Sən o deyilsən ah!
Sən o deyilsən, ah!.. Dəyişdin, döndün,Buludlar qoynunda parladın, söndün?!Söndün mənim ruhum, amalım kimi,Artiq, xəyal olan xəyalım kimi.Nerdə, bir söylə, ah, nerdə o camal?Nə tez xarab oldun? Söylə, bu nə hal?Yararmı nazənin, incə bir çiçəkBöylə iyrənc olsun...Yaramaz gerçək!Yaramaz şu boya, şu qırmızı rəng,İştə dodaqların nə diyər mələk?Nədir o sünilik, nədir ah, aman!Mən buna vicdanən ağladım, inan!Bir zaman dağlarda vəhşi lalə tək,Nə qədər gözəldin...Gülümsəyərək;O zaman mənim bu şikəstə ruhum,Bu darğın xəyalım, qəlbi-məcruhumVə bütün varlığım bir kölgə kimiQoşardı arxanca yorulmadan,ah!..Həyat amansızdır...səndə nə günah?!Uydun böyüklərə, şana, şöhrətə,Uydun hər keçici eyşü-işrətə.Unutdun hər zövqü, qəlbi, vicdanı,Aradın bir şöhrətpərəst insanı.Sonra min rəng aldın və sürtdün boya,Kəndini sevdirmək istədin ona...Heyhat! Səni görcək iyrəndim bəlkə,Nədir üzündəki o çirkin ləkə?Sil! Sil onu, artıq görməyim bir də,Mən dözə bilmərəm bu sonsuz dərdə,İştə bax, nədənsə...nədənsə bilməmMən yazmaq istərkən, qırıldi qələm...
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-sen-o-deyilsen-ah
Use ← → keys to move, R for a random poem
More by this author
Qorxub çəkilmədik ölümdən, qandan,Çıxdıq illər boyu çox imtahandan;
Böyük revolyusiyaÜç yüz il acımadan, titrəmədən, duymadan,Hey diddi köksümüzü çarlığın zülüm quşu.
A köhlən atım!Əlim tərpənməmiş oyna yerindən,Nəzil qamçı kimi səyirdəndə sən.
Böyük ədibDöydü qapımızı bir acı ruzgar,Durdu insan qəlbi, öldü sənətkar...