Balaca mütəfərriqələr 36
– Salam əleyküm, ağa Dərviş! Atam, nə əcəb səni nə dövrədə görmürük və nə qəsidəni eşitmirik. Axır sən haman ağa Dərvişsən ki, “heydəri-kərrar” – deyib qəsidə başlayanda cəmi bəndələrə lərzə düşürdü. İmdi “girmisən” hücrə küncünə, başına çəkmisən əbanı, dünyadan bixəbər, nə olubdur məgər?
– Əyləş, kərbəlayı, bilirsən, qardaşım, nə var? Mən bir bəlaya düçar olmuşam, özüm də məəttəl qalmışam ki, bu nə qəzadır mənə üz verib...
– Buyur görək necə bəladır, ağa Dərviş?
– Gecə-gündüz, vaxtbivaxt bir bayatı yadımdan çıxmır, gahi sövt ilə, gahi qəlbimdə oxuyub vird edirəm:
Qonşu köçdü, biz qaldıq,
Aman ellər, ay ellər!
Yaman günə biz qaldıq.
Fəryad ellər, ay ellər!
Nə qədər ciddi-cəhd edirəm, çalışıram fikrimdən çıxardım, mümkün olmur... Bu da bir naxoşluqdur, kərbəlayı, adına nevrasteni (zəif əsəb) deyərlər... Öz-özümü məzəmmət edirəm, deyirəm ki, axmaq dərviş, ruznamələrə bax, gör necə nalə çəkib cəhalətdən şikayət edirlər, müsəlmanların məyus, sükunətdə qalmağından ah-zar edirlər. Necə gözəl şeirlər yazırlar ki, adamın başının tükü biz-biz durur, sən bədbəxt də tutmusan bir bayatının ucundan:
Qonşu köçdü, biz qaldıq,
Aman ellər, ay ellər!
Yaman günə biz qaldıq,
Fəryad ellər, ay ellər!
Qorxum orasındadır ki, qəbrə gedənədək bu bayatı məndən əl çəkməyə... Bu yaman dərddir, kərbəlayı...
– Ağa Dərviş, məsləhət görürəm axşamlar bir qədər tiryək atasınız.
– Xa, xa, xa!.. Tiryək məzələsəm, kərbəlayı, sübhədək gərək nərə çəkib haman bayatını oxuyam... Xeyr, iş burasındadır ki, gözümün qabağında durur karvandan geri qalmış sarban, dəvəsinin beli yağır, yükü ağır... Bu necə olacaq deyirəm, xudaya?.. Bir biyabanda karvan uzaqlaşıb, əli bir yana çatmayıb, biçarə sarban fot olacaq... Fot olacaq deyib biixtiyar ağlayıb başlayıram:
Qonşu köçdü, biz qaldıq,
Aman ellər, ay ellər!
Yaman günə biz qaldıq,
Fəryad ellər, ay ellər!
Sonra gözümün qabağında durur cərgədən geri qalmış, öküzləri oğurlanmış köçəri müsəlman qardaş... Göydən yağış tökür, arvadın əlləri qoynunda, balaları gözüyaşlı... Danışmaqla nəfəsim darıxır, kərbəlayı... Bu şəkil gözümün qabağında, biixtiyar ağlayıb yenə başlayıram:
Qonşu köçdü, biz qaldıq,
Aman ellər, ay ellər!
Yaman günə biz qaldıq,
Fəryad ellər, ay ellər!
– Xudahafiz, ağa Dərviş!.. Sənin naxoşluğun bidərmandır, atam. Allah özü sənə rəhm eləsin...
– Xoş gəldin, kərbəlayı! Get, atam, get!.. Mən də ayaqyalın, başıaçıq düşəcəyəm xanə-xanə... Bacılarım, qardaşlarım!
Qonşu köçdü, biz qaldıq,
Aman ellər, ay ellər!
Yaman günə biz qaldıq,
Fəryad ellər, ay ellər!
“İrşad” qəzeti, 8 aprel 1908, №47
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-balaca-muteferriqeler-36
Use ← → keys to move, R for a random poem
More by this author
– Yahu, ya Allah, salam əleyküm. Əhvali-şərif? Oğlan, nə əcəb “Həyat”ın rəsmi-güşadına, yəni açılmasına təşrif gətirməmişdiniz?– Bana priqlaşeniye göndərməmişdilər və bir də, vallah, zanyatiyam o qədər çoxdur ki, sən öləsən abed də yadıma düşmür... Danış görək nə var idi, yaxşımı keçdi? Reç-zad deyən oldumu?
Balaca mütəfərriqələr 2Neçə gün bundan əqdəm bir cavan rast gəlib məndən sual etdi:– Ağa Dərviş, yer üzündən məgər insaf bilmərrə yox olub? Nəfsi-müsəlman nə deyilən sözdür, ağa Dərviş? Rəhm, mürüvvət, insaniyyət göyəmi qaçıblar?
Balaca mütəfərriqələr 3Bu gün də əlimdə nacağ məddah keçib bir evin darvazasının qabağında dayandım. Bir nəfər cavan sədamı eşidib, əlində “Baku” qəzetinin 52-ci nömrəsi mənə yavıqlaşıb, məndən sual etdi:– Ağa Dərviş, siz bilərsiniz, bu necə xəbərdi, bu qəzetdə yazıblar ki, guya bir neçə nəfər adamlar təəccübanə libaslarda döşlərində ərəbi yazılmış nişanələr, başlarında əmmamə, Balaxana kəndində müsəlmanlar arasında görünüblər. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqərəsində həm olublar.
Balaca mütəfərriqələr 4Pəncşənbə günü bazarı dövr edib mənzilə qayıdan zamanı cənabi-sahibkəramət, ağa Rəcəbəli bəndəyə rast gəlib buyurdular ki, ağa Dərviş, bu axşam bir neçə nəfər qonağım var, təvəqqe edirəm siz də buyurasınız. Baş üstə, göz üstə – deyib mən də ağanın qulluğuna təşrif apardım. Mənzildə bir xeyli söhbətdən sonra ortalığa küftəbozbaş gəldi, göftgu şirinləndi... Qonaqlardan biri sual etdi ki, ağa Dərviş, sən bir cahandidə, kühənsal adamsan, buyur görək dünyada nemətlərdən hansı gözəlraqdır?Mən suala cavab verməmiş sahibi-xanə buyurdular ki, dünyada puldan şirin, ləzzətli, gözəl şey yozdur və heç vaxt ola da bilməz. Pulsuz adam Allah vara Ərəstu olsun, ya Bəhlul-Danəndə olsun, nə fayda! Onun ağlından, kamalından nə çıxar. Xeyr, bu dünyanınkı bişəkk-şübhə puldur, canım, pul. Vəssalam, nəğmə tamam...
Poems by other poets
Bir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Cəfərqulu xanın Nəvvab Möhsün Mirzə Məmmədqulu Çakər vasitəsilə cavabıEy seyvid və növcavan sərvər,Bu dünyada sənin cəddin məşhurdur.
پر از دل مپرس، ای پری، من چه دانم؟ز مردم تو دل میبری، من چه دانم؟
AlçaAlçadan özgə məgər yoxdu təamın, Yusif,Alçadan oldu mənə töhfə salamın, Yusif.