– Ağa Dərviş! Salam əleyküm! Oğlan, bu nə vaxtın namazıdır?

– Hacət namazı qılıram, əfəndim, əz bərayi-rəf bəlayi-büzürg.

– Nə bəladır genə, ağa Dərviş?

– Gün bilmərrə batmaq istəyir, gün olmasa yer nə hala düşər, kərbəlayı, ələlxüsus biz müsəlman?

– Vay bər hali-ma. Ağa Dərviş, demək, axır günümüzdür?

– Gün batdı, nicat yolu bağlandı. A kişi, kərbəlayı, bir qəribə, yüz il cürəbəcürə işlərə düçar olub xabi-qəflətdə, cəhalətdə qalıb, indi zülmatı gözləyirik. Cəmi məxluqdan geri, avara, sərgərdan. Bu müsibətlərin aqibəti hər bir qədəmdə sübut: yerindən qalxan “mənəm, mənəm” deyib girib meydana əlində xəncər, belində pişto (revolver), gün keçmir cavan cavan dalınca yox olur və necə oğlanlar! Məgər bu müsibət deyil? Məgər belə ruzigar həmin cəhalətin meyvəsi deyil? Bu gecə vaqiədə, kərbəlayı, qalxmışdım asimana, səslənirdim: müsəlman! Xabi-qəflət kifayətdir, rəhminiz gəlsin övladınıza. Zəmanə elm-tərbiyə zamanıdır, insaniyyət zamanıdır. Qoymuyunuz övladınızı cəhalətdə qeyrilərə əsir, qul. Axır onlar sizin əziz balalarınızdır, rəhm ediniz!

Səsimə səs verən olmadı, endim aşağa, genə səsləndim, cavab çıxmadı. Sübh açıldı, nə gördüm! Kimi hazırlaşırdı can almağa, kimi orta şahı manat üstə xəncər çəkib öz müsəlman qardaşını qətl etmək xahişinə düşmüşdü... Bir neçə hammalı döyülən gördüm. Belə-belə işləri çox gördüm, amma namaz qılıb Allahı çağıran az gördüm... Yuxudan ayılıb ta indiyə kimi namaza məşğulam, qollarımı qalxızıb xudavəndi-aləmin dərgahına yalvarıram: Xudaya! Bizləri cəhalətdən xilas, şəriətimizə mehriban et. Rəhmindən məhrum edib bizləri birəhm qılma, insaf, mürüvvət əta et. Dəxi bundan artıq, kərbəlayı, gücüm heç bir şeyə çatmır, namaz qılıb Allaha yalvarmaqdan savayı...

– Ağa Dərviş, min qərinə vəzi minbərlərdən bir müsəlmana əsər etməyib, indi sən istəyirsən ki, bir füqarə dərvişin sözünə qulaq asan olsun? Səhv etmə, qardaşım.

– Onu bilirəm, atam, ona görə Allaha yalvarıram.

– Nahaq zəhmətdir.

– Bir toxumdur atıram havaya, bitə ya bitməyə.

– Bədbəxt Dərviş, xudahafiz!

– Kərbəlayı, qulaq as bədbəxtlər arasında xoşbəxtlik qeyri-mümkündür. Mən də biçarələrdənəm, nə etməli! Xoş gəldin!

“Həyat” qəzeti, 15 dekabr 1905, №119

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci məclis

Vaqe olur Mirzədadaşın otağında. Gülcahan əyləşib palaz üstündə, corab yamayır. Bir az keçəndən sonra hövlnak Mirzədadaş daxil olur.*Mirzədadaş**. Arvad, dur ayağa. Gör nə gətirmişəm? İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün.

3 min
Üçüncü məclis

Vaqe olur məhkəmə otağında. Baş tərəfdə səndəl və miz, divanbəyi əyləşməyib. Kətillər (skamyalar) şikayətçilər, şahidlər və tamaşaçılar üçün. Fərraş Məmmədəli əlində əski səndəli və mizi təmizləyir.*Məmmədəli** (tək). Cənabi-divanbəyi bir quruş məvacib vermir. Ancaq onu bilir ki, qoy Məmmədəlinin canı çıxsın, hər nə var, mənim olsun... Gədə, bəs mən insan deyiləm? Yemək-içmək istəmirəm, pədər süxtə! Bizim camaat da belə bərk köpükpərəstdirlər ki, itlik etməsən, adama bir zəqqum da vermirlər. Mən də ki, bir gün tiryək olmayanda dünyayi-aləm başıma aylanır. (Qapı döyülür) Oğlan, kimsən?

6 min
Ağıçı

Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həməvəq sərincə yel əsər. Yaz fəsli dağın çiçəklərinin iyin gətirir. Dağın dibində yaxşı bulaqlar var. Bulaqların üstə həmişə növbət gözləyən qız-gəlinlər əllərində səhəng görmək olur. Qabların su ilə doldurub, bir az zarafat edib, səhəngi atırlar çiyinlərinə, kəklik kimi dırmanırlar dağ yuxarı.Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var, çox dərin. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. Hər gün o kahalara cavan oğlanlar ətləs arxalıq, mahut çuxa dolurlar. Ora nə səbəbə gedirlər, onu bilərik öz yerində. Bədircahanın evinə dürüst olur koma demək, çünki bir otaq, bir sandıqdan suvay qeyri təmirat yoxdur.

18758 min
Mənim vaqiəm

– Ay ağa, Allaha bax! A bəy, Allaha bax! A sövdəgər, Allaha bax. Molla, amandır!Bu nəfəslər ilə yuxudan ayıldım. Bir neçə dəqiqə fikrimi başıma cəm edə bilmədim. Axırda məlum oldu ki, vaqiədə Ş. şəhərinə səyahətə təşrif aparmışam. İttifaqən xan qapısına rast düşürəm. Gördüm xan öz oğlanları ilə xam tərlan quşa uçurtma verirlər. Yanlarında bir neçə xanlıq tula. Xanın ağlını (nə danışırsan?!), sözün tərbiyətini kənara qoyaq. Biz öz xanlarımızı yaxşı tanıyırıq. “A gədə, o qırqovulları apar İvan İvaniçə deynən ağam klans eləyir. Dünən arvadı məni şəkəlüdə qonaq edib, ona gərək bir yaxşı şey bağışlayam, xəcalətindən çıxam. Bizim müsəlmanın handa bir yaxşısından İvan İvaniç mənə xoşdur. Arvadı nə, özü nə! Kişilərdə ədəb var, hörmət var. O günləri balaca qızı gəlib əlimdən öpüb “diyada, diyada” – deyə-deyə...”

18766 min

Poems by other poets