Əyilsin səcdənə yıldızlar, aylar,Sənsən dünyaların fəxri, şöhrəti.Qarşında diz çöktü "Şanlı saraylar".Çünki qollarının vardır qüvvəti!

Mən səni çox zaman gördüm əzilən,Ummandın kimsədən imdad, mərhəmət,Sən ey dost bağçası, sən ey dərd bilən!Sən öz qüdrətinə sığındın əvət!

O günkü keçmişin məşəli söndü,Bir yeni kainat çıxdı qarşına.O qara qüvvələr xəyalə döndü,Beş guşəli yıldız taxdın başına.

Uzaqdan çınladı əmək səsləri,Sən də dayanmadan dedin: - İləri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets