خون ریزی و نندیشی، عیار چنین خوشتر
خون ریزی و نندیشی، عیار چنین خوشتردل دزدی و نگریزی، طرار چنین خوشتر
زان غمزهٔ دود افکن، آتش فکنی در منهم دل شکنی هم تن، دلدار چنین خوشتر
هر روز به هشیاری، نو نو دلم آزاریمست آیی و عذر آری، آزار چنین خوشتر
نوری و نهان از من، حوری و رمان از منبوس از تو و جان از من، بازار چنین خوشتر
الحق جگرم خوردی، خونریز دلم کردیموئیم نیازردی، پیکار چنین خوشتر
مرغی عجب استادم، در دام تو افتادمغم میخورم و شادم، غمخوار چنین خوشتر
من کشته دلم بالله، تو عیسی و جان دردههم عاشق ازینسان به، هم یار چنین خوشتر
این زنده منم بیتو، گم باد تنم بیتوکز زیستنم بیتو، بسیار چنین خوشتر
خاقانیِ جان افشان، بر خاک در جانانکز عاشق صوفی جان، ایثار چنین خوشتر
Qan tökürsən, qorxmayırsan, daha xoşdur belə əyyar,
Çalıb qəlbi qaçmayırsan, daha xoşdur belə tərrar.
Od vurubdur mənə qəmzən, gör bir, necə yanıram mən,
Qəlbim, canım getdi əldən, daha xoşdur belə dildar.
Hər gün gəlib bir qərara, qəlbə vurdun təzə yara,
Məstlik edib çəkdin dara, daha xoşdur belə azar.
Sən bir nursan gözdən nihan, bir pərisən məndən qacan,
Bir busənə bu can qurban, daha xoşdur belə bazaar
Ciyərimi yedin, gözəl, qana döndü ürəyim, gəl,
Tükümə də vurmadın el, daha xoşdur belə qəmxar.
Mən bir quşam işdə ustad, yar toruna düşdüm, ey dad!
Bu dərd ilə oluram şad, daha xoşdur belə rüzgar.
Bil ki, ölmüş qəlbim çoxdan, sən İsasan, ver mənə can,
Mən tək aşiq olmaz, inan, daha xoşdur belə bir yar.
Gör ikinci İskəndəri, Cəmşid kimi bir sərvəri,
Hikmətlidir söz gövhəri, daha xoşdur belə əşar.
Keyxosrov can bağışladı, Səyavuşun çıxdı adı,
Bəhram mindi fələk atı, daha xoşdur belə sevar.
Bu inçinin tayı olmaz, ulduzdan da o sərəfraz,
Ütaridtək al qələm, yaz, daha xoşdur belə göftar.
Şan-şöhrətli, böyük xaqan, İsa dəmli şahi-Şirvan,
Fərmanıyla yaşar dövran, daha xoşdur belə sərdar.
Budur, indi sənsiz varam, sənsiz olmur canım aram,
Sənsiz daha yaşamaram, daha xoşdur belə ilqar.
Ver canını, ey Xaqani, olsun canın yar qurbanı,
Razı salsan şux cananı, daha xoşdur belə rəftar.
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qezel-191
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Qurban olduğumGənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.