Şikayət
Qulaq asın, dost-aşnalar,Bir pərişan kamanım var.Bu rübabın hər telindəYüz ahım var, amanım var.
Nə tez keçdi ilk baharım,Xəzan əsdi, soldu barım,Nə dövrana etibarım,Nə insana gümanım var.
Sazım hanı? Sözüm hanı?Uçdu könlüm xanimanı…İtirmişəm el-obanı,Nə bir dağım, aranım var.
Könül! Daha kimsəsiz gəz………………..Bir dağam ki, göz işləməz,Karvan keçməz dumanım var.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-sikayet-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bu məşrəbə bir səfayi-candır,Qərrabə dibi ona məkandır.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur