Əyilmə!
Həyat! O çox zaman görünür iyrənc,Bu səhnədə min bir qanlı pərdə varSən bu çətinliyə düşsən də, ey gənc,İçində saxlanan qüdrətə yalvar!Zaman! O amansız, qatil bir düşkünBəzən dünyaları döyər şiddətlə.Səni də məhv etmək istərsə bir gün,Hər şeyə qarşı çıx, həm də cürətlə.Cürət! Odur bizi güldürən hər an,Cürətsiz bir həyat məhv olur, inan.İştə bu düsturu öyrənib də sən,Ər oğlu ər kimi tab et bəlayə.Mən bu sözlərimlə nə dedim bil sən,Çırpın üfüqlərə, uç etilayə!Ey gənc! Səadəti bir xəyal bilmə,Nə olursa-olsun, yalnız əyilmə!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-eyilme
Use ← → keys to move, R for a random poem
More by this author
Bir xəbər almışam dostlar əlindən:Əğyarın başına dünya dar olub.
Ölümün məhkəməsiSoyuq bir qış axşamında süzərək kainatı,O, mənalı baxışlarla tərk elədi həyatı...
Çörək dostuBir az yeyər, içər keyfi durular,açılar rəngi,
Vətən həsrətiElindən, günündən ayrılan könül,Arabir vaxt tapıb ağlasın gərək.
Poems by other poets
Bilmirəm, nə dedim, yar küsdü məndən,Coşqun çaylar kimi axdı da getdi.
Işkunda olan nakşı dîvâna gelimez olIşkunda olan nakşı dîvâna gelimez olDefterde olan habtı dîvâna gelimez ol
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd