Böyük ədib
Döydü qapımızı bir acı ruzgar,Durdu insan qəlbi, öldü sənətkar...Mənim təbiətə bir sualım var.Bumudur insanla onun ilqarı?Sən, ey bu torpağın əziz insanı,De, qələmin hanı? Kağızın hanı?Matəmin ağlatdı Azərbaycanı,Yasinı saxlayır Qafqaz dağları.Gülən dodaqların, söylə soldumu,Düşünən beyinin torpaq oldumu,Sevgilin saçını bir-bir yoldumu,Həyata son dəfə baxdınmı barı?Admı qəlbində hər kim arasa,Bilirəm, ağlayıb batacaq yasa;Bir xəbər göndərsin Kürə, ArazaDumanlı dağların soyuq ruzgarı.Ömrünün çiçəyi birdən solsa da,Ölümün, matəmin vaxtsız olsa da,Dünya boşalsa da, dünya dolsa da,Tarix yaşadacaq bu sənətkarı!..
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-boyuk-edib
Use ← → keys to move, R for a random poem
More by this author
Nal tökən dağları yel kimi keçər,Hər zümrüd yamacdan bir çiçək seçər,
Onu görürkənAlovlan, ey könül, yenə alovlan!Bu gün lap dəyişib o günkü canan.
ŞikayətMənəm bu dünyada bəlalar çəkənNakişi, naşükür insan əlindən.
İllər, qərinələr keçirsə aləmİllər, qərinələr keçirsə aləm,Yadımda saxlaram hər zaman səni.
Poems by other poets · Homeland
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Jam-i Jam, chapter 13ای در علم و خانهٔ دستورچشم بد باد از آستان تو دور
Əgər son nəğməmi oxuya bilsəmAxşamdan səhərə yetdiyim kimi,Əgər min arzumdan birinə yetsəm,
Birinci Dumanın iniqadı münasibətilə söylənmişdirOlub əfradi-millətdən bu gün təşkil bir məclis,Nə dadlı meyvəpərvərdir görün bustani-hürriyyət,