Page 14 of 14 · 93%

Zəhmət çəkib, qal eyləyib, yorulub,
Namərddən qurtarıb mərdi Mərcanım!
Aslanın erkəyi, dişisi olmaz,
Ər istənən yerdə ərdi Mərcanım!

Aşıq Cünunun bir yaxşı xasiyyəti varıydı, hər təzə söz oxuyanda
tərcüman, maddi-məna eliyərdi. Yenə sazı sağ qoltuğunun altınnan
keçirib sözü tərcüman elədi. Hamı yer-yerdən Mərcan xanıma da,
Cünuna da “Afərin”, “Əhsən!” dedi, Aşıq Cünun sazı sinəsinə çəkmək
istəyəndə, hardansa bir yanıqlı bayatı səsi eşidildi:

Mən aşıq, eyliyə nə,
Tək iyid eyliyə nə?
El yığılsa eləməz
Özünə eyliyənə!..

Amma bayatıya elə fikir verən olmadı. Aşıq Cünun oxudu:

İyidlər oylağı düşüb yadına,
Pənahlanıb Koroğlunun adına.
Darda çatıb Xan Eyvazın dadına,
Dağıdıb möhnəti, dərdi Mərcanım!..

Bayatı səsi yenə gəldi:

Mən aşığam, adada,
Gəmim qalıb adada!
Nə qardaş var, nə ata,
Kimim gəlsin a dada!..

Yenə fikir verən olmadı. Fikirləşdilər ki, həlbət cavan-coluxdu.
Aşıq Cünun lap vəcdə gəlmişdi, oxudu:

Nigar xanım durna teli gətirsin,
Bəzək vursun, toy işini bitirsin,
Xudam onu murazına yetirsin,
Gözəllər içində birdi Mərcanım.

Bu dəfə bayatı lap aydın gəlir, aydın eşidilirdi. Hamı guş elədi ki,
oxuyan zənən xaylağıdı, özü də cavandı:

Əzizim, sinəsinə,
Ov avla sinə-sinə.
Fələk bir ox atıbdı,
Dəyib qız sinəsinə!..

Birdən yadlarına düşdü ki, oxuyan Leyli xanımdı. Koroğlu hay vurdu, onu gətirdilər məclisə. Onnan bərabər paşa da, qasid də məclisə gətirildi.
İçəri girəndə, üçünün də başı əyildi sinəsinə. Bunu belə görən Aşıq Cünun sazın lap zilində – boğaz pərdəsində Leyli xanımın bayaqkı bayatısını belə oxudu:

Mən aşıq sinəsinə,
Ov avla sinə-sinə,
Namərdliynən iş görən,
Baş əyər sinəsinə!

Sonra da öz sözünün möhürbəndini oxudu:

Aşıq Cünun alqış versin dilinnən,
Xoş dolansın il keçdikcən ilinnən,
Çənlinin getmişdi canı əlinnən,
Qaytardı özünə verdi Mərcanım!

Alqış səsi bu dəfə lap Çənlibeli titrətdi.
Adamlar sakitləşəndə Koroğlunun səsi eşidildi:
– İndi hər kəs günahını boynuna alıb cəzasını istəyəcək. Əvvəl söz paşanındı.
Paşa başladı yalvarmağa:
– Koroğlu! Atam-anam sana qurban! Məni dolandır bu məclisdəkilərin
başına, bu dəfə aman ver, günahım böyükdü, keç günahımdan,
öldürmə məni. Sənə dost olmağa layıq olmasam da daha bundan belə
düşmən də olmaram! Əl mənimdi, ətək sənin, kəs əlimi, ətəyini kəsmə!..
Koroğlu onu oturdub qasidi qaldırdı. Yazıq qasiddə dil nə gəzirdi
söz deyə. Koroğlu onu da oturtdu. Leyli xanımı qaldırdı. Leyli xanım dedi:
– Koroğlu, mənim günahım elə böyükdü ki, cəzası ölümdü. Bütün
bu işləri mən eləmişəm, başınıza nə gəlibsə mənim ucbatımnandı.
Amma bircə iltimasım var, qoy məni burda öldürüb dəfn eləsinlər, qəbrim da Çənlibeldə olsun.
Koroğlu onu da oturdub sözə başladı:
– Naşükür paşanın günahı çox, cəzası ölümüydü. Qorxaqlıq elədi,
cəzasını istəmədi. Onu bağışdıyıram bu günkü günə, bir də Məhbub
xanıma. Səhər qasidiynən aparıb yola salarsınız gedər. Leyli xanımın
mərdliyi namərdliyindən çoxdu. Onun günahlarından keçirəm, özünü də verirəm Tüpdağıdana!..
Elə bil, Koroğlu Tüpdağıdanın ürəyindən halıymış. Az qaldı ki, atılıb düşsün...
Paşa məclisin havasından istifadə elədi, irəli yeridi:
– Can Koroğlu! Mümkünsə, bizi indi azad elə.
Koroğlu güldü:
– Bura Çənlibeldi, Asdan paşa! Burda xəyanət olmaz. Söz birdi.
Bir də axı toyu olanın biri də sənin övladındı. Qal, iştirak elə, Allah
mübarək eləsin de, xeyir-dua ver.
Üç igidin, üç gözəlin toyu quruldu. Eyvazın toyu təzələnmişdi, Zərqələm də, Qəssab Alı da dinə-imana gəlmişdilər.
Koroğlu bu toyları elə başladı, qırx gün elə şənlik oldu ki, Çənlibeldə hələ ruzigarın gözü belə şənlik, belə şaddıx, belə toy-busat görməmişdi.
Subaylarınıza qismət olsun belə toylar, mənim əzizdərim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Salur Qazanın evi yağmalandığı boyı bəyan edər

Bir gün Ulaş oğlı, Tulu quşun yavnsı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti,qalmış yigit arxası Salur Qazan yerindən durmışdı. Toqsan başlu ban evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı-ipək döşəmişdi. Səksən yerdə badyalar qurılmışdı. Altun ayaq sürahilər düzilmişdi. Doquz qara gözlü, xub yüzlü, saçı ardına örilü, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları nigarlı məhbub kafir qızları Qalın Oğuz bəglərinə sağraq sürüb içərlərdi.İçüb-içüb Ulaş oğlı Salur Qazanın alnına şərabın itisi çıqdı. Qaba dizi üzərinə çökdi, ayıtdı: “Ünüm anlan bəglər, sözüm dinlən bəglər! Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurıdı; yüriyəlim, a bəglər, av avlayalım, quş quşlayalım, sığın-keyik yıqalım, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim!” Qıyan Selcük oğlu Dəlü Dondar aydır: “Bəli, xan Qazan, məsləhətdir”. Qaragünə oğlı Qarabudaq aydır: “Ağam Qazan, məsləhətdir”.

18 min
Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edər

QAM BÖRƏNİN OĞLI BAMSI BEYRƏK BOYINI BƏYAN EDƏR, XANIM, HEY...Qam Gan oğlı xan Baymdır yerindən durmışdı. Qara yerin üstinə ağ ban evin dikdirmişdi. Ala sayvan gög yüzinə

33 min
Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edər

QAZAN BƏG OĞLI URUZ BƏGİN TUTSAQ OLDIĞI BOYI BƏYAN EDƏR, XANIM, HEY!Bir gün Ulaş oğlı Qazan bəg yerindən durmışdı. Qara yerin üzərinə otaxlarm tikdirmişdi. Bin yerdə ipək xalıcası döşətmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Doqsan tümən gənc oğuz söhbətinə dərilmişdi. Ağzı böyük xümrələr ortalığa salınmışdı. Doquz yerdə badyalar qurılmışdı. Altun ayaq, surahilər dizilmişdi. Doquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış kafir qızları al şərabı altun ayağla Qalın Oğuz bəglərinə gəzdirirlərdi. Hər birindən Ulaş oğlı Salur Qazan içmüşdi. Çırğab-çırğab çadır, otaq bağışlardı. Qatar-qatar dəvələr bağışlardı. Oğlı Uruz qarşusında yay söykənib durardı. Sağ yanında qardaşı Qaragünə oturmışdı. Sol yanında dayısı Aruz oturmışdı.

19 min
Duxa Qoca oğlı Dəli Domrul boyını bəyan edər

DUXA QOCA OĞLI DƏLİ DOMRUL BOYINI BƏYAN EDƏR, XANIM HEY!Məgər xanım, Oğuzda Duxa qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçməyənindən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böylə edərdi? Anunçun ki, “Məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənfimlə savaşa, - derdi; mənim ərligim, bəhadirligim, cılasunligim, yigitligim Ruma, Şama gedə çavlana”, - derdi.

9 min

Poems by other poets