Page 1 of 4

QAM BÖRƏNİN OĞLI BAMSI BEYRƏK BOYINI BƏYAN EDƏR, XANIM, HEY...
Qam Gan oğlı xan Baymdır yerindən durmışdı. Qara yerin üstinə ağ ban evin dikdirmişdi. Ala sayvan gög yüzinə
aşanmışdı. Bin yerdə ipək xalıcası döşənmişdi. İç Oğuz, Daş Oğuz bəgləri Baymdır xanın söhbətinə dərilmişdi. Baybörə bəg dəxi Baymdır xanın söhbətinə gəlmişdi. Baymdır xanın qarşusmda Qaragünə oğlı Qarabudaq bay dayanub durmışdı. Sağ yanında Qazan oğlı Uruz durmışdı. Sol yanında Qazılıq qoca oğlı bəg Yegnək durmışdı. Baybörə bəg bunları gördügində ah eylədi. Başından aqlı getdi. Dəstmalın əlinə aldı, bögürü-bögür ağladı.
... Böylə edicək Qalın Oğuz arqası, Baymdır xanın göygisi Salur Qazan qaba dizinin üzərinə çökdi. Qıya tikübən Baybörə bəgün yüzinə baqdı, aydır:
“Baybörə bəg, nə ağlayub bozlarsan?” Baybörə bəg aydır: “Xan Qazan, necə ağlamayayın, necə bozlamayayın? Oğulda ortacım yoq, qardaşda qədərim yoq! Allah Taala məni qarğayıbdır. Bəglər, tacım-taxtım içün ağlaram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdımda kimsə qalmaya”, - dedi.
Qazan aydır: “Məqsudun bumudur, Baybörə bəg?” Aydır: “Bəli, budur. Mənim dəxi oğlum olsa, xan Bayındırın qarşusın alsa-dursa, qulluq eyləsə, mən dəxi baqsam, sevinsəm, qıvansam, güvənsəyim!..” - dedi. Böylə digəc Qalın Oğuz bəgləri yüz gögə tutdılar. Əl qaldırıb, dua eylədilər. “Allah Taala sana bir oğul versün!” - dedilər.
Ol zamanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. Duaları müstəcab olurdı. Baybican bəg dəxi yerindən uru durdı, aydır:
“Bəglər, mənim dəxi haqqıma bir dua eylən. Allah Taala mana da bir qız verə”, - dedi. Qalın Oğuz bəgləri əl
qaldırdılar, dua eylədilər: “Allah Taala sana da bir qız verə”, - dedilər.
Baybican bəg aydır: “Bəglər, Allah Taala mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım Baybörə bəg oğlına beşikkərtmə yavuqlı olsun!” - dedi.
gSA®-
Bunun üzərinə bir qaç zaman keçdi. Allah Taala Baybörə bəgə bir oğul, Baybican bəgə bir qız verdi. Qalın Oğuz bəgləri bunı eşitdilər, şad olub sevindilər.
Baybörə bəg bazirganlarını yanına oxıdı, buyuruq etdi: “Mərə bazirganlar! Allah-Taala mana bir oğul verdi. Varın Rum elinə, mənim oğlum içün yaxşı ərmağanlar gətürün mənim oğlım böyüyincə”, - dedi.
Bazirganlar dəxi gecə-gündüz yola girdilər. İstanbula gəldilər. Dan-dansux ilə yaxşı ərmağanlar aldılar. Baybörənin oğlıyçun bir dəniz qulum boz ayğır aldılar. Bir ağ tozlu
qatı yay aldılar. Bir dəxi altı pərli gürz aldılar. Yol yarağın gördilər.
Baybörənin oğlı beş yaşma girdi, beş yaşından on yaşma
girdi... On yaşından on beş yaşına girdi... Çaya baqsa çalımlu, çal qaraquş ərdəmlü, bir gözəl yaxşı yigit oldı.
Ol zamanda bir oğlan baş kəsməsə, qan dökməsə, ad qomazlardı. Baybörə bəgin oğlı atlandı, ava çıqdı. Av avlarkən babasının tavlası üzərinə gəldi. Əmiraxurbaşı qarşuladı, endirdi, qonaqladı. Yiyüb-içüb otururlardı.
Bu yanadan dəxi bazirganlar gəlübəni Qara Dərvənd ağzına qonmışlardı. Yarımasun-yarçımasun Evnik qalasının kafirləri bunları casusladı.
Bazirganlar yatur ikən ğafillə beş yüz kafir qoyuldılar, çapdılar, yağmaladılar. Bazirganın ulusı tutuldı, kiçisi qaçaraq Oğuza gəldi. Baqdı gördi Oğuzun ucmda bir ala sayvan dikilmiş, bir imirzə xub yigit qırq yigid ilən sağında və solında otururlar. Oğuzun bir yaxşı yigidi ancaq... “yüriyəyim,
mədəd diyəyim”, - dedi.
Bazirgan aydır: “Yigit, yigit, bəg yigit! Sən bənim ünüm anla, sözüm dinlə! On altı yıldır kim, Oğuz içindən getmiş idik. Dan-danışux kafir malın Oğuz bəglərinə gətürür idik. Pasnik Qara Dərvənd ağzına düş vermiş idik. Evnik qalasının beş yüz kafiri üzərimizə qoyıldı. Qardaşım tutsaq oldı. Malımızı, rizqimizi yağmaladılar, gerü döndilər. Qara başım götürdüm, sana gəldim. Qara başın sədəqəsi, yigit, mədəd mana!” - dedi.
Bu gəz oğlan şərab içərkən içməz oldı. Altun ayağı əlindən yerə çaldı.
§ S e h -
Aydır: “Nə dedigimi yetürün, geyünimlən mənim şahbaz
atımı gətürün! Hey, məni sevən yigitlər binsünlər!” - dedi. Bazirgan dəxi önlərinə düşdi, qulağız oldı.
Kafir dəxi düşübən bir yerdə aqça ülüşməkdəydi. Bu məhəldə ərənlərin meydanı arslanı, pəhlivanların qaplanı Boz oğlan yetdi. Bir-iki dimədi, kafirlərə qılıc urdı. Baş qalduran kafirləri öldürdi, ğəza eylədi. Bazirganların malını qurtardı.
Bazirganlar aydır: “Bəg yigit, bizə sən ərlik işlədin. Gəl imdi bəgəndigin maldan al!” - dedilər.
Yigidin gözi bir dəniz qulum boz ayğırı tutdı, bir də altı pərli güzi, bir də ağ tozlu yayı tutdı. Bu üçini bəgəndi. Aydır: “Mərə bazirganlar, bu ayğırı və dəxi bu yayı və bu gürzi mana verin!” - dedi. Böylə digəc bazirganlar səxt oldı.
Yigit aydır: “Mərə bazirganlar, çoqmı istədim?!” - dedi.
Bazirganlar ayıtdılar: “Nə çoğ olsun? Amma bizim bir bəgümiz oğlı vardır, bu üç nəsnəyi ana ərmağan aparsavuz gərək idi!” - dedilər.
Oğlan aydır: “Mərə, bəgünüz oğlı kimdir?” Ayıtdılar: “Baybörənin oğlı vardır, adma Bamsı derlər”, - dedilər. Baybörənin oğlı olıdığın biləmədilər. Yigit barmağın ısırdı, aydır: “ Bunda minnətlə almaqdan isə, anda babam yanında minnətsiz almaq yegdir!” - dedi. Atın qamçıladı, yola girdi. Bazirganlar ardından baqa qaldı: “Vallah, yaxşı yigit, mürüvvətlü yigit!” -dedilər.
Boz oğlan babasının evinə gəldi. “Bazirganlar gəldi” deyü babası sevindi. Çətir otağ, ala sayvan dikdirdi. İpək xalıcalar saldı. Keçdi, oturdı. Oğlum sağ yanma aldı. Oğlan bazirganlar xüsusmdan bir söz söyləmədi. Kafirləri qır-
duğm anmadı.
Nagahi bazirganlar gəldilər. Baş endirüb, salam verdilər. Gördilər kim, ol yigit kim baş kəsübdür, qan dökübdür, Baybörə bəgin sağında oturar. Bazirganlar yüridilər, yigidin əlin öpdilər.
Bunlar böylə edicək Baybörə bəgin acığı tutdı. Bazirganlara aydır: “Mərə, qavat oğlı qavatlar! Ata dururkən oğul əlinmi öpərlər?” Ayıtdılar: “Xanım, bu yigit sənin oğlunmıdır?” “Bəli, mənim oğlumdur”, - dedi. Ayıtdılar: “İmdi in-
gw**-
cinmə, xanım, əvvəl anun əlin öpdügümüzə. Əgər sənin oğlun olmasaydı, bizim malımuz Gürcüstanda getmişdi, həpümiz tutsaq olmuşdı”, - dedilər.
Baybörə bəg aydır: “Mərə, bənim oğlum başmı kəsdi, qanmı dökdi?”
“Bəli, baş kəsdi, qan dökdi, adam axtardı!” - dedilər.
“Mərə, bu oğlana ad qoyasınca varmıdır?” - dedi. “Bəli, sultanım, artıqdır!” - dedilər.
Baybörə bəg Qalın Oğuz bəglərini çağırdı, qonaqladı. Dədəm Qorqut gəldi, oğlana ad qodı. Aydır:
Ünüm anla, sözüm dinlə, Baybörə bəg!
Allah Taala sana bir oğul vermiş, tuta versün!
Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun!
Qarşu yatan qara qarlu dağlardan aşar olsa,
Allah Taala sənin oğluna aşut versün!
Qanlu -qanlu sulardan keçər olsa, keçit versün!
Qalabalıq kafirə girəndə
Allah Taala sənin oğluna fürsət versün!
Sən oğlunı “Bamsam” deyü oxşarsan;
Bunun adı Boz ayğırlıq Bamsı Beyrək olsun!
Adını bən verdim, yaşını Allah versün! - dedi.
Qalın Oğuz bəgləri əl götürdilər, dua qıldılar: “Bu ad bu yigidə qutlu olsun!” -dedilər.
...Bəglər həb ava bindi. Boz ayğırın çəkdirdi, Beyrək bindi. Ala dağa ala ləşkər ava çıqdı.
Nagahandan Oğuzun üzərinə bir süri keyik gəldi. Bamsı Beyrək birini qova getdi. Qova-qova bir yerə gəldi. Nə gördi, sultanım?! Gördi gög çayırın üzərinə bir qırmızı otaq dikilmiş. “Yarəb, bu otağ kimün ola?!” -dedi. Xəbəri yoq ki, alacağı ala gözli qızın otağı olsa gərək. Bu otağın üzərinə varmağa ədəbləndi. Ayıtdı:
“Nə olursa-olsun, hələ mən avımı alayın!” - dedi. Otağın önində irişi gəldi, keyiki sinirlədi. Baqdı gördi bu otağ Banıçiçək otağıymış ki, Beyrəgin beşikkərtmə nişanlısı-adaxlusıydı.
§ S e h -
Banıçiçək otaxdan baqırdı. “Mərə dayələr, bu qavat əqli qavat bizə ərlikmi göstərir?” - dedi. Varın, bundan pay dilən, görün nə der!” -dedi.
Qısırca Yengə derlər, bir xatun vardı. İlərü vardı, pay dilədi: “Hey, bəg yigit, bizə dəxi bu keyikdən pay ver!” - dedi. Beyrək aydır: “Mərə dadı, mən avçı degiləm, bəg oğlı bəgəm həp sizə”, - dedi; amma sormaq eyib olmasun, bu otağ kimündür?” - dedi.
Qısırca yengə aydır: “Bəg yigidim, bu otağ Baybican bəg qızı Banıçiçəgindir”, - dedi.
Eylə olsa, xanım, Beyrəgin qanı qaynadı. Ədəblə yabyab gerü döndi. Qızlar keyiki götürdilər. Gözəllər şahı Banıçiçəgin öninə gətürdilər. Baqdı gördi ki, bir sultan simüz sığın-keyikdir. Banıçiçək aydır: “Mərə qızlar, bu yigit nə yigitdir?” Qızlar aydır: “Vallah, sultanım, bu yigit yüzi niqablu yaxşı yigitdir. Bəg oğlı bəg imiş”, - dedilər.
Banıçiçək aydır: “Hey, hey, dayələr, babam mana bən səni yüzi niqablu Beyrəgə vermişəm”, - derdi; olmaya kim, bu
ola. “Mərə, çağırın, xəbərləşəyim”, - dedi.
Çağırdılar, Beyrək gəldi. Banıçiçək yaşmaqlandı, xəbər sordı. Aydır: “Yigit, gəlişin qandan?” Beyrək aydır: “İç Oğuzdan!” “İç Oğuzda kimün nəsisən?” - dedi. “Baybörə bəg oğlı Bamsı Beyrək dedikləri mənəm”, - dedi. Qız aydır: “Ya nə məsləhətə gəldin, yigit?” - dedi. Beyrək aydır: “Baybican bəgün bir qızı varmış, anı görməgə gəldim! - dedi. Qız aydır: “Ol öylə adam degildir kim, sana görinə! - dedi. Amma mən Banıçiçəgin dadısıyam. Gəl, imdi sənünlə ava çıqalım. Əgər sənin atun mənim atumı keçərsə, onun atını dəxi keçərsən. Həm sənünlə ox atalım. Məni keçərsən, anı dəxi keçərsən və həm səninlə gürəşəlim. Məni basarsan, anı dəxi basırsan”, - dedi.
