– Salam əleyküm, ağa Dərviş! Oğlan, genə də ovqatını təlx, əhvalını pərişan görürəm. Yəqin isti səni bu halətə salıb...

– İsti nədir, qeyri nədir, kərbəlayı, səhv etmə. Müsəlman qardaşlarımızın kəsaləti, camaat işinə kəmmeyl olmağı məni bu hala salıb. İctimai işdə özümüzü kənara çəkib insafın, vicdanın başından basıb, “bizə nə borc” – deyib sakit əyləşirik! Bu zəmanədə dünya işindən xəbərdar olan kəs deyə bilərmi ki, məndən ötdü, qonşuma dəydi, elə bildim ki, saman çuvalına dəydi. Bu gün qonşuna dəyən ox, sabahdan sənə dəyəcək, qardaşım.

– Tələbin nədir, ağa Dərviş, onu buyur, avam camaatdan əl çək.

– Nahaq danışma, kərbəlayı, camaatımız heç vaxt avam deyil. Ancaq kəsalət bizi basıb. Budur, bax, uprava məlum edir ki, təzədən dörd illik dumaya qlasnı seçmək siyahısı bu iyun ayının 27-də elan ediləcəkdir. Siyahının natamamlığını və naqisatını şəhər qanununun 35-cı fəslinə müvafiq haman gündən iki həftənin ərzində şikayət edib göstərmək mümkündür. İmdi görək əhalidən bir kəs tapılacaqdırmı ki, gedib bilsin o siyahiyə onun adı düşübdürmü ya yox və nə səbəbə! İxtiyaratı axtaran olacaqdırmı?! Əstəğfürullah, heç kəs getməyəcək və öyrənməyəcək. Bu dərd-qüssədir məni bu hala salan, kərbəlayı! Odur ki, başıqapazlı olmuşuq. Kimdir bizi qapazlamayıb qaradavoydan başlamış? Ah, kərbəlayı!

– Xatirinə dəyməsin, ağa Dərviş, sənin özündə də mən heç bir hərəkət görməmişəm, bəqeyr əzşikayət... Fələk kəcrəftardır, deyib durursan.

– Vay, kərbəlayı! Fəda olum sənə, kasıb, qərib dərvişin sözünə kim baxar? Barı ağlamayım da?

– Sən öz borcunu əmələ gətir, basəmər ya bisəmər, vəssalam. Budur, bax, qlasnı seçmə barəsində başladın, axırı nə, ağa Dərviş? Nə üçün danışmırsan, qandırmırsan?

– Mənim yəqinimdir, kərbəlayı ki, bizim şəhərdə əhalidən yüzdən beşi ancaq bilir ki, illik mülki olan şəxsin, məxsusi ya müdamülhəyat, qiyməti min beş yüz manat, ixtiyarı var seçmə məclisinə daxil olub qlasnı intixab etsin. Hərgah, deyək, pulunu cabəca, yainki yarısını vermiş ola.

– Nə vaxta kimi, ağa Dərviş?

– Bu üzümüzə gələn avqust ayının 25-dək. Ticarət əhli bir ilin ərzində patent almış ola baixtiyardır və qəyyumlar, varislərdən biri. Mülkədar zənənlərin dəxi ixtiyarları var o seçmədən səs vermək, ancaq vəkalət üzrə vəkil ola bilər. Öz sahibi, oğlu, yeznəsi, qardaşı, nəvəsi, ayrılmamış oğul, atası əvəzində o məclisə daxil ola bilər. Güdəcik, budur ixtiyarlar. Ancaq kərbəlayı, heyfa ki, yazmaq ilə, vəz etmək ilə iş aşmır. Camaatımız illərlə çox pak-pak gözəl ağıl işlədirlər, amma bifayda. Heyfa! Elm gərək, tərbiyə gərək, qardaşım və bunları əncama gətirməkdən ötəri...

– Dayan, ağa Dərviş! Axır sözün qoy dursun, xudahafiz!

– Biçarə kərbəlayı, pul nəfəsindən qorxdu. Get, get, bədbəxt! Mən öyrənmişəm tənha, qəribanə dərd-qüssə çəkməyə. Allah kərimdi, get!

