در ساحت زمانه ز راحت نشان مخواه
در ساحت زمانه ز راحت نشان مخواهترکیب عافیت ز مزاج جهان مخواه
در داغ دل بسوز و ز مرهم اثر مجویبا خویشتن بساز و ز همدم نشان مخواه
اندر قمارخانهٔ چرخ و رباط دهرجنسی حریف و همنفسی مهربان مخواه
گر در دم نهنگ درآیی نفس مزنور در دل محیط درافتی کران مخواه
از جوهر زمانه خواص وفا مجویوز تنگنای دهر خلاص روان مخواه
از ساغر سپهر تهی کیسه می مخوروز سفرهٔ جهان سیهکاسه نان مخواه
گر خرمن امید سراسر تلف شوداز کیل روزگار تلافی آن مخواه
در ساحت جهان ز جهان یاوری مجویدر آب غرقه گرد و ز ماهی امان مخواه
دل گوهر بقاست به دست جهان مدهگوگرد سرخ تعبیه در خاکدان مخواه
عزلت تو را به کنگرهٔ کبریا بردآن سقفگاه را به ازین نردبان مخواه
همت کفیل توست، کفاف از کسان مجویدریا سبیل توست، نم از ناودان مخواه
خاصانه چون خزینهٔ خرسندی آن توستعامانه از فرشتهٔ روزی ضمان مخواه
زان پس که چار صحف قناعت بخواندهایخود را ز لوح بوطمعی عشر خوان مخواه
چون فقر شد شعار تو برگ و نوا مجویچون باد شد براق تو برگستوان مخواه
دل را قرابهوار مل اندر گلو مکنتن را پیالهوار کمر بر میان مخواه
در گوشهای بمیر و پی توشهٔ حیاتخود را چو خوشه پیش خسان ده زبان مخواه
بل تا پری ز خوان بشر خواهد استخوانتو چون فرشته بوی شنو استخوان مخواه
گو درد دل قوی شو و گو تاب تب فزایزین گلشکر مجوی و از آن ناردان مخواه
از بهر تب بریدن خود دست آز رااز نیستان هیچکسی تبستان مخواه
داری کمال عقل پی زور و زر مشوزرادخانه یافتهٔ دوکدان مخواه
چون شحنهٔ نیاز ز دست تو یاوگی استترس از تکین مدار و پناه از طغان مخواه
وحدت گزین و محرمی از دوستان مجویتنها نشین و همدمی از دودمان مخواه
چون دیدهای که یوسف از اخوان چه رنج دیدهم ناتوان بزی و ز اخوان توان مخواه
سرگشتگی زمان نگر و محنت مکانآسایش از زمان و فراغ از مکان مخواه
در چار سوی کون و مکان وحشت است خیزخلوت سرای انس جز از لامکان مخواه
این مرغ عرشی ار طلب دانهای کندآن دانه جز ز سنبلهٔ آسمان مخواه
خاقانیا زمانه زمام امل گرفتگر خود عنان عمر بگیرد امان مخواه
Zəmanədə axtarma rahatlıqdan bir əsər,
Umma ki, dünya sənin dərdinə dərman edər.
Qem odunda yan, kül ol, yaddan istəmə məlhəm,
Öz dərdinə özun qal, kimsəni bilmə həmdəm.
Çərxin qumar evində hərif tapılmaz sənə,
Dəhrin karvansarası düşərgə olmaz sənə.
Nəhəng udsa da səni, haray salma, səbr elə,
Girdabda boğulsan da, əl uzatma sahilə.
Vəfa adlanan sifət zamanədə tapılmaz,
Gözləmə ki, o edər səni bəladan xilas.
İçmə, qədəh tutarsa qarşına müflis fələk,
Süfrəsindən bu xəsis dünyanın alma çörək.
Yanıb, ümid xərmənin külə dönsə də əgər,
Göz dikmə ki, ruzigar zərərini ödəyər.
Razı olma dünyada hamin olsun padişah,
Suda boğul, aparma naqqa balığa pənah.
Vermə dünyaya könlün - o qiymətli gövhəri,
Çünki bu dünya deyil o gövhərin dəyəri.
İlahiyyat ərşinə səni üzlət çatdırar,
Bundan yaxşı nərdivan o məqama harda var?
İnsanlara dikmə göz, hümmətinə arxalan,
Göz çək novdan suyundan, sənə layiqdir ümman.
Şadlıq xəzinəsinə ağalıqla yiyələn,
Ruzi verən mələyə heç vaxt ağız açma sən.
Qənaətin vəsfində dörd kitab oxumusan,
Tamahkarlıq dərsinə başlama əlifbadan.
Varlanmağa çalışma, yoxsulluğu et süar,
Yelqovana baş əymə, külək sənə at olar.
Könlünün boğazına şərab tökmə kuzətək,
Sürahitək yetənə xidmət etməkdən əl çək!
Acından ölsən belə, xəsislərin önündə,
On dilli sünbül kimi, gedib, əyilmə gündə.
Sümük qapar pərilər insanların əlindən,
Mələk kimi qoxu çək, sümüyə göz dikmə sən!
Qoy ürəyin ağrısın, qızdırmadan cana gəl,
Gülqənd üçün, nar üçün ona, buna açma əl!
Qızdırmanı kəsməyə qarğı lazımsa əgər,
Kəs tamah barmağını, - qarğını əvəz edər.
Kamalın, əqlin ki, var, nə zor axtar, nə zər gəz!
Cəhrəçinin ipliyi bafta üçün gərəkməz.
Ehtiyacın darğası tabe ikən Qubada,
Mülkündən qorxma, demə: Tuğan gəlsin imdada!
Dostlara bel bağlama, tək yaşa, azad yaşa!
Həmdəm axtarıb, açma ağız qohum-qardaşa.
Yusifin əhvalını hər zaman yad edərək,
Aciz qalsan, istəmə qardaşlarından kömək.
Zaman sərgərdan etmiş səni, məkan-bağrı qan,
Umma fərəh, rahatlıq nə məkan, nə zamandan.
Dörd yol ayrıcı dünya vəhşətlə dolmuş daha,
Ünsiyyət xəlvətini axtar, sığın Allaha.
Bu ərşin quşu səndən əgər tələb etsə dən,
O dəni topla ancaq göylərin sünbülündən.
Ey Xaqani, ümidin ipini kəsmiş zaman,
Ömr ipini kəssə də, aman istəmə ondan.
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qeside-187
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
MəsnəvilərNeçə şərt ilə ölçülərsə camal,Şərt-əvvəldir hüsnə əqlü kamal.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**