Balaca mütəfərriqələr 29
Dərvişin fəryadı
Biçarələr, dalında palan, başında mündəris börk, ya dəsmal, libası zibil içindən tapılmış, ömründə hamam görməyən, bir gün tox, bir gün ac, biçarə, bədbəxt, günü qara qardaşlarım!.. Halınız yadıma düşəndə ciyərim odlanır. Xaraba qalsın İran, necə ki qalıbdır. Vəzirləriniz əlimə düşsəydilər, sizləri qətrəbəqətrə düzərdim, qardaşlarım, ərz edərdim cənaba: buyuruz tamaşa ediz bu hala, bu ruzigara, biçarə, sərgərdan, köməksiz qardaşlar! Vətəninizdə insaf, vicdan, rəhm, mürüvvət, namus yox, millət tar-mar olub, vilayətiniz viran... Vüzərayi-İran! Çöküb dizlərim üstə, üzümü tutub xudavəndi-aləmin dərgahına dilisuzanidən hərdəm çıxan əfğanə tapşırıram sizi! Qorxun nalədən, bəd duadan? Eyş-işrətdə ömr keçirib axırı təşrif aparacaqsınız. O dünyada yeriniz məlum. Tarix tutacaq yaxanızdan, cavab istəyəcək, İranı viran qoyub, milləti zar, əli qoynunda, xanlıq etdiniz, nə verdiniz əvəzində? Cavabınız nə olacaq, əfəndilərim?..
Tiryəkinizə lənət, mütrübünüzə lənət, əfsun gəzdirən dərvişlərinizə lənət, yalançı seyidlərinizə, siğəxanalarınıza lənət! Zülmkar, müstəbid hakimlərinizə Allah insaf versin!.. Bağışlayın camaat, yandı cigərim...
– Ağa Dərviş! Nə olub yenə öz-özünə danışırsan?
– Heç rəvadır, vətəndən əl çək, qohum-əqrəbadan, külfətdən əl çək, heyvan kimi fəhləlik et, beş-altı şahı pul qazan, vətənə daxil olan kimi onu da əlindən alsınlar?
– Ağa Dərviş, cavab gözləyirəm, nə olub sənə?
– Sual edirsən ki, oğlan, sənə nə olub vətəndən əl çəkib diyarbadiyar düşübsünüz, o tövr gözəl vətəndən? Cavab nə olur? “Yalansa, xaraba qalsın o vətən”.
– Ağa Dərviş! Qurban sənə, mənəm, kərbəlayı. Cavab ver, naxoşlamısan nədi?..
– Məgər mədəniyyət yoxdur o xarabada? Məgər dəmir yol çəkmək düşvardır, karxanalar açmaq mümkün deyil?.. Vay, vayy...
– Ağa Dərviş! Xanəxərab, ağa Dərviş!
– Tfu sənin üzünə, ey çərxi-fələk, gəcrəftar! Məlik şahın, Şah Abbasın, Nadirin İranı gör necə viran olub? Üləmayi-İran! Fəda olum sizə, hümmət, həmiyyət, qeyrət, insaf, fədakarlıq məqamıdır. İranı batmağa qoymayınız, batarsa, sizin də bizim də, evimiz yıxılar, xanimanımız bərbad olar!
Yoxsa neçə belə illərlə duran dünya olacaq başınıza təng, deyirlər!..
“Həyat” qəzeti, 25 iyun 1906, №137
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-balaca-muteferriqeler-29
Use ← → keys to move, R for a random poem
More by this author
Ey dörd-beş kasa xamraşı, ya düşbərə yeyib beş-altı dəfə “afiyət olsun” eşidib istirahət edən ağalar! Görürsünüzmü altı-yeddi yaşında, cındır libasda soyuqdan titrəyə-titrəyə küçələr divarlarına pənahlanmış tifilləri? Rast gəlibdirlərmi sizə qoca kişilər dalında cındır yorğan balasının əlindən tutmuş, yanında ayaqyalın övrətləri, qollarında tifilləri?– Ay qardaş! Ancaq, Allah xatirinə!
Balaca mütəfərriqələr 56Birinci nalə**Quzğunlar*
Balaca mütəfərriqələr 57İkinci nalə**Berne adlı bir nəfər vətənsiz yəhudi öz kitabında bu sözləri yazmış: “Özümü sevirəm, külfətimi özümdən artıq sevirəm, külfətimdən artıq vətənimi sevirəm”.
Nə əkərsən, onu biçərsən(Qəziyyə, 4 məclisdə)*Əhli-məclis
Poems by other poets
Bir zaman dözməz idik bir neçə saət ətsiz,İndi aylarla qalır güllü-cəmaət ətsiz.
Ey güli-tər, məni xar eyləmədinmi? ElədinEy güli-tər, məni xar eyləmədinmi? Elədin.Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin.
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.