“Həyat” qəzeti, 23 iyun 1906, №136

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca mütəfərriqələr 49

...Atam, mən kərrat ilə özümə söz verirəm ki, bundan sonra bir kəsin fikrinə qalmayım, çünki deyirəm belə fikirlərdən bir şey çıxmır. Amma nə edəsən ki, olmur, yenə başlayıram fikri.Deyirlər: el dərdinə ağlayanın gözlərinə qan damar... Bu məsələ doğru da olsa, mən yenə fikir etməməyi bacarmıram... Necə fikir etməyim ki, mənim uşaqlarım var. Gələcəkdə onlarla nə faciələr, nə müsibətlər ola bilər? Bu sual məni dərin fikirlərə salır. Oluram bədxab, özüm də yata bilmirəm. Gah gücü dağa aparıram, gah dağdan endirirəm. Nə qədər fikir edirəm, işin axırını yaman görürəm. Cəmi tayfa elmdə, ticarətdə irəli gediblər, mənim övladım isə qalıb geridə. Heç ümid yoxdur ki, onlar da karvana yetişsinlər. Fikir edib qalıram başıma döyə-döyə. O qədər fikir edirəm ki, axırda görürəm guya bədənim yoxdur. Sonra başlayıram özümə təsəlli verməyə. Xəyalıma bir nağıl gəlir: keçənlərdə, bir gün dənizdən bir pəncə görünür imiş. Bu əhvalatı hakimi-vilayətə xəbər verirlər. Ondan sonra başlayırlar pəncəyə tüfəng, top atmağa, amma pəncə dayanır. Tüfəng, top isə pəncəyə əsla əsər etmir. “Bu nə əlamətdir” – deyib camaat həyəcana gəlir. Bir gün bir şəxs dəniz kənarına gəlib iki barmağını pəncəyə tərəf qaldırır, haman dəqiqə pəncə yox olur. Bu xəbər çatır hakimə, o da hökm edir ki, o şəxs gəlsin onun yanına, görək bu necə işdir. O şəxs gəlib hakimə ərz edir ki, o pəncənin fikri bunu qandırmaqdır ki, əgər beş adam camaat işində birləşsə, hər bir şəhərimizin işinə də əncam edə bilərlər. Mən ona cavab verdim ki, iki nəfər də dost olsa kifayətdir. Pəncə mənim fikrimi qəbul edib yox oldu...

19112 min
Balaca mütəfərriqələr 50

Məndən sual edirlər: nə əcəb neçə vaxtdır ki, nə yazmıram, nə danışmıram?Qardaşlarım! Yazmağa qolum yorulub, danışmağa dilim bağlanıb. Əhvalım pərişan, ciyərim şan-şan... Necə ki qanadı sınmış quş uçmağa qadir olmuyub, yerdə tək qanad döyüb sürünər, necə ki, beli əzilmiş, başını gah sağa, gah sola çırpar, mənim də halətim o cürə olubdur... Hal-hazırımızı xəyala gətirib başımı gah sağ dizim üstə, gah sol dizim üstə qoyuram, zor verirəm ağlamağa və keçən babalarımıza yaman deməyə... Lənət oxuyuram o rəislərimizə ki camaatı cəhalətdə, avamlıqda saxlayıb, “dünya beş gündür, beşi də qara” – deyib, ancaq eyş-işrətə məşğul oldular... Necə heyvanlıq, necə bədbəxt halət!.. Rəisimizə baxınız, ruhanilərimizə baxınız... Əlim yorulmuş, dilim bağlı, nə deyim?.. Bircə dəfə, bağışlayınız, bir evdə bir cənaba rast gəldim (keçən vaxtın əhvalatıdır).

19111 min
Balaca mütəfərriqələr 51

...İnsan, kərbəlayı, ömr edib qocaldıqca keçən səhvləri yad-bud edib, çox vaxt öz-özünü məzəmmət edir. Deyir: kaş filan, filan işləri görməyeydim. Filan, filan əməlləri etməyeydim... Buna nə deyirlər, kərbəlayı! “Daldan atılan daş topuğa dəyər!”. Səhvsiz insan olmaz, doğrudur. Amma iş onun qədərindədir. Şəkk yoxdur ki, nə qədər insanın ev tərbiyəsi layiqincə, elm yolu ilə olsa, bir o qədər onun səhvi az olar. Ona görə də ömrünü asudə, xoş, bafayda aparar. Vay o şəxsin övladının halına ki özü cəhalətdə qalıb, ev tərbiyəsinin, elmin faydasını qanmayıb, övladını qaranlıqda qoyub, o dünyaya apara... Belə fərmayiş edirlər: “Keçən günə gün çatmaz, calasan günü günə”. Bilirsən, kərbəlayı, bu sözləri kimlər oxuyur? Zəhmətsiz, bişüur ömürlərini keçirib, çətin günlərə çatmışlar. Bu sözləri mən özgə cür oxuyuram: “Keçən gündən veyl gün olmaz, toplasan babalarımızı bir yerə”. Babalarımızın fikri olub yeyib-yatmaq və bolluca arvad almaq, xoruz, qoç döyüşdürmək, dərviş nağılına qulaq asmaq, ilan oynadanlara tamaşa etmək və belə bivec, layənşüur ömrün adını qoyublar “keçən günə gün çatmaz...” Hay, hay!.. Kərbəlayı, övlada atanın qabiliyyəti çatar, atanın xasiyyəti və hər bir yaman, yaxşı sifətləri.“Aqibət gürgzadə gürg şəvəd,

19112 min
Balaca mütəfərriqələr 52

Nə xoş günlər idi, nə gözəl ruzigar idi! Libas ağ, saçlarım qıvrım, bir əlimdə təbərzin, bir əlimdə kəşkül girirdim meydana...– Mövlayi-mən!

19141 min

Poems by other poets