona qarğa beyni yedirib. Nə bilim, dəxi nə yedirib. Yoxsa əvvəldən o belə deyildi. Neçə dəfə bu fikrə düşmüşəm ki, gedib özümü də bu tifilləri də dənizə atıb tamam olaq. Amma genə bu bitəqsir tifillərə yazığım gəlib.
– Kifayətdir, bacı, dəxi artıq dözə bilmirəm, al bu bir manatı, mən qayıdıram meydana, nalə çəkib camaatı başıma yığam, tapıb deyim: o məlunu çəkin bazara, tüpürün onun üzünə, əlacı budur. Bacı, bu iş camaat işidir, kömək camaatdan gərək. Ya heydəri-kərrar, səndən mədəd.
“Həyat” qəzeti, 24 iyul 1905, №36
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-balaca-muteferriqeler-11
Use ← → keys to move, R for a random poem
More by this author
– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə dərin fikrə getmisən?– Əyləş, kərbəlayı! Atam, bilirsən nə var? Səndən bir neçə sual edəcəyəm, ümidvaram ki, dürüst cavab eşidəcəyəm.
Balaca mütəfərriqələr 26– Genə nə fikrə getmisən, ağa Dərviş? Bəs deyil? Məgər bilmirsən ki, el dərdi çəkənin gözlərinə qan damar? Özünü nə üçün öldürürsən, atam?– Kərbəlayı, bağışla məni, bu məsələ köhnə məsələdir və insana layiq deyil. Hər kəs el dərdi çəkməsə, müsəlman qardaş məni əfv etsin, adına öküz demək olar. Yaddan sənə yar olmaz. Əfəndim, çağır ellərin gəlsin...
Balaca mütəfərriqələr 27Neçə kəlmə söz üzvlərimizə**Nuri-didələrim! Neçə gündən sonra təşrif aparacaqsınız Peterburqa. Gediniz, Allah sizə yaxşı yol versin, xudavəndi-aləm sizə yar olsun! Yolunuz uzaqdır, əfəndilərim, işiniz ağır zəhmətli. Gözümüz yolda, nicatı sizlərdən gözləyirik. Yüz ilin ərzində rus məmləkətində bir elə tayfa olmayıbdır ki, onun ixtiyaratı əlindən alınsın, o mərtəbədə nə qədər ki biz bədbəxt həmişə dövlətə müti müsəlmanıq. Ona görə zəhmətiniz həddindən ziyadə olacaq. Əvvəla o köhnə torlara ki biz düşmüşük, parə-parə etməlisiniz. Saniyən, təzə ixtiyarat tələb edib almalısınız. Bu işlərdə nə qədər fikirlər lazım!.. Zəhmət, cidd-cəhd lazım... Siz orada nə etməyi cürət edib ərz qıla bilməm. İş işi göstərəcək. Ancaq yəqinimdir ki, orada cəmi üzvlərimiz labüd gərək toplaşsınlar. Qeyri cürə ola bilməz, çünki cəmi xalqımızın dərdi müştərəkdir. Cümlənizin sədası bir gərək. Xudanəkərdə ayrılıq olsa, işlər zaydır. Gediniz mərdü mərdanə! Giriniz mərdü mərdanə meydana. Dua-sənadan sonra ərz edirəm:
Balaca mütəfərriqələr 28– Salam əleyküm, ağa Dərviş! Oğlan, genə də ovqatını təlx, əhvalını pərişan görürəm. Yəqin isti səni bu halətə salıb...– İsti nədir, qeyri nədir, kərbəlayı, səhv etmə. Müsəlman qardaşlarımızın kəsaləti, camaat işinə kəmmeyl olmağı məni bu hala salıb. İctimai işdə özümüzü kənara çəkib insafın, vicdanın başından basıb, “bizə nə borc” – deyib sakit əyləşirik! Bu zəmanədə dünya işindən xəbərdar olan kəs deyə bilərmi ki, məndən ötdü, qonşuma dəydi, elə bildim ki, saman çuvalına dəydi. Bu gün qonşuna dəyən ox, sabahdan sənə dəyəcək, qardaşım.
Poems by other poets
Ah çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
ملول شد دل ما در شب دراز فراقمگر طلوع کند آفتاب روز وصال
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.