Beyrək aydır: “Xoş, imdi atlanın!” İkisi atlandılar, meydana çıqdılar. At dəpdilər. Beyrək atı qızın atını keçdi. Ox atdılar. Beyrək qızın oqm yardı.
Qız aydır: “Mərə yigit, mənim atumı kimsə keçdügi yoq. Oxımı kimsə yardığı yoq. İmdi gəl, sənünlə gürəş tutalım!” - dedi. Həman Beyrək atdan endi. Qarvaşdılar. İki pəhləvan
Asi#? fW" '
olub, bir-birinə sarmaşdılar. Beyrək götürər qızı yerə urmaq istər, qız götürər Beyrəgi yerə urmaq istər. Beyrək bunaldı. Aydır: “Bu qıza basılacaq olursam, Qalın Oğuz içində başuma qaxınc, yüzimə toxınc edərlər”, - dedi. Qeyrətə gəldi. Qavradı, qızın bağdamasın aldı. Əmcəgindən tutdı. Qız qucandı. Bu gəz Beyrək qızın incə belinə girdi; bağdadı, arxası üzərinə yerə urdı.
Qız aydır: “Yigit, Baybicanın qızı Banıçiçək mənəm!” - dedi. Beyrək üç öpdi, bir dişlədi. “Dügün qanlu olsun, xan qızı!” deyü barmağından altun yüzügi çıqardı, qızın parmağına keçürdi. “Ortamızda bu, nişan olsun, xan qızı!” - dedi.
Qız aydır: “Çün böylə oldı, həman imdi ilərü durmaq gərək, bəg oğlı!” - dedi. Beyrək dəxi: “Nola, xanım, baş üzərinə!” - dedi.
Beyrək qızdan ayrılub, evlərinə gəldi. Ağ saqallu babası qarşu gəldi. Aydır: “Oğul, dan-dansux bu gün Oğuzda nə gördün?”
Aydır: “Nə görəyim, oğlı olan evərimiş, qızı olan köçürmiş...” Babası aydır: “Oğul, ya səni evərmaxmı gərək?” “Bəli, bəs ağ saqallu əziz baba. Evərmax gərək!” - dedi.
Babası aydır: “Oğuzda kimin qızın alı verərin?” - dedi.
Beyrək aydır: “Baba, mana bir qız alı ver kim, mən yerimdən durmadın ol durgəc gərək! Mən qarağuc atıma binmədin ol binmax gərək! Mən qırıma varmadın ol mana baş gətürmək gərək! Bunun kibi qız alı ver, baba, mana” - dedi.
Babası Baybörə xan aydır: “Oğul, sən qız diləməzsən, kəndünə bir hampa istərmişsən. Oğul, məgər sən istədigin qız Baybican bəg qızı Banıçiçək ola?!” - dedi. Beyrək aydır: “Bəli, pəs, əvət, ağ saqallu əziz baba, mənim dəxi istədügüm oldur”, - dedi.
Babası aydır: “Ay oğul, Banıçiçəgin bir dəli qardaşı vardır, adma Dəli Qarçar derlər; qız diləyəni öldürər”. Beyrək aydır: “Ya pəs nedəlim?” Baybörə bəg aydır:“Oğul, Qalın Oğuz bəglərini odamıza oxıyalım, necə məsləhət görərlərsə, ana görə iş edəlim”, - dedi.
§
Qalın Oğuz bəglərini həb oxıdılar, odalarına gətürdilər. Ağır qonaqlıq eylədilər. Qalın Oğuz bəgləri ayıtdılar: “Bu qızı istəməgə kim vara bilür?” Məsləhət gördilər ki, Dədə Qorqut varsun. Deyənlərə Dədə Qorqut aydır: “Yaranlar, çünki məni göndərirsiz, bilürsiz kim, Dəlü Qarçar qız qardaşını diləyəni öldürər. Bari Bayındır xanın tavlasından iki şahbaz yügrək at gətürün: bir Keçi başlu Keçər ayğırı, bir Toğlı başlu Turı ayğırı. Nagah qaçma-qoma olarsa, birisini binəm, birisini yedəm”, - dedi.
Dədə Qorqudun sözi məqbul gəldi. Vardılar, Bayındır xanın tavlasından ol iki atı gətürdilər. Dədə Qorqut birin bindi, birin yetdi. “Yaranlar, sizi Haqqa ısmarladım!” - dedi, getdi.
Məgər, sultanım, Dəlü Qarçar dəxi ağ ban evini, ağ otağını qara yerin üzərinə qurdurmış idi. Yoldaşlar ilə buta atub oturardı. Dədəm Qorqut ötədən bəri gəldi. Baş endirdi, bağır
basdı. Ağız-dildən görkli salam verdi. Dəlü Qarçar ağzın köpükləndirdi. Dədə Qorqudun yüzinə baqdı. Aydar: “Əleykəssalam! Ay əməl azmış, feli dönmüş, Qadir Allah ağ alnına qada yazmış! Ayaqlılar buraya gəldigi yoq. Ağızlılar bu suyumdan içdigi yoq. Sana noldı? Əməlinmi azdı? Felinmi döndi? Əcəlinmi gəldi? Bu aralarda neylərsən?” - dedi.
Dədə Qorqut aydır:
Qarşu yatan qara dağını aşmağa gəlmişəm.
Aqındılı görklü suyunı keçməgə gəlmişəm.
Gen ətəgünə, dar qoltuğuna qısılmağa gəlmişəm. Tanrının buyuruğıyla, Peyğəmbərin qövliylə Aydan arı, gündən görkli qız qardaşın Banıçiçəgi Bamsı Beyrəgə diləməgə gəlmişəm! - dedi.
Dədə Qorqut böylə digəc Dəlü Qarçar aydır:
Mərə, nə dedigim yetürün, Qara ayğırı yarağla gətürün! -
dedi. Qara ayğırı yarağla gətürdilər. Dəli Qarçarı bindirdilər.
Dədə Qorqud göstəgi üzdi; durmadı, qaçdı. Dəli Qarçar ardına düşdi. Toqlı başlu Turı ayğır yoruldı. Dədə Qorqud Keçi başlu Keçər ayğıra sıçradı, bindi.
Dədəyi qova-qova Dəli Qarçar on yelək yer aşurdı. Dədə Qorqudun ardından Dəli Qarçar irdi. Dədənin anısı anıtdı. Tanrıya sıqındı. İsmi-əzəm oqıdı.
Dəli Qarçar qılıcın əlinə aldı. Yuqarısmdan öykə ilə həmlə qıldı. Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala. Dədə Qorqut ayıtdı: “Çalırsan, əlün qurısun!” - dedi.
Haq Taala əmriylə Dəli Qarçarın əli yuqaruda asılu qaldı. Zira Dədə Qorqut vilayət issi idi, diləgi qəbul oldı.
Dəlü Qarçar aydır: “Mədəd, aman, əlaman! Tanrının bir-
liginə yoqdır güman! Sən mənim əlümi sağaldı gör, Tanrının buyruğıyla, Peyğəmbərin qövliylə qız qarındaşımı Beyrəgə verəyin!” - dedi.
Üç kərrə ağzından iqrar eylədi. Günahına tövbə eylədi. Dədə Qorqut dua eylədi. Dəlinin əli Haq əmriylə sapasağ oldı. Döndi, aydır: “Dədə, qız qanndaşımın yolma bən nə istərsəm, verərmisin?”
Dədə aydır: “Verəlim!” Dedi, görəlim, nə istərsən? Dəlü Qarçar aydır: “Bin buğra gətürün kim, maya görməmiş ola. Bin dəxi ayğır gətürün kim, heç qısrağa aşmamış ola. Bin dəxi qoyun görməmiş qoç gətürün. Bin də quyruqsızqulaqsız köpək gətürün. Bin dəxi bürə gətürün mana”, - dedi. Əgər bu dedigim nəsnələri gətürərsinüz, xoş, verdim. Amma gətürməyəcək olursan, bu qatla öldürmədim, ol vaqtm öldürərin!” - dedi.
Dədə döndi, Baybörə bəgün evlərinə gəldi. Baybörə
bəg aydır:
“Dədə, oğlanmısan, qızmısan?” Dədə: “Oğlanam!” - dedi. “Ya pəs necə qurtuldun Dəli Qarçarın əlindən?” - dedi. Dədə aydır: “Allahın inayəti, ərənlərin himməti oldı; qızı aldım”, - dedi.
Beyrəgə və anasına və qız qardaşlarına muştçı gəldi. Sevindilər, şad oldılar. Baybörə bəg aydır: “Dəlü nə qədər mal istədi?” Dədə aydır: “Yarımasun-yarçımasun, Dəlü Qarçar eylə mal istədi ki, heç bitməsün!” -dedi. Baybörə bəg aydır: “Hələ nə dilədi?” Dədə aydır: “Bin ayğır diləyübdür kim, qısrağa aşmamış ola. Bin dəxi buğra dilədi kim, maya görməmiş ola. Bin də qoç diləyübdür, qoyuna girməmiş ola.
§ S e h -

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets