Gözlərim sancılarkən bu bayrağın rənginə,İçimdə dalğalardan gurultu qopdu yenə...Bu bayraq ki, üfüqsüz dənizlərdən keçərəkTutuldu güllələrə qızıl qanlar içərək;Şrapnellər ötürkən sağından və solundan,Bir çox döyüşdən çıxdı, qayıtmadı yolundan.O dolaşdı Berlinin sokaklarında * bəzən,Havasında bir ölüm, bir də ayrılıq gəzənGecələrin qoynunda dalğalandı bu bayraq.Şerim inandırmasa, gəl onun rənginə bax!O bayraq ki, rəngi qan, varlğı, qəlbi qandır,Milyonların əlində bir yenilməz qalxandır.Mənsəb dalınca deyil, haqq axtarır dünyada,Ağ saçlı keçmişləri salsan bir az da yadaHaq verərsən sözümə;Ki yer üzü,Sözün düzü,İki düşmən cəbhədən görünmədə gözümə,Haq veriniz sözümə.Bu bayraqdan oxudum sahildəki qanları,Sayıb sona yetmədim günahsız qurbanları.Bu bayraqda canlanır bir son aclıq dünyası,Qızlığmda dul qalan insanların röyası.Fahişəlik, yazıqlıq, sonra bilməm ki, nələr...Yol üstündə titrəyən ağ saqqallı çənələr;"İnsaf edin! Əl açın! Mən işsizəm" sözləri,Ağlamaqdan kor olan bir ananın gözləri;Cəbhələrdən qayıtmış, tək qollu qəhrəmanlar,Kitablara düşməmiş qanlı, qorxunc zamanlar,Hisli, nəmli, qaranlıq podvallarda yaşayan,Ömrün ağırlığını öz çiynində daşıyan,İşçilərin adından bir elçidir bu bayraq,Şerim inandırmasa, gəl onun rənginə bax!Bu bayraq ki üfdqsüz dənizlərdən keçərək,Tutuldu güllələrə qızıl qanlar içərək;O gərdi öz köksünü bombaların səsınə,Gəlib çıxdı nəhayət Şuralar ölkəsinə.Bizim bu qızıl Bakı aldı onu qoynuna,Qardaşlıq əllərilə sanlırkən boynunaBu qırılmaz peymanı uzaqlardan gördülər,Avropanın, asyanın köpəkləri hürdülər.İndi bu bayraq gəzir əldən-ələ, dolanır,Mil düzünün, Muğanın pambıqları sulanır.Yarış gedir ŞəkidəLənkəranda, LəkidəQazax, Gəncə, Qarabağ,Bir çox dərə, bir çox dağİndi durub üz-üzə,Gecə dönür gündüzə.Günlər keçir axaraq.Veriləcək bu bayraqBirincilik qazananİnsanlara şübhəsiz,Bilirsiniz bunu siz.O bayraq ki, üfüqsüz dənizlərdən keçərək,Tutuldu gülləlrə qızıl qanlar içərək.Şrapaellər ötürkən sağından və solundan,Bir çox döyüşdən çıxdı, qayıtmadı yolundan.Üstündəki o yumruq üsyanın simvoludur,Bir üsyan ki, tarixdə qurtuluşun yoludur.Ordusunu çəkirkən yazdı genosse * Telman,Halqalı zəncirlərin qırıldığı bir zaman:Berlinin kəlləsində sancılacaq bu bayraq,Şerim inandırmasa, gəl onun rənginə bax!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets