Balaca mütəfərriqələr 52
Nə xoş günlər idi, nə gözəl ruzigar idi! Libas ağ, saçlarım qıvrım, bir əlimdə təbərzin, bir əlimdə kəşkül girirdim meydana...
– Mövlayi-mən!
Xirqəvü səccadəra dadəm bemey,
Əz xərabət amədəm, xümmarvar.
Bir tərəfdən “əhsən, ağa Dərviş!”, bir tərəfdən “al gəlsin ağa Dərviş!..” Bir saat çəkmirdi, həftəlik azuqəm olurdu cəm...
İndi günü qara, əli qoynunda nan-pənirə həsrət... Qapılara düşüb loğma-loğma çörək yığmaq dərviş Heydərin şəninə yaraşmaz, ac da qalmaq olmaz... Bəs nə etməli? Əlac yox, mən də gərək həriflər gedən yolu tutum... Adımı qoyacağam xüsusi müxbir, paytaxtlarda çıxan qəzetlərə teleqramlar göndərəcəyəm... Tel xərci onlardan, hər teldən üç manat bəndəyə... Pəh, pəh, pəh!.. Dörd tel göndərdim, on iki manat cibişdanda... Bazar getsin cər-cəhənnəmə, qəsidə də dalınca...
Yazacağam ki, “qət olmayıb, taun tutmuş kəsəgənlər çatıblar ətraf kəndlərə, mədənlərə, bu gün-sabah dolacaqlar şəhərə. Professor Zabolotnı başını itirib, camaat təşvişdə... Qaçaqaç başlayıb... Qara naçalnik gizlənib, qlava yatıb...
Buradan yazacaqlar ki, dərviş Heydər dəli olub... Tellər başdan ayağa yalandı, taun bilmərrə qət olub, kəsəgənlər çöllərdə səlamət oynaqlaşırlar... Adımı qoyacaqlar “arxixuliqan”...
Çox mənim vecimə idi... Hər nə istəyirlər qoy desinlər, cibişdanım sağ olsun...
Onlar yazırlar yalandı, mən də yazaram ki, xeyr, doğrudu... Çox da bərkə çəksələr, şahid taparam duxançılardan, gədə-güdədən. Onlar da təsdiq edərlər ki, dərviş Heydər ömründə bilməz yalan nədir, qurtardı getdi...
Sağ olsun cibişdanım!
Sağ olsun həmkarlarım!
“Sədayi-həqq” qəzeti, 28 may 1914, №22
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-balaca-muteferriqeler-52
Use ← → keys to move, R for a random poem
More by this author
Əvvəlinci kəndə getdi, vəssalam, şüd tamam. Dövlət duması buraxıldı. Hökm olundu buyuruz təşrif aparız, çox zəhmət çəkdiniz, kifayətdir, bürokratlar! Gözləriniz aydın olsun, bayramınız mübarək! Həmin su, həmin dibçək: çevir tatı, vur tatı.Atam oğlu, qardaşım! Vay halına, hər yetən təzədən oldu ağan. Yaxın gəldi, sal başını aşağa, qoy vursun qapazı. Olmaya-olmaya cavab qaytarsan. Divanbəyi gəldi, başla titrəməyə: “Belədir, ağa, sən buyurandı. Mən nəkarəyəm? Sənin ayağın biləni mənim başım da bilməz, doğru deyirsən, ağa!” Belə gərək olsun cavabın. “Gətir” desə, bilatəxir gəlsin meydana. Onsuz yaramaz, qardaşım! Nə etməli, fələyin üzü qara olsun. Naçalniyə rast gəldin, düş torpağa bir dilimə söylə: “Atam, anam, bacım, qardaşım, çolpa balalarım sənə qurban, a naçalnik. Ayaqlarının torpağına fəda olum, a naçalnik. Evim-eşiyim, mal-dövlətim sənə qurban a naçalnik”. Gətir desə, o saat gətir. Gecə gətirəsən ki, görən olmasın, dəxi məsləhətdir.
Balaca mütəfərriqələr 32– Yer üzünün cənnəti, bimisl gözəl vətən! Laləzar çəmənlərində, soyuq bulaqlarında, laylay çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub, dərd-qüssəyə düçar olmasınlar! Baxınız Dağıstana, uca dağlara, insanı valeh edən tamaşaya, görüz nə hala düşüb! Məzlum, yetim sifətində, kasıb, əlsiz-ayaqsız, naçar ləzgi qardaş! Hanı sənin bir yaxşı mərdanə gəzən günlərin, at belində naz və cürətlə cədəl oynadan günlərin?! Qonaq qabağına şad-xürrəm çıxan günlərin?! Can qardaş! Bəs bir sən söylə görüm nə oldu, siz hansı bəlaya düçar oldunuz?– Köçən köçdü, qocalar getdilər, adət pozuldu, yerlər əldən çıxdı, insan sifətindən bizi çıxardılar... Dərdimiz çoxdur! Hansını söyləyim? Dini-islamın, şəriətin bir tək adı qalıb. Can qardaş! Yaralarıma sən od basdın, bu nə sual idi sən etdin?
Balaca mütəfərriqələr 33Bir amerikalının sualına cavab**Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir:
Balaca mütəfərriqələr 34Badkubənin şiddətli istisi məni vadar elədi üz qoydum vətənə sarı. Orada bir balaca alaçığım da var idi. Dedim həm ziyarət, həm ticarət... Vaqondan düşdüm, əyləşdim dilicana... Yüz verst yolun tozu o mərtəbədə məni təngnəfəs etmədi, nə qədər ki ərrabə sürənlərin bəd hərəkətləri və nalayiq danışıqları... Atlarla tövlədə bəslənmiş adamlardan nə gözləməli?.. Varid oldum şəhərə, bərbad olmuş imarətləri gördüm, səbəbin evi elə-belə bərbad olsun, necə ki bu gözəl şəhər bərbad olub!.. Onunla belə bu bərbad olmuş şəhərdə gecə-gündüz fikrimdə olan qaydaları gördüm, şükürlər etdim...Cavanlarımız camaat işinə məşğul, balalarımız oxumaqda, məscidlər camaatla dolu... Şükür xudavəndi-aləmə!.. Bu şadlığımdan sonra... kaş... o “ticarət”... cəhətini açmayaydım, onda yəqin ki, ikinci vətənə şad-xürrəm qayıdardım. Nahaq yerə pul məsələsini gətirdim araya, əlac yox idi... Mən və qeyriləri nə qədər səy, təlaş etdik, mümkün olmadı... İlan yeyib, əjdaha olmuş ələlxüsus... Pah, pah, pah, onun həmşirəsi heç bir təklifimə yaxın gəlmədilər... Naçar qalıb iclas qurdum... Biri oldu dəstxoşçu, biri oldu kərbəlayı, biri məşədi, biri hacı, biri qızıltəkbənd... Kərbəlayı mərd-mərdanə buyurdular:
Poems by other poets
Şöyle ki anber saçı miskîn olurNe aceb ger cân ana miskîn olur
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
GöstərimAy aşıq, cənbərək meydanına gəl,Mərifət elmində sirri göstərim.
Qəzəl: İçib mey qanə-qanə bağrımı qan etdi ol nov-xətİçib mey qanə-qanə bağrımı qan etdi ol nov-xət,Həvasım qönçəsin gül tək pərişan etdi ol nov-xət