Ömrümün gündəliyindən
Bu gün qızcığazım Aybənizlə mənGöz-gözə baxışıb güldük ürəkdən.Yaxşi demişlərki, şirindir bala,Bizə çəkdirsə də min dərd, min bəla.Yenə bu varlıqda nə hikmət varsa,Azacıq yel əsib rəngi saralsa,Min sızıltı qopur ürəyimizdən.Cəbhələr tanımış möhkəm bir bədənBelə yarpaq kimi titrəyir, əsir,Qəlbi şaxta vurur, üşütmə kəsir.Gözümü zillədim gözünə bir az,Özü də bilmədən güldü qızcığaz,Sanki tanımışdır atasını, bax!O, bir pişik kimi xumarlanaraqNazlanmaq isləyir qucağında tək,Sanki dağa dönür sinəmdə ürək!Ah, mehriban balam, günahsız quzum.Çoxdan istədiyim mənim ilk qızım.Sənin çocuqluğun bizdən bəxtiyar,Nə çörək dərdi var, nə su dərdi var.Azad yurdumuzun bir çiçəyisən,Sən şaxta vurmamış güllər təkisən.Anamın boynunu görüm boyunda,Əl çalıb oynayın sənin toyunda.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-omrumun-gundeliyinden
Use ← → keys to move, R for a random poem
More by this author
Ey vətən! Ey ana! Açıldı yolum,Ümidim sənəmi, qurbanın olum?
Sorma aqil kimsələrdən, sorma heç dünya nədirSorma aqil kimsələrdən, sorma heç dünya nədir,Böylə bir düstur qocalmış ideal olsun gərək!
DağlarYenə nə durursan pəhləvan kimi,Çirməyib qolunu mərdanə, dağlar!
AnaPək çocuqdum yerə gömdülər səni,Həyata qanadsız atdılar məni.