Balaca mütəfərriqələr 38
...Məzəmmət yeri yoxdur, kərbəlayı, ixtiyar özümdə deyil... Mən nə edim, aşkar gördüm ki, vətənim, gözəl vətənim İran viran olur.
İndiyədək padşahlarımız eyş-işrətə məşğul olur, bilmərrə bədbəxt vilayəti atıblar. Cəlladlar əlində günü-gündən zillətdə, axırın bu hala düşüb mənim yazıq vətənim, biçiz vətənim!.. Bizlərdə əgər insaf, mürüvvət olmuş ola, daşürəkli gərək olmuş olaq ki, belə müsibətə qan ağlamıyaq... Bir yerdə ki qırx gün ulaq üstə Tehrana kömür gələ, bir vilayətdə ki hər şeydə möhtac olasan əcnəbi tayfalarına, qazanc yeri bir kişmiş ola, bir düyü; əlbəttə, əcnəbilər, qanını içəcəklər, günü-gündən müflis, günü-gündən məzlum, yazıq vətən!..
Bu halətdə ola-ola bədbəxt tayfanın qazandığını da əlindən alırlar... Kərbəlayı, and olsun mövlaya, mən hər qədəmdə ki İran fəhlələrini görürəm, libas əvəzində cod bez torbasının içində, dalında palan, bağrım çatlamağa gəlir, ağzıma gələn föhşü İran idarəsinin haqqında hər dəfə deyirəm. Gərək namus olmasın, qeyrət olmasın, insaf-mürüvvət olmasın ki, belə hala davam gətirəsən. Bircə fikir elə, kərbəlayı. Bir tək Bakıda otuz mindən ziyadə İran fəhlələri var. Bunların hərəsi ildə öz vətəninə iyirmicə manatlıq xeyir versə, yarım milyondan artıq edər... Bu biçarələr yay fəsli biçindən sonra qızdırmaya düşüb milçək qırılan kimi çöllərdə, küçələrdə Quransız, qohum-əqrəbasız ölürlər... Mərhum Nəsrəddin şah Badkubədən keçib Avropaya səyahətə gedən zaman mən o fikrə düşmüşdüm ki, cəmi burada sakin olan fəhlələri topluyam vağzaldan Tumanyansın evinədək. Hər tərəfdən, bəsər cərgə, dallarında palan, başlarında bir çirkli dəsmal, ayaqyalın, necə ki vardırlar, şah ötəndə ona salam versinlər. Baş tutmadı... Böyük müsibət burasındadır ki, bu otuz min fəhlələr arasında beş nəfər əlifba bilən yoxdur, kərbəlayı! Mən necə yaman deməyim belə idarəyə? Bir tək vücud öz eyş-işrətindən ötrü yeddi-səkkiz milyon rəiyyəti bu hala salmağı. Barı eyş-işrət heyvani olmuya. İnsafdırmı?
And olsun vicdanıma, əgər qadir olsaydım, cəmi İran hakimlərini bir gündə yer üzündən götürərdim. Nainsaf uşaqları, məgər bu bərbiyabanə düşənlər, acından, zülmdən qaçanlar sizin din qardaşınız deyilmi? Bu qədər binamusluq, biqeyrətlik olarmı, beş gün ömürdən ötəri öz vətənini bisərü saman qoyasan!
Bədbəxt, gözəl vətənim, yeddi milyonun müqabilində min nəfər cəllad, top və tüfəng də olsa, bir şey bacarmaz. Birləşin, amandı, vətən əldən gedir! Elə bilin ki, bir biyabanda qızdırmadan qırılırsınız... Eybi yoxdur, ta pərişan nə şəved kar besaman nərəsəd... Fəramuş etməyin, qardaşlarım, Vətən yolunda ölməkdən gözəl ölüm yoxdur... Səhraları qanla sirab edin ki, sünbüllər uzun bitsin!
Qoca dərviş xudavəndi-aləmin dərgahından duaçıdır. Yatmayın, qardaşlarım! Allah sizə yar olsun. Ya rəb! Dərvişin duasını müstəcəb elə!!!
“Tazə həyat” qəzeti, 26 iyun 1908, №145
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-balaca-muteferriqeler-38
Use ← → keys to move, R for a random poem
More by this author
“Həyat”ın 117-ci nömrəsində Bakıda müsəlman teatrının binası barəsində yazdığınız məqaləni oxuyub artıq təəccüb etdim... Məqalədən belə görünür ki, guya Bakıda müsəlman teatrının əvvəl binasını siz cənab qoymusunuz... İxtiyarınız var mənim canıma və malıma... Bunu özünüz çox yaxşı bilirsiniz və mənim cəmi yoldaşlarım və aşinalarım bilir mənim sizə olan ixlasımı. Amma ancaq... fəda olum sənə, Həsən bəy! Mənim millətə olan qulluğumu puç etmək ixtiyarını mən heç kimə verə bilmərəm, çünki mən tamam ömrümdə millətə etdiyim xidmət mənim üçün tamam ömrümdə əvvəl və axır bir təsəllidir. Bu təsəllini mənim əlimdən almaq mənim üçün böyük zülmdür...Teatrın binasını mən qoymuşam... Hərçənd teatr binasını etmək təklikdə özü bir böyük xidmət deyil millətə, amma çünki biz müsəlman çox yetim olmuşuq və cəmi məxluqdan geri qalmışıq, ona görə bu bir balaca işin binasını kasıblıqda böyük dövlət hesab edib, ondan əl çəkə bilmərəm...
“Ölülər” haqqında rəy“Ölülər”dən alınan təsir tamdır. Bu əsərdə olduğu kimi cahil şeyxlərin təəssüb və şarlatanlığı heç bir zaman qamçılanmamış və qamçılana bilməzdi də. Yalnız şeyxə müqabil çıxarılan kefli İskəndər, məncə, əsərdə olduğundan ziyadə şeyxi tərzil etməli, hiylələrini daha şiddətlə üzünə vurmalı idi. Fəqət təkrar edirəm ki, “Ölülər” draması həyatdan alınmış, iqtidarla yazılmış, tam təsir bəxş edən bir əsərdir.“Açıq söz” qəzeti, 1 may 1916, №173*
“Ölülər”Cümə günü Tağıyev teatrında oturdum və “Ölülər” pyesinə diqqətlə baxdım. Pyesin əsas qəhrəmanları – bir tərəfdən təhsilli müsəlman, kefli İskəndər, o biri tərəfdən “ölüdirildən” Şeyx Nəsrulladır ki, onu şeyxin möcüzəsinə inanan, hər dəqiqə əlini və ayağını öpən avam camaat əhatə edir... Camaat öz yaxın adamlarının diriləcəyinə inanır.Sarsıdıcı və eyni zamanda çox kədərli bir mənzərə.
TeleqramÖz qayeyi-amalı kimi millətinin zehnində də əbədi qalan millət şairi və müəlliminin ziyasını ürəyimin ən dərin guşəsində hiss edirəm.“Sədayi-həqq” qəzeti, 8 fevral 1915, №29*
Poems by other poets
Zahid ki, məscid içrə öziçün məkan tutub,Bayquşdu kim, xərabə ara aşiyan tutub.
BayatılarGötürdü göy at məni,Saxladı Sayat məni,
RomansDünən gecə sevincim uca dağlar aşırdı,Bu gün isə kədərim olmuş dənizlər qədər.
Uca dağlarKönlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.