به دل در خواص بقا می‌گریزمبه جان زین خراس فنا می‌گریزم

Əbədiyyət qoynuna bu gündən atıram can,Qaçıram puç dünyanın fani dəyirmanından.

از آن چرخ چون باز بر دوخت چشممکه باز از گزند بلا می‌گریزم

Gözümü əl quşu tək bağladı zalım fələk,Bir də qəmdən, bəladan xilas olmasın ürək.

چو باز ارچه سر کوچکم دل بزرگمنخواهم کله وز قبا می‌گریزم

Qırğı tək başım kiçik olsa da, gendir sinəm,Onunçün də nə papaq, nə də don istəyirəm.

درخت وفا را کنون برگ ریز استازین برگ ریز وفا می‌گریزم

Solmuş vəfa ağağı, tökülmüş yarpaqları,Vəfa olmayan yerdə könlümün nə qərarı?

گه از سایهٔ غیر سر می‌رهانمگه از خود چو سایه جدا می‌گریزم

Özgələrin kölgəsi xofa salır qəlbimi,Vaxt olur öz-özümdən qaçıram kölgə kimi.

چو بیگانه‌ای مانم از سایهٔ خودولی در دل آشنا می‌گریزم

Vücudumun kölgəsi kəsilsə də yad mənə,Can atıram könüldə yetəm dostun vəslinə.

دلم دردمند است و هم درد بهترطبیب دلم کز دوا می‌گریزم

Könüldə dərdü qəm çox, xoşdur mənə bu dərd, qəm,Qaçıram ki, nə təbib tapsın məni, nə məlhəm.

مرا چشم درد است و خورشید خواهمکه از زحمت توتیا می‌گریزم

Nurdan göz qamaşsa da, çəkmərəm əl günəşdən;Tutiya əzabından qaçıram hər zaman mən.

مرا چون خرد بند تکلیف سازدز بند خرد در هوا می‌گریزم

Məni min təklif ilə ağıl salmış kəməndə,Ondan xilas olmağın gəzər xəyalı məndə.

دهان صبا مشک نکهت شد از میبه بوی می اندر صبا می‌گریزم

Səhərin dodaqları ətir yayır havaya.Qaçıram ki, yetişsin məftun könül səbaya.

بگو با مغان کاب کاری شما راستکه در کار آب شما می‌گریزم

Mey içməyi gəl öyrən meyxanə sahibindən,Meylim mey içmək olsa, ora yollanaram mən.

مرا ز اربعین مغان چون نپرسیکه چل صبح در مغ سرا می‌گریزم

Sor qırx piri-muğandan mənim əhvalımı sən,Qırx sübhümü keçirdim meyxana küncündə mən.

به انصاف دریاکشانند کانجاز جور نهنگ عنا می‌گریزم

O yerdə dəryalarca şərab nuş eyləyən var,Nəhənglərdən qaçıb mən o yerdə tutdum qərar.

مغان را خرابات کهف صفا داندر آن کهف بهر صفا می‌گریزم

Meyxanə səfalıdır kəhfin xərabatından,Səfa üçün o kəhfə can atıram mən də, can!

من آن هشتم هفت مردان کهفمکه از سرنوشت جفا می‌گریزم

Yeddi nəfər var orda, mən oldum səkkizinci,Atmış məni o səmtə taleyin zülmü, rənci,

بده جام فرعونیم کز تزهدچو فرعونیان ز اژدها می‌گریزم

Ey saqi, badə ver sən, o Firon badəsindən,İlandan qaçdı Firon, mən zöhd əqidəsindən.

به من آشکارا ده آن می که داریبه پنهان مده کز ریا می‌گریزم

Gizlətmə bir nəfərdən, açıq ver o şərabı,Qaçıram mən riyadan, ki çəkməyim əzabı.

مرا از من و ما به یک رطل برهانکه من، هم ز من، هم ز ما می‌گریزم

Ayır sən bir qədəhlə məni məndən və bizdən,Həm bizdən, həm də məndən ayrılmaq istərəm mən.

من از باده گویم تو از توبه گوییمگو کز چنین ماجرا می‌گریزم

Mən badədən söz açdım, sən tövbədən, sus artıq!Qaçıram macəradan, bilsin bunu xəlayiq.

حریف صبوحم نه سبوح خوانمکه از سبحهٔ پارسا می‌گریزم

Aludəyəm şəraba, təsbeh hara, mən hara?Qaçıram möminlərin təsbehindən kənara.

مرا سجده گه بیت نبت العنب بسکه از بیت ام القری می‌گریزم

Yetər ibadətimçün bir meynənin kölgəsi,Qoy əhli-şərə qalsın möminlərin Məkkəsi.

مرا مرحبا گفتن سفره داراننباید، کز آن مرحبا می‌گریزم

Məni tərif etsə də dar süfrəli adamlar,Onların bu tərifi qəlbimi yaman sıxar.

