Balaca mütəfərriqələr 37
– Ağa Dərviş! İran viran olub?!
Səni görüm sual sahibi, evin tar-mar olsun. Balam, nə üçün mənim naxoşluğumu təzələndirdin?.. Zəf, əsəb naxoşluğu canımı alıb, gecə-gündüz, vaxtbivaxt şeytanlar ətrafımı tutub. Biri çağırır: “İsfahan məra bəsəst”. Birisi deyir: “Ağa Dərviş, mütrüblərə bir tamaşa et”. Həyasız... nifrət edirik. Dilim gəlmir ərz edim... Deyir: “Ağa Dərviş, mərmər sərvincik... Tfu, məlun rəxti-xabdan çıxıb qaçıram dəniz kənarına. Bir kimsə yox, dəli-divanə, bilməm hara gedim. Cin və şəyatin məndən əl çəkmirlər...” Biri qolumdan dartıb hökm edir: “Bax, ağa Dərviş, bu divar altında zərd, zəif, lüt-üryan, başları altında palan yatanlara”.
Elə budur, bax, bu saat gözüm qabağında dəstəbədəstə cahil, qoca fəhlələr dallarında palan... Budur, bax, altı pud yük altında, ayaqyalın, başıaçıq, qan-tərin içində... Vay, vay, fələk! Səbəb, evin tar-mar olsun!
Biqeyrət, binamus, insafı itmiş, vicdanı yanmışlar! Məgər görmürsünüz bu halı?! Bu vətəndən, qohum-əqrəbadan, külfətdən əl çəkib diyarbadiyar düşənləri?!
“İsfahan məra bəsəst, mərmər sərvincik, mütəərriblər...” Ay Allah, mən hara qaçım bu şeytanların əlindən?!
– Ağa Dərviş, zavodlara bax!
– “İsfahan məra bəsəst”.
– Karxanalara bax!
– “İsfahan məra bəsəst”.
– Dəmir yollarına bax!
– “İsfahan məra bəsəst”.
– Paraxodlara bax!
– “İsfahan məra bəsəst”.
Əstəğfürullah rəbbi ətubi və ileyh...
– Ağa Dərviş! Mərmər...
Sakit olun məlunlar, kefə... əbləh. İsfahan nə üçün sənin olsun? İran nə üçün sənin olsun? İran İranındı, həpənd, sənin deyil!
Bir baxın bu gələn selə, İran tərəfə bir nəzər et! Məlun, gör necə tufan qovuşub dağları aparacaq!.. Sel gəldi, qaçın!.. Məngənəyə qoyulmuş millət axır nəfəsində zindani-əsarətdən çıxar!..
Sel gəlir, qaçın!
Ya heydəri-kərrar, səndən məded!
“Tazə həyat” qəzeti, 15 iyun 1908, №144
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-balaca-muteferriqeler-37
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy əyləşib səndəli üstə, tək.*Rüstəm bəy** (tək). İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı heç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt. (Təbəssümlə) Hmm... Görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə.) Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın? O mən deyiləm. (Uzun səktə, çağırır.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (Əlin vurur başına.) Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!..
İkinci məclisVaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə, qabağında miz, miz üstə bir cüt yanan şam, dəftərlərə baxır.*Fəxrəddin bəy** (tək). Mənim ağlım heç kəsmirdi ki, karixeyirlər, bizim molla demişkən, bu tezliklə tamam oleydilər. Allah qoysa, bir üç-dörd ilin içində bağ da hazır olar və onun mədaxili məktəbxanaya və azarxanaya kifayət elər; məndən artıq xərc istəməz... Sonra... Səadət xanım qolları çirməkli, dəstə haçar belində, gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy də özü həmi bağban, həmi dirrikçi, həmi məktəbdə müəllim... Pis ömr deyil, hərgah qəza bivəfalıq etməsə. Görək, Allaha pənah! (Səktə.) Hacı Murad! (Çağırır. Hacı Murad daxil olur.)
Üçüncü məclisVaqe olur Cahangir bəyin bağçasında. Cahangir bəy tüfəngə söykənib, bikef durub ayaq üstə.*Cahangir bəy**. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır... Allahın bir bəlasıdır ki, düşmüşəm: yemək yox, içmək yox, bir dəqiqə bir yerdə fərağat oturmaq yox... Mal-dövlət tarac oldu getdi, özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın? (Səktə.) Nə qədər özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra Səadət adı çəkməyəcəyəm, olmur... Dəli-divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm o ətraflarda gəzirəm, gəzirəm, yorulub axır nəfəs geri qayıdıram... Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam. Neyləyim, Rüstəm bəy evini eləyib bir Qars qalası, yaxın getmək olmur ki, qızı güclən aparasan, ya ki, özün vurub öldürəsən?! (Uzun səktə) Nə olardı, xudaya, mənim bu divanə məhəbbətimin yüzdən biri Səadətdə olaydı. Hay-hay, hay-hay! Nə qədər Fəxrəddin bəy gəlməmişdi, mənim genə az-çox ümidim vardı, indi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac... Tamam el-oba mənim adımı Məcnun qoyublar. Əlbəttə, mən divanəyəm. Hərgah divanə olmasaydım, Səadətə təəşşüq yetirməzdim... Mən hara, o hara?.. Səadətin məkanı asimanda gərək oleydi... Hurilər içrə Allah onu yaradıb mənim kimi divanə üçün xətavü bəla... Neyləyim, bilsəm ki, baş götürüb getsəm, bu bəladan xilas ola billəm, vallah elə bu saat itərəm; amma bilirəm ki, məqdurimiz bu gün gedib sabah geri qayıdacağam genə o qapıda sürünməyə. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir: gərək Fəxrəddin aralıqdan götürülə yoxsa ayaqyalın, başıaçıq, dərələrdə, təpələrdə Məcnunam ki, Məcnunam.
Dördüncü məclisVaqe olur qaranlıq gecədə, Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüfəng.*Şahmar bəy**. Yamanca qaranlıqdır, göz-gözü görmür. (Ətrafa baxır.) Hacı Murad, Xəlil... (çağırır.) Birisini diri tuta bilsəydik, nə yaxşı olardı?.. Onda Rüstəm bəydən bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırardım işə, necə ki, o mənim əmilərimi işə saldı, qulaqları cırıldaya-cırıldaya gedərdi, biryolluq canımız qurtarardı... Hacı Murad! (Çağırır.)
Poems by other poets
ولی همچو محمود کو پاک بازی
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Əcəb yüzin görən necə qılar tabƏcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.