Anam qoca,ömrü yarı,Axıtdığı göz yaşlarıAtama bir cavabdır.Əsrlərdən qadın üçünAğlamaq bir savabdır...Bişir, düşür, yama, dara;Günün qara, gecən qara.Get dalında yetim gəzdir,Döşlərindən süd əmizdir.Ac qalsan da il uzunu,Sənə layiq gördü bunuMəhəmmədin şəriəti.Çünki adınOldu qadın.Sillə, yumruq, qamçı, zopa,Haqq bağıran nəfəsindənQışqırıqlar qopa-qopaBu dünyada nələr çəkdin!..Nə gül dərdin, nə gül əkdin;Sən qaranlıq bucaqlardaGün görmədin əzəlləri,O dərdindən danışmadıVaqiflərin gözəlləri.Sirri dərinəsrlərinPəncəsində çox zarıdın.Nə gün gördün,nə yarıdn…Salam sənə, işçi qadın!Dəyişmişdir bu gün adın.Boynundakı o halqalıZəncirləri atırsan,Artıq bu gün yeni-yeniMəqsədlərə çatırsan.Bildim, səni Oktyabr yaratdı,İnsanlığın günü-gündənÇiçəklənib boy atdl.Salam sənə, azad qadın!Dəyişmişdir bu gün adin.Sən bizimlə yol yoldaşı...Səninlədir bu həyat,Səni oğul və ər kimiSalamladım iki qat!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets