Xəzər
Xəzər maviliyi tale rəngimdi,Ən uca göydələn Xəzərdir mənə.Xəzər dəryaçası baş çələngimdi.Ən yaxın sirdaşım Xəzərdir yenə.
Xəzər tək söhbətim heç kimlə tutmur,İlhamı, eşqimi ondan alıram.Böyük qardaşımdı, məni unutmur,Xəyala onunla birgə dalıram.
Bir az masmavidi,bir az bəyazdı,Onda vəhdətlənib rənglər dünyası.Mənim taleyimi o pozdu, yazdı,Xəzərdir cahanın, bəlkə, röyası.
Yaman ilqarlıdı, yaman vüqarlı,Sanki əyilməyən qocaman dağdı.Bəlkə də, ən yaxın dostu Vüqardı,Sular kəhkəşanlı, azman bir bağdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/vuqar-ehmed-xezer
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Nagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
İtirməyim bu qismətiDemirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.
Ey könül! Min namə yaz bir gülüzarın eşqinəEy könül! Min namə yaz bir gülüzarın eşqinə,Can evindən seyrə çıx bir xoş güzarın eşqinə.
MənimçünKimsənəm yox mənə yazsın bir namə,Qürbət içrə bu diyarə mənimçün.