Abşeron haqqında dastan…
Çox dedilər, az yazdılarBəyaz saçlı AbşerondanUzun illər əl çəkmədiBiganəlik AbşerondanNeçə şair mahnı qoşduVəsf elədi AbşeronuXəzərimsə daşdı-coşduQucaqlayıb Abşeronu«İblis»dən qorudu onuAbşeronum –yarımadaMöhtac deyil heç bir adaÖğuzların yurdu bu elUzandılar min-min yad əlBu torpağın sərvətinəNemətinə, dövlətinəTürk torpağı, Əfşar yurduQeyrətindən qala qurdu
Yadellilər ona basqın etdilərQeyzləndi, qəzəbləndi AbşeronTamahkarlar sərvətini güdərkən,Sinəsiylə sədd yaratdı AbşeronHər saat şimaldan əsdi səmumlarArd-arası kəsilməyən hucumlarAbşeronun nələr çəkməmiş başı,«Xəzri»ni o doğdu düşmənə qarşıBakının küləyi onun ruhudurKədərinin, qüssəsinin ahıdır
Mən Bakının küləyini, tufanlara dəyişmərəmMən Bakının küləyini, milyonlara dəyişmərəm
Sovet alimləri AbşeronumunŞanlı bir tarixin əyib qaraltdıTürk soylu, türk köklü ulu babamınƏslin gah «məcus»a, gah farsa qatdıAbşeronlu əhaliyə ikrah ilə «tat» dedilərDininə də böhtan atıb, min dənə irad dedilər
Nə yaxşı ki, ad verdilər, sahilində bir oteləBakıdakı musafirlər, soruşurlar maraq iləMehmanxana üstündəki, bu qəribə sözlər nədir?
Deyirəm ki, ay qardaşım, əfəndim, canım, ciyərimGəl sənə mən Abşeronun tarixindən xəbər verimŞurəvini vaxtı ilə dolandıran bu məkandırTorpağının altı-üstü, sərvəti bol bir cahandırAbşeronun nefti ilə min-min illər dolanıblar«Soyuz» adlı raketalar kəhkəşana yollanıblarVaxtı ilə bu vətənə ikrah edən, bəyənməyənKontraktda imza atar, nefti üçün, qazı üçün
Hesab açır, funt-sterlinq-dollar verir, ləyən-ləyən
Xəzər ağuşunda, Xəzər qoynundaBir köhnə şəhər var, bilinmir yaşıMin bir sirr yatır şəhər qoynundaUzun bir tarixdir onun hər daşıTaleyin bu acı, sərt oyunundaNə qədər şəhərin ağrıyıb başıBəzən ah-naləsi ucalıb göyəƏgər dil açsaydı onun yaddaşıBitməz söylədiyi sonsuz hekayəBu sirli şəhərin adı BakuyəBakuyə – ər şəhər, basılmaz qalaMin-min təcavüzkar salıbdır yola«Bakuyə» dünyanın ən gözəl yurduBurda ancaq türklər binələr qurduFarsın isə, fəqət, dili yayıldıYarın bilən böyük alim sayıldı
Daş üstə salınmış qaya ucundaMin-min möcüzə var şəhər içindəDaş şəhərdə möhkəm-iri qalalarBu qalalar çox görübdü bəlalarDünyalara səs salmışdı BakımızDüşmənlərdən bac almışdı BakımızQətran yataqları, neft bulaqlarıİki yüz nər yükü neft qoparardıYüklərdilər qətranı uşaqlaraDaşıyarkən yaxına, uzaqlaraNeft hamını Bakıya çağırırdıYadellilər “neft” deyib bağırırıdı.Bənzəyirdi neft yasəmən yağınaHörmət göstərirdi hər qonağınaMüsafirlər heyran idi Bakıya,Çox ölkələr karvan idi Bakıya.Xoş niyyətlə gələnləri qırmazdı
Millətin kim, dinin nədir, sormazdıBakı əhli, riya, yalan bilməzdiBir qonağı o narazı qoymazdıQonaqlar da Bakıdan heç doymazdıBakı sanki qiymətsiz bir ləl idiƏn bahalı cəvahir-gövhər idiƏtrafında yamyaşıl bağlar vardıQənşərində vulkanlı dağlar vardıYanar dağlar, hey püskürər sönməzdiOd şəhəri əyilməzdi-dönməzdiYollar boyu uzanır, zümrüd üzüm bağlarıYaşıl fənər tək yanır, şah-əncir yarpaqlarıBakımıza səs verir xəzrinin vıyıltısıSanki mərcana dönür bu zəngin Xəzərdə su.Vətənə həvəs verir, Abşeronun ağ duzuBizlərə nəfəs verir mavi Xəzərin özüBakı vətənin gözü, Bakı vətənin üzüPeyğəmbərin hər sözü hamımızın qəlbində«Əli ayağı»nın izi, o Buzovna kəndindəBabamızın babası, Bakıxanov yazırdı:Burada yaşayırmış qədimdə «missigetlər»Düşmənlə savaşırmış, türk əsilli elatlarMaştağaya bir vaxtlar, əsilzadə bir kübarQədim Alban knyazı, etmiş bir zaman səfərQalmış burdan çox razı, daha geri dönməmişElə o vaxtdan burda muğamata, qəzələƏruz vəznli şerə, məhəbbət heç sönməmiş
Balaxanı – kiçik xan, xanların balacasıAmma zəngin, növcavan, sənətkarlar bağçası
Kürdəxan – girdə xındır, havası bir dərmandırQızları çox namuslu, igidləri aslandır
Suraxanı bacıdır, qardaşların tacıdırQədim «Atəşgah» burda, ən qədim torpaq burdaQızları dağ turacı, oğlanları «qoçu»durNovxanı – növhəxanı, suyu min dərdə dərmanGəzsən bütün dünyanı, tapmazsan böylə məkanÇillənib ağ şanısı, günəşdən alır nuruMərd olub əhalisi, əcdadları çox uluTorpağının misli yox, insanları «ağa», «xan»Nə qədər də abdaldır, «xan» adına xor baxan«Xan» böyüklük deməkdir, «xan» başçılıq deməkdir«Xan» bir elə-obaya, ən güclü bir dirəkdir
«Bəylik»də türkə məxsus, «xanlıq»da türkə məxsusən humanist duyğular, insanlıq türkə məxsus
Fatmayı – el harayı, ətraf kəndlərə dayıMöcüzədir baharı, gözəldir qışı – yayıBurada sarı əncir, təbərrikdür – ehsandır,Üzümü baldan şirin, hər bir dərdə dərmandır.İnsanları zəhmətkeş, əlləri düz – halaldırFəqət insanı daim, halal zəhmət ucaldır
Pirşağı - kəndlər şahı, qədim oğuz torpağıPirşağı, ata yurdum, babamın səcdəgahıPirşağı – pir uşağı, Pirşağı – cənnət bağıPirşağı – göy qurşağı, min-min rəngli gözəl kəndAbşeron yaraşığı, «Qızıl qum»lu səltənət
Binəqədi – qədim insan məskəniMöcüzəsi heyran edibdir məniYaşayıb burada milyon il öncəMamont, boz kərkədan boyu çox ucaHələ eramızdan çox illər əvvəlYurd salıb burada köçəri türklərBinəqədi – qara qızıl mədəniNeft qoxuyur duzu, çölü, çəməni
Türkan – türkün çox qədim obasıdırSanki bura nağıllar dünyasıdırBir gövhərsə onun saf havasıdırOna şərəf qızların həyasıdırZirə kəndi – sudur düz üç çevrəsiQiymətsizdir zəfəranı – zirəsiQarpızına mat qalıb yer kürəsiBurda oxur Xəzər öz təranəsin
Saray kəndi çox gözəl bir saraydırBurda qış da bir bahardır – bir yaydırİnsanında min-min keyfiyyət saydımKişiləri Rüstəmi – Zala taydır
Kəndlərdən birinin adı Coratdır,Yaradan bu kəndi gözəl yaratdı.Kəndin hər diləyi, arzu – muraddırO yaxın kəndlərə, qoldur – qanaddır
Nardaranım – nur dalanım
Zəvvarlara – yar dalanımQərib İmam – RzadanBizə miras qalanımBurda yatır, imamımın bacısıBurda gedir dərdlərimin acısıNə qədərdir «Məşədi»si, «Hacı»sıSegah üstə ağlayırBurda cavan, qoca da«Muğam» üstə köklənibBöyük də, balaca daŞer, sənət beşiyiDinimizin keşiyiBir məktəb, mədrəsədirSənətkarçün NardaranTarix dərsi öyrənirÖz kökünü axtaranTəziyədə növhəxanToylarda da xanəndəKəndin Allah eşqiniSeyr edəsən sən gendənKişilər növhə deyirŞəhid İmam Hüseyndənİman əhlidir hamıQocası – cavanıylaAllaha bağlanıbdırOnlar bütün canıyla
Bilgəhin xar tutu dərmanSanki meyvə yox, qandır-qanQonaq gəlsə hər bir insanBilməz necə keçib zaman
Seyr eləsə MərdəkanıHeyran edər hər insanıO bir gözəllər gözəliBir gülüstandır hər yeriQucaqlayıbdır hər yeriQucaqlayıbdır XəzəriMərdəkanın cah-cəlalıMəst eləyir könülləri
Şüvəlan – qədim obamızHər daşı bir qeyrət – namusBurda yatır milyonlaraŞəfa verən övliyamız
Məsum, Mirmövsum ağamız
Buzovna canlı – səlnaməCanlı tarix, oğuznaməArtıq yetişib zəmanəŞair də gəlib ilhaməNeçə dəftər, neçə kağız qaraltdıAbşeronun dastanını yaratdı
Bakı ruzu – bərəkətdirBakı qürur – əzəmətdirİçəri şəhər bir tarixQız qalası səlnamədirSən Bakıya göylərdən baxSanki nağıl, əfsanədirCavanları tökmə bədənQızları dünya gözəliHeyran olur gələn gedənYoxdur Bakının bənzəriKüçələri hamar – hamarŞəhər günəşdən nur əmərAbidələr billur – billurMöcüzələr gözü yorurAbşeronun dirəyidirMəmləkətin ürəyidirQonaqları axın-axınVətənləri uzaq-yaxınElin halal çörəyidirMöhtacların köməyidirElin düşünən beyniVuran nəbzi, coşan qəlbiAdı köhnə, özü yeniCoşur şairin də təbiHeyran edir Bakı onuVəsf eləyir AbşeronuAbşeronda əsrlərdirXəzər coşur, xəzri əsir
Bakıda dost saydığımızDemə min-min düşmən gəzirNə qədərdir erməni, rusHərəsi bir xain iblisAman Tanrım, bu nə səsdir«Qorbaçov»un qılıncınınÖnü, həm də dalı kəsir
Saldırıb, «Mənfur Ordu»nuQana boyada Bakını
Şəhidlərin dəfninəsəMilyon-milyon insan gedirAl-qırmızı qərənfillərŞəhidlərə ehsan gəlir
Oxunur «Yasin» surəsiUcalır azanın səsiBəşərin ən unudulmazƏn dəhşətli faciəsi
Düşmən getdi QarabağaErməni, rusun köləsiQəlbimizdə yara olduQarabağın hekayəsi
Nardaranda millət coşduMaştağada qeyrət coşduOn kafirə qan uddurduBakılının bir dənəsiZabrat qalxdı, Bilgəh qalxdıƏli tüfəng tuta bilənDəstə – dəstə ora axdıPirşağının cavanlarıNovxanının aslanlarıKürdəxanı qaplanlarıKafiri yandırıb yaxdıFatmaylılar, saraylılarBinəqədlilər «çaylı»larTürkanlılar, digahlılarTorpağa təcavüz edənErmənini vurub yıxdıMinlərlə şəhid verdıQarabağda AbşeronumAmma «milli qəhrəman»aBu cür fəxri ada layiqLayiq görülmədi abşeronlumAdi bir küçəyə, bir lövhəyə dəGörülmədi abşeronlumİndi artıq xalqın ahuzarıdırŞəhid məzarıdır onun hər yeri
Ey yavrum, bağımızdan üz qərənfiliŞəhid məzarına düz qərənfili
Gözəl deyib türk şairi Mehmet AkifBayraqlara bayraq yapan üstündəki qandır,Torpaq, əgər uğrunda ölən varsa, vətəndir.
Abşeronda güllər açır, güllər solurAbşeronda ağsaqqallar qəmə batırAğbirçəklər, qız – gəlinlər saçın yolurQarabağ keçdikcə düşmən əlinəHər kəsin ürəyi acıyla dolurBəs günahkar kimdi görən?Bilən bilir, hey susurlarHaqsızlığı vecsiz – vecsizKənardan niyə pusurlar?Yalandan «Qarabağ», «Vay» deyə – deyəSatdılar vətəni qara qəpiyə
«Tayfabazlıq», «Yerlibazlıq»«Biz düşmənə, kafirə yox,Millətimizə məzar qazdıq»
İkrah ilə «qədeş» deyənNadanlara, xəbislərəGöstərim tarı, kamanı,Valeh olur vallah hamı«Qədeş»lərin ifasındaMuğamlara, qəzəllərəMüəssəmə, təcnislərə«Qədeş» vətənə gərəkdir«Qədeş» ata, - ər deməkdir
Abşeronun övladlarıElin arzu - muradlarıOğulları, həm qızlarıİnsanlığın ulduzlarıDahiləri, istedadıYox eləmək mümkün deyilAzərilər bu şanlı xalqİstedaddan köynək geyir
Bakı Vahidin vətəniBakı Səttarın vətəniCahangirin ana yurduTofiqin günəşi – oduQarının ilham pərisiHacbabanın canlı səsi
Ağaxanın zəngüləsiZeynəbin şirin nəfəsiƏlbabanın hər kəlməsiMən sənə qurban BakımızMən sənə heyran Bakımız
Vahid şerimin VüqarıBir Füzuli yadigarıEşq saçardı hər şüarıVahidə canan Bakımız
Səttarın hər bir tablosuHəyatın bir güzgüsüdürSəttar sənətin özüdürOna mehriban Bakımız
Cahangirin yox əvəziHeyran qalıb yer kürəsiCoşanda ilham pərisiYusifi – Kənan Bakımız
Tofiq Quliyev ölməzdirMahnıları bizə dərsdirO əvəz olunmaz kəsdirTofiqi sevən Bakımız
Qara Qarayev örnəkdirMusiqisi bir şimşəkdir«Yeddi gözəl» isə təkdirQızları ceyran Bakımız
Hacbabanın «şur-şəhnaz»ıQəflətdən qopardı biziKökmüzə apardı biziQədim bir məkan Bakımız
Əlbabanın xoş avazıSevdalara saldı biziOvsunladı qəlbimiziQəlbimə sultan Bakımız
Oxuyanda Zeynəb xanımDamarımda dondu qanımBöylə səs olarmı, canım?Dillərdə dastan Bakımız
Ağaxan mömin bəndədirMisilsiz bir xanəndədirEşqi bütün vətəndədirÖzü «ağa», «xan» Bakımız
Bir məktəbdi xanım – ŞövkətSəsində ülvi məhəbbətBu nə hikmət, bu nə qüdrətSanki kəhkəşan Bakımız
Elmira xanımın səsiSanki bizə lay – lay deyirO sənətdən min don geyirLibası ürfan Bakımız
Məmədbağır bir qığılcımSəsini şərbəttək içimOxuduğca yanır içimOduna yanan Bakımız
Əhsən müəllim çalardıÇaldığça gözüm dolardıKeçmişlərə baş vurardımTarixi ümman Bakımız
Firuz çalır həzin – həzinHeyrətdən yaşayır gözümBu kədərə necə dözüm?Göyləri duman Bakımız
Möhlət çalır, ruhum uçurSanki günəş muğam saçırQış ikən çiçəklər açırRüzgarı yaman Bakımız
Hacı Ədalət birinciydiÇalğısı gövhər – inciydiDühaların ən gənciydiTez verdi qurban Bakımız
Fəzrəddindən «rahab» duydumSanki röyada mən uydumDüşündüm ki, muğam – oduTar ilə kaman Bakımız
Şəfiqə, çal kamançanıAğlat, cavanı – qocanıFəryadın tutsun hər yanıDərddən ağlayan Bakımız
Mirnazimin kamançasıSanki qız – gəlin xonçasıÇalğısı güllər incəsiGündə toy – nişan Bakımız
Ələkbər bir mücgan oxuBalabandan kədər axırQəlbimi yandırır – yaxırKədəri milyon Bakımız
Əşrəf çalır şirin – şirinÇalğısı nə qədər dərinBəy evinə köçür gəlinÇalıb – oxuyan Bakımız
Şəmsi İman vurar cəh – cəhEşidənlər deyər bəh – bəhKlarnetin şux səsiyləCoşub – çağlayan Bakımız
Vəli çalır «Zəminxarə»Ürəyimə düşür yarəYenə vuruldum NigarəSevdası coşan Bakımız
Aftandil də çalar qarmonŞirinliklər bir yox, on – onÇalğıya geydirir min donAlır o ilham, Bakımız
Hacı Vasim böyük alimOndan ibrət alır aləmİlahiyyat sonsuz bir elmƏhli - müsəlman Bakımız
Hacı Tələt pir – ixtiyarİmannan bir binə qurarSəsində Haqq sevgisi varHaqqa inanan Bakımız
Fəxrimizdir Ziya BünyadVətənə ən layiq övladBir tarixçi – igid soldatDaim qəhrəman Bakımız
«Mixaylo»nu yada salaqdüşmənlərdən qisas alaqCəfər nəğməsini çalaqQəlbi intiqam Bakımız
Hüseynbala sürdü «uçaq»Altı faşist təyyarəsinBir günə məhv etdi qocaqİgid bir aslan Bakımız
Nəbi Xəzri el vurğunuXəzərin ölməz məcnunuBütün aləm bilir bunuXəzrili tufan Bakımız
Tofiq Bayram qəlb şairiAzadlıqdı dərdi – səriBir dürr idi kəlmələriDərdləri pünhan Bakımız
Şair Qabil sinədəftər«Yanvar»da göstərdi hünərŞəhidlərə ağı deyərSinəsi al – qan Bakımız
Abbaszadə bir qocamanYazdı «General» tək romanOnu sevdi milyon insanHəyatı roman Bakımız
Heyranam SeyidbəyliyəYazda «Cəbhədən - cəbhəyə»Bax onda geniş ürəyəDaim ucalan Bakımız
Qədirzadə indi hanı?Əsərləri eşq dastanıÇox povesti, çox romanıSevib – oxşayan Bakımız
Hüseynqulu «Məcnun» olduLeylanın dərdindən solduFüzuli ayağa durduOl şəbi – hicran Bakımız
Cahangir Zeynalov vardıSəhnəmizə bir nübardı«Realizm» ondan qaldıSənət yaradan Bakımız
Nəsibədən gəlməz dahaRolları ilə bu dühaQəlbimizə axa – axaGülüşü dərman Bakımız
Əliağanın üzü gülərSənətin hər sirrin bilərOna tamaşa edəndəOlar firavan Bakımız
Ağahüseyn CavidovunRolları necə rəngarəngO sənətə verdi ürəkZirvəyə çatan Bakımız
Mirzağa fitri istedadSəhnədə ən böyük ustadQəlbimizdən silinməz adOna şöhrət – şan Bakımız
Ərəblinski Hüseynə dəQəsd elədi qohumlarıÖldü səhnənin ilk barıBəzən peşiman Bakımız
Hacı Mayil bir gövhərdiÇoxlarına dərs verərdiÖlüm necə vaxtsız gəldiÖldü qəzəlxan Bakımız
Mustafazadə Vaqifsə«Muğam» üstə «caz» yaratdıAvropalıları ağlatdıAvazı muğam Bakımız
Siyavuşun bənzəri yoxSən fitri - istedada baxOnu yetirib bu torpaqTorpağı mərcan Bakımız
Yaşar Nuri bir alovdurÖz bənzərsiz rollarıylaDüşmənlərin gözün ovduHər yanı düşman Bakımız
Turabovun ötüb yaşıRolları onun qardaşıSənətkara sevdirməkçünBöyük bir meydan Bakımız
Həsənağa SalayevinYanıqlı bir səsi vardıGözəl rollar yaradardıOndan doymayan Bakımız
Aktyor Məlik bir vergiydiAktyorların o yeniydiSəhnəmizin dirəyiydiOndan nigaran Bakımız
Ələkbərov ƏləsgərliSanardım milli – sərvətimDahi – əlçatmaz sənətimŞimşək tək çaxan Bakımız
Ağadadaş QurbanovunSəhnəmizdə öz səsi varKinomuzda öz izi varSənət bacaran Bakımız
Şəhidlərin hüzurundaAktyor Hamlet yasa batdıOnlarla əbədi yatdıKöksü xiyaban Bakımız
Fuad müəllim poladdırSəhnədə sanki FərhaddırXalqına gözəl övladdırOnu qoruyan Bakımız
Mirzəzadə Xəyyam coşduBir bulaq tək aşdı - daşdıGözəl musiqilər qoşduNəğmələr yazan Bakımız
Qaboy çalan Kamildə kiQaboyla ağlatdı biziRöyadan oyatdı biziGülüb – ağlayan Bakımız
Şıxəli bizim fəxrimizXalqa eşqi, coşqun dənizHeyf tez itirdik onu bizGöz yaşı leysan Bakımız
Mirbabayev Seyid isəSahib idi milyonlaraNeft püskürən fantanlaraNeftlə qaynayan Bakımız
Hökümənin qəlbi coşarRollarından gözlər yaşarObrazları daim yaşarBizi yaşadan Bakımız
Bədirbəyli, gözəl qadınTarixlərə düşdü adınƏsil «xanım» tək yaşadınLeylaya Məcnun Bakımız
Nəcibənin ala gözüŞux yerişi, şirin sözü«Ana»yla kövrəltdi biziYetimi qucan Bakımız
Əminə, şeir həkimiAvaza yaxıb qəlbimiKim şer söylər, onun kimiŞier anlayan Bakımız
Tofiq Kazam bizə lazımOnan gərək əsər yazım«Ölülər»ə dedi sözünDirilərə çan Bakımız
Tağızadə kino çəkərTariximizi lentə bükər«İzi» üçün qala tikərUlu, qocaman Bakımız
Eldar Quliyev ustaddırDünyada tanınmış addırOnlarla kino yaratdıBəzən «Burulğan» Bakımız
Bakı min-min sənətkardanArif Babayevi seçdi«İçəri şəhər», «Gün keçdi»Dərdini boğan Bakımız
«Fəryad» çəkdi Ceyhun MirzəDüşmənmizi tanımaqçünYaxşı dərslər verdi bizəTaleyi boran Bakımız
Azərpaşa «Hamlet» qoyduŞekspiri gözəl duydu«Olum» - «Ölüm» arasındaVerdi imtahan Bakımız
Sən Kəbə evini ziyarət etdinUca Allahına ibadət etdinİslam dinimizə itaət etdinSoyadın Abdulla, Həcc AğaxansanSəsi, nəfəsini Tanrıdan aldınVahidin evində ilk addım atdınBöyük sənətinlə, zirvə ucaltdınElində ağasan, muğamda xansanSoyadın Abdulla, Həcc Ağaxansan«Dilgəş»in qəmlərin silsiləsidirZəngulən muğama zil nəfəsidirSəsin böyük xalqın, elin səsidirElində ağasan, muğamda xansanSoyadın Abdulla, Həcc AğaxansanElə ki, səslənir Firuzun tarıGöylə uçurursan muğam «Qatar»ıFiruzdan ayrılsan, əhf etməz TanrıElində ağasan, sənətdə xansanSoyadın Abdulla, Həcc Ağaxansan
Avazın dinidir, dərvişanədirBu səsin atadan bir nişanədirQəmli səsindən qəlb şanə-şanədirElində ağasan, muğamda xansanSoyadın Abdulla, Həcc AğaxansanElə ki, oxursan «Bayatı - Qaçar»Yaşayır, muğamım, deyiləm naçarSən olan məclisdən naşı cəld qaçarElində ağasan, sənətdə xansanSoyadın Abdulla, Həcc AğaxansanMuğamda ustadsan, qavalda ustadElindən almasan ən şərəfli adXanəndə alimə sən oldun ustadElində ağasan, sənətdə xansanSoyadın Abdulla, Həcc AğaxansanSənə kaman çalır Həci ƏdalətGörməzsən bu dostdan, heç bir xəyanətSizi dinləyəndə vallah qiyamətElində ağasan, muğamda xansanSoyadın Abdulla, Həcc AgaxansanAdın Ağaxandı, özün də ziləsinSənə ram olunub, «Hüzzel», «Xavəran»Sənə oğul deyir AzəribaycanElində ağasan, muğamda xansanSoyadın Abdulla, Həcc AğaxansanSənə elin verib böyük qiymətiQələmə sövq etdin Vüqar Əhmədi«Çox sağ ol» söyləmə, yoxdu zəhmətiElində ağasan, muğamda xansanSoyadın Abdulla, Həcc Ağaxansan
Abşeronu fırçasıyla tanıtdırdı o dünyayaMənzərələr yaradaraq çəkdi dəniz, çəkdi qayaO təbiət şairiydi, o təbiət rəssamıydıDoğma kəndi Əmircansa – canı idi, qanı idiƏl çəkirdi təbiəti, dil deyirdi FüzulidənDaxilində, istedadda, gen deyildi FüzulidənBu dünya da, bir dünya da Səttarımın dünyasıdıQoca Səttar Abşeronun mənzərəli röyasıdaÇıxardı gah dağ başına, gah aranda qövr edərdiXanbulana, o Qəçreşə aram-aram yol gedərdiUlu rəssam Bəhlulzadə kəndin sənin gül Əmircanİnan ustad, sənin ilə fəxr eləyir Azərbaycan
Ey Füzuli yadigarı ustadım
Şeur-qəzəl gülşənində «Bustan»ımSözü dedin bədahətən ürəkdənŞerimizdə şahənşaham-sultanamFüzulinin məktəbində yetişdinƏbədi bir məktəb qoydun ustadımQəzəllərdə çatdın uca zirvəyə
Meyxanada vardır sənin öz adınÖmür boyu çəkilərdin xəlvətəGuşələrdə gün keçirən xaqanamEy Vahidim, söz sultanım, müdrikimDil-dodaqda söylənilən dastanımAdın gəzər muğam ilə yanaşıŞerimizdə sevgilimsən – cananımYaşamısan sən yüz ili VüqarlıAbşeronlum, Digəhlimsən, sən canım
Gəlin indi əziz dostlarKökümüzə nəzər salaqƏslimizdən, soyumuzdanBiz dərs alaq, ibrət alaqBakıxanov AbbasquluBakuvilər, ustad, uluElimizin ölməz qoluAbşeronum, Abşeronum
Musavata başçı oldu RəsulzadəBir insandı soyu-kökü əsilzadə«İslamçılıq» şüarıydı amallarıTürkçülüyə çağırırdı insanlarıVətəninə istiqlala bəxş etdi oXətainin yolu ilə gedirdi o
İstiqlalı tonqallarda söndürənlərBələkdəki bir körpəni öldürənlər«Qızıl ordu» vətənimi al-qan etdiO vətəni mühacir tək hey seyr etdiUzun çəkdi, düz yetmiş il əsir olduqHaqq deyənlər zindanlarda əsir olduCan deyəndə «Azər» dedi, «Baycan» dediBayraqların enməməsin o an dediUnutmadı səni millət Məmməd ƏminUniversitet, pul da sənin, sən ol əminMəfkurəndə dövlətimiz bu gün yaşarTarixlərdə sənin kimi ərlər yaşar
Zeynalabdin – el atası, xalqın ən böyük dühasıMaarifimin, qəzetimin, həm də danılmaz mənasıBakıya su çəkdirmişdi, abidələr tikdirmişdiTikmişdi ki, izi qala, tikməmişdi özü qalaİndi onun tikdirdiyi ocaqlardan min-min adam çörək yeyirİndi onun saldırdığı o bağlara, xamilyonlar «mənim» deyirQız məktəbi açdırmışdı, gözəl yollar saldırmışdıXalqı bəladan qurtarıb, möhtaclara əl tutardıBənzəsəydi ona hamı, vəhşət sarmazdı dünyanıCinayət-riya-xəyanət, dəhşət vurmazdı dünyanıHacı! Mənim qürurumsan, kökümsən çələng nurumsan
Hələ çox dərs alıb keçmişimizdənKişilik, insanlıq öyrənməliyikBaş vurub tarixə yaddaşımızdanCəsarət, şücaət diləməliyik
Azərbaycan, sarayımın şahı kim?Vaxtsız gələn qonağın pənahı kim?Dostun qibləgahı, səcdəgahı kim?Azərbaycan, diyarımın yayımı?Ya ulduzu, ya günəşi, ayımı?Haraylasam kim eşidər hayımıDostluqda elə bil ağadı-xandıNurlu kəhkəşanda, bir asimandıSanki özü də bir AzərbaycandıAbşeronum, mənim cənnət diyarımSənnən ilham alıb, coşur vüqarım
Qələbə nəğməmiz gəzsin aləmiSilinsin qəlbindən qubarın VüqarDüşməsin əlindən Haqqın qələmiHaqq ilə bağlansın ilqarın Vüqar
Gədədən bəy olmaz, gədədir-gədəKönülsüz tikəni həzm etməz mədəBakıyla Abşeron istər hər vədəDaim uca olsun vüqarın, Vüqar
2003, yanvar – fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/vuqar-ehmed-abseron-haqqinda-dastan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Həyat bir dövrandı, iki üzlüdü,Qarası görünür, ağı görünür.
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
GözəlGözlərin şöləsi min aya bənzər,Salmısan atəşə, a zalım gözəl.
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.