Balaca mütəfərriqələr 53
– Gözlərimiz aydın olsun, ay ağa Dərviş! Məgər xəbərin yoxdur? Qoçubazlığa, nahaq qan tökməyə mübarizə elan olunub... Həmd olsun xudaya! Nə gözəl niyyət, nə gözəl iqdam!..
– Kərbəlayı, bağışla məni! Görünür ki, sən hal-hazırımızdan bixəbərsən.
– Necə məgər, ağa Dərviş?
– O mübarizə puç, xam xəyaldır, əfəndim. Ondan ötrü ki, nə qədər mürtüblər əllərində piyalə və zəng toylarda süzəcəklər, nə qədər ki, cəngilər tək otaqlarda “cigi-cigi” oxuya-oxuya oynayacaqlar, nə qədər ki, o iki cürə aşnabazlıq var, nə qədər ki, ad-san, nüfuz qazanmaqdan ötrü cəlladlıq var, nə qədər büxl, xəyanət var, nə qədər qara quruş üstə boğuşmaq var... piştolar, berdankələr, qəmələr göydə oynayacaqlar...
– Nə söyləyirsən, a kişi? Belə döşünişanlı cavanlarımız, onlara canım qurban, cəmiyyət bina edib, nizamnamə yazıblar, gecə-gündüz çalışırlar...
– Cavanlarımız nahaq o fikrə düşüblər, kərbəlayı... Cəhalət və pul olan yerdə o qan həmişə töküləcək... Cəhalət, pul...
– Bəs necə olsun, ağa Dərviş? Axır belə müsibətə dözmək olmur.
– Doğrudu, kərbəlayı, işlərimiz çox yamandır, müsibət ürək yandıran müsibətdir... Əli vurdu Vəlini öldürdü... Əli gedir katorqaya, Vəli Çəmbərəkəndə. Külfətləri qalır əl-amanda, balaları küçələrdə, analar nə hala düşürlər... Qeyrət, namus... Dilim gəlmir ərz etməyə, kərbəlayı, arifsən, qanarsan.
– Allah xatirinə bəs nə etməli, əlac nədir, ağa Dərviş?!
– Nə etməli Heç nə... Gözləmək gərək ta ki elm sahibi, tərbiyə sahibi analar girsin meydana... Qoy cavanlarımız o mübarizəni ünasın elm və tərbiyəsinə düşmən şəxslər ilə etsinlər, var-yoxlarından keçib analara tərbiyə versinlər. Yoxsa, atam, pul cəhalətlə bir yerdə olanda, bəd əməli sən fövt edə bilməzsən... Qoçubazlığı saxlayanlar məlumdurlar... Kifayətdir, kərbəlayı, beriza xuda, məni artıq danışdırma, xatası var. Qardaş, yazığam, xudahafiz.
“Sədayi-həqq” qəzeti, 7 iyul 1914, №155
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-balaca-muteferriqeler-53
Use ← → keys to move, R for a random poem
More by this author
– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə dərin fikrə getmisən?– Əyləş, kərbəlayı! Atam, bilirsən nə var? Səndən bir neçə sual edəcəyəm, ümidvaram ki, dürüst cavab eşidəcəyəm.
Balaca mütəfərriqələr 26– Genə nə fikrə getmisən, ağa Dərviş? Bəs deyil? Məgər bilmirsən ki, el dərdi çəkənin gözlərinə qan damar? Özünü nə üçün öldürürsən, atam?– Kərbəlayı, bağışla məni, bu məsələ köhnə məsələdir və insana layiq deyil. Hər kəs el dərdi çəkməsə, müsəlman qardaş məni əfv etsin, adına öküz demək olar. Yaddan sənə yar olmaz. Əfəndim, çağır ellərin gəlsin...
Balaca mütəfərriqələr 27Neçə kəlmə söz üzvlərimizə**Nuri-didələrim! Neçə gündən sonra təşrif aparacaqsınız Peterburqa. Gediniz, Allah sizə yaxşı yol versin, xudavəndi-aləm sizə yar olsun! Yolunuz uzaqdır, əfəndilərim, işiniz ağır zəhmətli. Gözümüz yolda, nicatı sizlərdən gözləyirik. Yüz ilin ərzində rus məmləkətində bir elə tayfa olmayıbdır ki, onun ixtiyaratı əlindən alınsın, o mərtəbədə nə qədər ki biz bədbəxt həmişə dövlətə müti müsəlmanıq. Ona görə zəhmətiniz həddindən ziyadə olacaq. Əvvəla o köhnə torlara ki biz düşmüşük, parə-parə etməlisiniz. Saniyən, təzə ixtiyarat tələb edib almalısınız. Bu işlərdə nə qədər fikirlər lazım!.. Zəhmət, cidd-cəhd lazım... Siz orada nə etməyi cürət edib ərz qıla bilməm. İş işi göstərəcək. Ancaq yəqinimdir ki, orada cəmi üzvlərimiz labüd gərək toplaşsınlar. Qeyri cürə ola bilməz, çünki cəmi xalqımızın dərdi müştərəkdir. Cümlənizin sədası bir gərək. Xudanəkərdə ayrılıq olsa, işlər zaydır. Gediniz mərdü mərdanə! Giriniz mərdü mərdanə meydana. Dua-sənadan sonra ərz edirəm:
Balaca mütəfərriqələr 28– Salam əleyküm, ağa Dərviş! Oğlan, genə də ovqatını təlx, əhvalını pərişan görürəm. Yəqin isti səni bu halətə salıb...– İsti nədir, qeyri nədir, kərbəlayı, səhv etmə. Müsəlman qardaşlarımızın kəsaləti, camaat işinə kəmmeyl olmağı məni bu hala salıb. İctimai işdə özümüzü kənara çəkib insafın, vicdanın başından basıb, “bizə nə borc” – deyib sakit əyləşirik! Bu zəmanədə dünya işindən xəbərdar olan kəs deyə bilərmi ki, məndən ötdü, qonşuma dəydi, elə bildim ki, saman çuvalına dəydi. Bu gün qonşuna dəyən ox, sabahdan sənə dəyəcək, qardaşım.