قدح‌ها ملا کن به من ده که من خودز قوت اللسان برملا می‌گریزم

Doldur ləbaləb olsun, dolsun mənim piyaləm.Badəm yarımçıq olsa, can mülkümü tutar qəm.

نه‌نه می‌نگیرم که میگون سرشکمکه خود زین می کم بها می‌گریزم

Yox, mey deyil məramım, mey rəngli gözyaşım var,Mənim qiymətli könlüm ucuz meydən nə anlar?!

سگ ابلق روز و شب جان‌گزای استازین ابلق جان‌گزا می‌گریزم

Bax, bu gecəylə-gündüz bir itdir, rəngi ala,Bu ala rəngli itdən qəlb istər uzaq qala.

ندارم سر می که چون سگ گزیدهجگر تشنه‌ام از سقا می‌گریزم

İt qapmış bir adam tək, od tutub yansa qəlbim,Su üçün açmaram əl saqi olarsa hər kim.

کشش خود نخواهم من آهنین جانکه از سنگ آهن ربا می‌گریزم

Qaçmıram işvə-nazdan, cismim dəmirdir, ancaq –Qaçıram mən onunçün ahənrübadan uzaq.

هم از دوست آزرده‌ام هم ز دشمنپس از هر دو تن در خدا می‌گریزم

Məni gah yad incidib, gah dostum, gah həmrahım,Onlardan əl üzmüşəm, bir Allahdır pənahım.

مسیحم که گاه از یهودی هراسمگه از راهب هرزه‌لا می‌گریزم

Qorxuram gah Məsih tək, mən də yəhudilərdən,Gah da hərzə keşişdən həzərlə qaçıram mən.

چنانم دل آزرده از نقش مردمکه از نقش مردم‌گیا می‌گریزم

İnsanların adından elə qorxmuşam ki, ah!Məndə dəhşət yaradır hətta o mərdüm-giyah.

گریزد ز شکل عصا مار و گویدعصا شکلم و از عصا می‌گریزم

Əsanın görkəmindən qaçaraq deyər ilan:"Qaçıram, məndə əsa görkəmi olduğundan".

قفا چون ز دست امل خوردم اکنونز تیغ اجل در قفا می‌گریزم

Boynumu vurduğundan arzumun kəskin əliQaçıram əldə qılınc mən görəndə əcəli.

به بزغاله گفتند بگریز، گفتا:که قصاب در پی کجا می‌گریزم

Qaç dedilər oğlağa, oğlaq gəldi zinhara,Qəssab dalda durarkən, dedi, qaçım mən hara?

همه حس من یک به یک هست سلطاناز این سگ مشام گدا می‌گریزم

Bax, bütün hisslərim şahanədir binadan,Qaçıram, yalnız qorxu adlanan bir gədadan.

من آن دانهٔ دست کشت کمالمکزین عمرسای آسیا می‌گریزم

Kamalın öz əlilə əkilmiş bir dənəm mən,Qaçıram ömrü əzən dəyirmanın əlindən.

من آبم که چون آتشی زیر دارمز ننگ زمین در هوا می‌گریزم

Bir suya bənzərəm mən, altında od var kimi,Torpağın töhmətindən qaçıram ruzgar kimi.

بدیدم عیار جهان کم ز هیچ استازین بهرج ناروا می‌گریزم

Çox misana çəkib mən gördüm ki, puçdur cahan,Qaçıram oda doğru baltanın qorxusundan.

سیاه است بختم ز دست سپیدشور این پیر ازرق‌وطا می‌گریزم

Onun ağ əllərindən mənim bəxtim qaradır,Qaçıram bu qocadan, bilmədən yol haradır?

ز بیم فلک در ملک می‌پناهمز ترس تبر در گیا می‌گریزم

Fələyin dəhşətindən mələyə sığınır can,Qaçıram oda doğru baltanın qorxusundan.

چو روز است روشن که بخت است تاریبه شب زین شبانگه لقا می‌گریزم

Bəxtiqarə olmağım aydındır günəş kimi,Qaçıram ki, gecəyə qatım qara bəxtimi.

صلای سر و تیغ می‌گوئی و مننه سر می‌کشم، نز صلا می‌گریزم

Odla qılınc gətirsən ömrümə son qoymağa,Qaçaram nə qılıncdan, nə də oddan uzağa.

گرم ساز یکتا زنی یا دوتائیدر اندازمت کز سه تا می‌گریزم

Bir sazda bir sədalı, bir səsli nəğmə çal sən,Qaçıram üç sədalı setarın nəğməsindən.

وغا در سه و چار بینی نه در یکمن و نقش یک کز وغا می‌گریزم

Dördlə üç sərhədində tükənməz bir savaş var,Qaçıram bu savaşdan, mənə təkdir havadar.

قماری زنم بر سر پای وانگهز سر پای سازم به پا می‌گریزم

Ayağım çox yaman uduzdum bu qumarda,Başımı ayaq edib qaçıram bu diyardan.

اسیرم به بندخیالات و جان رانوا می‌دهم وز نوا می‌گریزم

Xəyalət zəngirində sızlayır könlüm hər an,Qaçıram bu könüldən qopan bağırtılardan.

ز کی تا به کی پای‌بست وجودمندارم سر و دست و پا می‌گریزم

Qalacağam varlığa bağlanıb nə vaxtadək?Baş götürüb bu yerdən daima qaçam gərək.

گریزانم از کائنات اینت همتنه اکنون، که عمری است تا می‌گریزم

Meylim yox, bu dünyaya göz açdığım saatdan,Gəlmişəm bu qərara, ki qaçam kainatdan.

ز تنگی مکان و دورنگی زمان بسبه جان آمدم زین دو تا می‌گریزم

Məkan dardır, iki rəng vardır bizim zamanda,Qaçıram bezdiyimdən, yox etibar cahanda.

مرا منتهای طلب نیست سدرهکه زا سدرة المنتهی می‌گریزم

Könlümdəki diləklər sığmaz heç bir diyara,Qaçıram göylərin də hüdudundan kənara.

به آهی بسوزم جهان را ز غیرتکه در حضرت پادشا می‌گریزم

Yandıraram cahanı istəsəm bir ah ilə,Məcburiyyət üzündən yaxınlaşdım şah ilə.

نه زین هفت ده خاکدانم گریزانکه از هشت شهر سما می‌گریزم

Yerdəki yeddi kənddən baş alıb qaçıram mən,Qaçıram hətta göydə olan səkkiz şəhərdən.

مرا دان بر از هفت و نه متکائیکه در ظل آن متکا می‌گریزم

Bu yeddi mütəkkəli yerdən uca gör məni,Qaçıram ki, görməyim yerdən doğan kölgəni.

نه عیسی صفت زین خرابات ظلمتدر ایوان شمس الضحی می‌گریزم

Nə İsa kimiyəm ki, qaranlıq xərabədən –Dördüncü göy qatına qol-qanadsız uçam mən;

نه ادریس وارم به زندان خوفیکه در هشت باغ رجا می‌گریزم

Nə Musa kimiyəm ki, edib zindandan təlaş,Qaçıb səkkiz behiştin hər birinə çəkəm baş.

صباح و مسا نیست در راه وحدتمنم کز صباح و مسا می‌گریزم

Gecəyə gündüz olmaz vəhdət yolunda əsla,Qaçıram bu gecəylə gündüzdən ehtiyatla.

چو جغد ار برون راندم آسیابانبر این بام هفت آسیا می‌گریزم

Qovur bayquş tək məni dəyirmançı hər yana,Yeddiqat dəyirmanın yönəlmişəm damına.

بقا دوستان را، فنا عاشقان رامن آن عاشقم کز بقا می‌گریزم

Dosta ölməzlik yarar, aşiqə fani olmaq,Qaçıram ölməzlikdən, belə bir aşiqəm, bax.

چو هستی است مقصد در او نیست گردمکه از خود همه در فنا می‌گریزم

Məqsəd – var olmaqdısa, yox olaram mən onda,Qaçaram öz-özümdən bu yoxluğun yolunda.

شوم نیست در سایهٔ هست مطلقکه در نیستی مطلقا می‌گریزم

Yox olaram o mütləq varlığın sayəsində,Qaçıram çatmaq üçün mütləq yoxluğa mən də.

همه نعل مرکب زنم باژگونهبه وقتی کز این تنگ جا می‌گریزم

Altımdakı köhlənə tərsinə vurmuşam nal,Qaçıram ki, bu məkan darısqaldır, darısqal.

بسی زانیانند دور فلک راازین دیر دار الزنا می‌گریزم

Saysız ulduz görürsən göylər çadırında sən,Qaçıram ulduzların mənhus əlamətindən.

وباخانه‌ای چرخ و خلقی ز جیفههلاک است، ازان از وبا می‌گریزم

Vəba evidir bu çərx, qaçmaq gərəkdir ondan,Qaçmaq gərək dünyanın dövlətindən, malından.

چو غوغا کند بر دلم نامرادیمن اندر حصار رضا می‌گریزم

Könlümdə namuradlıq qovğaya başlayırkən,Razılıq hasarına tərəf bərk qaçıram mən.

نیاز عطا داشتم تا به اکنوننیازم نماند از عطا می‌گریزم

Bu vaxtadək dünyaya ata idi niyazım,Qaçıram o atadan, niyaz mənə nə lazım?

طمع حیض مرد است و من می‌برم سرطمع را کز اهل سخا می‌گریزم

Tamah kişi heyzidir, boynunu vurmuşam mən,Qaçmışam, qaçmaqdayam səxa sahiblərindən.

که خرگوش حیض النسا دارد و منپلنگم ز حیض‌النسا می‌گریزم

Dovşan heyiz görmәkdә bənzəsə də qadına,Mən pələngəm, yaraşmaz heyiz pələng adına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets