Müstəqillik qaranquşu,Bakımızın qardaşı,Göy Xəzərin sirdaşı,Sumqayıt, ay Sumqayıt.

Xarüqələr yaratdı,İnsanların poladdı.Bir tərəfin Coratdı,Sumqayıt, ay Sumqayıt.

Kimyaçılar yetirib,Elə şöhrət gətirib.Hər yerdə çiçək bitib,Sumqayıt, ay Sumqayıt.

Oğulları cəngavər,Qızlarısa hürilər,Hamı dilli-dilavər,Sumqayıt, ay Sumqayıt.

Hər bölgədən burayaPənah gətirən çoxdu,Hamı bilir dünyadaBuranın tayı yoxdu.

Yaşıllıqlar oylağı,Sumqayıt, ay Sumqayıt.Ceyranbatan bulağı,Sumqayıt, ay Sumqayıt.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets