– Mən ki qəti ümid eləməmişəm. Ağa Dərviş, ruzgarımız inşallah belə keçməz.

– Allah eləsin, qardaşım. Ancaq bu halda əhvalımız çox qolaydı. Nə qədər dedikcən qolaydı.

– Şəriətimizdən məhəbbət hökmünə əməl! Budur nicat yolu. Mən ki belə qanıram, ağa Dərviş.

– Bu xəyal, qardaşım, xam xəyaldır. Halva deməklə ağız şirin olmaz, qəpikpərəstlik bizim evimizi yıxıb, gecə-gündüz, vaxtbivaxt fikrimiz-zikrimiz qəpikdir. Atam, anam, bacım, qardaşım, dinü imanım qaraca qəpik deyib durmuşuq. Dama-dama göl olar, qəpik-qəpik yığılıb ağca manat əmələ gələr. Manatlardan dəxi cəm olub, cənab Məşədi Nemətqulular əmələ gəlirlər. Sahibi-dövlət ona görə, sahibi-hörmət, mərhəmət, ələlxüsus, səxavət... O qaraca qəpiyə o qədər məhəbbətimiz var ki, qeyri işlər yadımıza düşmür. Millətpərəstlikdən, vətəndaşlıqdan dəm vururuq qaraca qəpikdən ötrü, qoçuluq edirik genə o qəpikdən ötəri. Qəpik müqabilində vətən nədir, millət nədir, insaniyyət nədir?! Yalandan Quranamı, kitabamı and içmirik o qəpikdən ötəri?! Hər nə, deyirdik, olacaq-olsun, ortalıqda ancaq qaraca qəpikdən olsun. Budur, bax, dükançılar yazırlar ki, əhli-əyalımızın ruzisindən, libasından kəsib üç ildir irəlikiyə altı yüz manat əvəzinə doqquz yüz əlli manat dükan icarəsi veririk cənab... ovun icarədarına. Neçə dəfə gedib o cənaba yalvarıb iltica etmişik ki, bu qədər icarə verməyə tavanımız yoxdur. Ərizəmizi qəbul etməyib bizi qapıdan qovub. Təvəqqemizi bunt (şuriş) hesab edib, divana məlum etməyi xahiş elədi. Budur baqi bizim millətpərəstliyimiz, insaniyyətimiz!

– Doğrudan, ağa Dərviş, belə rəftar islama, şəriətə layiq deyil ha.

– Mülk sahibi böyrü üstə yatacaq, icarədar müftəxorluq edəcək, neçə-neçə külfəti kəsrətdə qoyub, bir balaca fikri qəpikdə namaz qılıb adını da qoyacaqdır ki, mən müsəlmanam. Bəli də, müsəlmansan! Belə düşüb bizim işimiz, əfəndim.

– Demək, o artıq alınan icarə pulu haramdır da?

– İt qanından... Sizdən təvəqqe edirəm, qardaşım, gedib o cənaba deyərsiniz ki, Dərviş qulluği-şərifinizə dua yetirib ərz edir:

Ah əgər məsti nümudi çün şərabi hər həram,
Ol zəman məlum kəşti dərcəhan huşyar nist.

“Həyat” qəzeti, 14 iyul 1905, №28

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca mütəfərriqələr 31

Əvvəlinci kəndə getdi, vəssalam, şüd tamam. Dövlət duması buraxıldı. Hökm olundu buyuruz təşrif aparız, çox zəhmət çəkdiniz, kifayətdir, bürokratlar! Gözləriniz aydın olsun, bayramınız mübarək! Həmin su, həmin dibçək: çevir tatı, vur tatı.Atam oğlu, qardaşım! Vay halına, hər yetən təzədən oldu ağan. Yaxın gəldi, sal başını aşağa, qoy vursun qapazı. Olmaya-olmaya cavab qaytarsan. Divanbəyi gəldi, başla titrəməyə: “Belədir, ağa, sən buyurandı. Mən nəkarəyəm? Sənin ayağın biləni mənim başım da bilməz, doğru deyirsən, ağa!” Belə gərək olsun cavabın. “Gətir” desə, bilatəxir gəlsin meydana. Onsuz yaramaz, qardaşım! Nə etməli, fələyin üzü qara olsun. Naçalniyə rast gəldin, düş torpağa bir dilimə söylə: “Atam, anam, bacım, qardaşım, çolpa balalarım sənə qurban, a naçalnik. Ayaqlarının torpağına fəda olum, a naçalnik. Evim-eşiyim, mal-dövlətim sənə qurban a naçalnik”. Gətir desə, o saat gətir. Gecə gətirəsən ki, görən olmasın, dəxi məsləhətdir.

19062 min
Balaca mütəfərriqələr 32

– Yer üzünün cənnəti, bimisl gözəl vətən! Laləzar çəmənlərində, soyuq bulaqlarında, laylay çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub, dərd-qüssəyə düçar olmasınlar! Baxınız Dağıstana, uca dağlara, insanı valeh edən tamaşaya, görüz nə hala düşüb! Məzlum, yetim sifətində, kasıb, əlsiz-ayaqsız, naçar ləzgi qardaş! Hanı sənin bir yaxşı mərdanə gəzən günlərin, at belində naz və cürətlə cədəl oynadan günlərin?! Qonaq qabağına şad-xürrəm çıxan günlərin?! Can qardaş! Bəs bir sən söylə görüm nə oldu, siz hansı bəlaya düçar oldunuz?– Köçən köçdü, qocalar getdilər, adət pozuldu, yerlər əldən çıxdı, insan sifətindən bizi çıxardılar... Dərdimiz çoxdur! Hansını söyləyim? Dini-islamın, şəriətin bir tək adı qalıb. Can qardaş! Yaralarıma sən od basdın, bu nə sual idi sən etdin?

19061 min
Balaca mütəfərriqələr 33

Bir amerikalının sualına cavab**Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir:

19072 min
Balaca mütəfərriqələr 34

Badkubənin şiddətli istisi məni vadar elədi üz qoydum vətənə sarı. Orada bir balaca alaçığım da var idi. Dedim həm ziyarət, həm ticarət... Vaqondan düşdüm, əyləşdim dilicana... Yüz verst yolun tozu o mərtəbədə məni təngnəfəs etmədi, nə qədər ki ərrabə sürənlərin bəd hərəkətləri və nalayiq danışıqları... Atlarla tövlədə bəslənmiş adamlardan nə gözləməli?.. Varid oldum şəhərə, bərbad olmuş imarətləri gördüm, səbəbin evi elə-belə bərbad olsun, necə ki bu gözəl şəhər bərbad olub!.. Onunla belə bu bərbad olmuş şəhərdə gecə-gündüz fikrimdə olan qaydaları gördüm, şükürlər etdim...Cavanlarımız camaat işinə məşğul, balalarımız oxumaqda, məscidlər camaatla dolu... Şükür xudavəndi-aləmə!.. Bu şadlığımdan sonra... kaş... o “ticarət”... cəhətini açmayaydım, onda yəqin ki, ikinci vətənə şad-xürrəm qayıdardım. Nahaq yerə pul məsələsini gətirdim araya, əlac yox idi... Mən və qeyriləri nə qədər səy, təlaş etdik, mümkün olmadı... İlan yeyib, əjdaha olmuş ələlxüsus... Pah, pah, pah, onun həmşirəsi heç bir təklifimə yaxın gəlmədilər... Naçar qalıb iclas qurdum... Biri oldu dəstxoşçu, biri oldu kərbəlayı, biri məşədi, biri hacı, biri qızıltəkbənd... Kərbəlayı mərd-mərdanə buyurdular:

19072 min

Poems by other poets