بهشت صدرا تا دولت تو در دربستبر آستان تو درهای آسمان بگشاد

قریشی هدی از رایت تو کرد شرفیمانی ظفر از تیغ تو گرفت نژاد

به بارگاه تو دامن کشان رسید انصافز درگه تو گریبان دریده شد بیداد

سپهر مهرهٔ بازوی بندگان تو گشتاز آن قبل ز قبول فنا شده است آزاد

سیه سپید جهان گوئی از دوات تو خاستکه صورت شب و روز آمد آبنوس نهاد

به یاد حضرت تو یوسفان مصر سخنمدام جام معانی کشند تا بغداد

ز بود بنده و نابود او چه برخیزدکجا رضای تو نبود، نبود و بود مباد

رضای خاطر من چون توئی تواند جستکه آب و دانهٔ سیمرغ جم تواند داد

خدایگان سپهر آستان نکو داندکه در جهان سخن بنده بی‌نظیر افتاد

در آن مبین که ز پشت دروگری زاده استکجا خلیل پیمبر ه از دروگر زاد

ز بنده بوی برند آن و این در این صنعتاگرچه موی برند این و آن در این بنیاد

در آن چه عیب که از سرب بشکند الماسهنر در آن، که ز الماس بشکند پولاد

بدل من آمدم اندر جهان سنائی رابدین دلیل پدر نام من بدیل نهاد

دهان دهر به گوهر چنان بیاکندمکه ره نبود نفس را که گویدم فریاد

به باغ خاطر من خواه تازه نخل سخنز خشک بید هر افسرده‌ای چه اری یاد

ز نخل، میوه توان چید چون بیازی دستز بید کرم توان یافت چون بجنبد باد

اگر جهان من از غم کهن شده است رواستجهان به مدح تو تازه کنم بقای تو باد

دلی که مدح تو سازد شکسته به که درستچو جای گنج سگالی خراب به کاباد

Nə qədər ki, dövlət sənin qapındadır pasiban,
Açacaqdır qapısını sənə geniş asiman.

Qüreyşilər bayrağınla sənin oldu səfərbər,
Yəmənilər xəncərinlə sənin oldu müzəffər.

İnsaf gəlib dərgahına, oldu səninlə ortaq,
Zülmü sitəm astanandan qaçdı yaxa yırtaraq.

Fələk sənin qullarının qollarına baş əydi,
Ona görə yüksəklikdə yer tutubdur əbədi.

Öz qələmin rəng vermişdir məharətlə rüzgara,
Gecə, gündüz bu səbəbdən olmuş belə ağ, qara.

Söz Misrinin Yusifləri sağlığına hər zaman,
Nuş eyləyir mənaların badəsini şadiman.
Mənim bütün varlığımı bürümüşdür qəm, kədər,
Sənin qayğın olmayınca bu varlıqdan nə səmər?
Mənim yüksək qiymətimi təkcə bir sən bilərsən,
Simurğ o vaxt yaşayar ki, Cəmşid ona verər dən.
Gözəl bilər bu mətləbi göy cəlallı hökmdar,
Mənim kimi yer üzündə tapılmaz bir sənətkar.
Baxma, sadə bir xarratın oğluyam mən, bil, Azər,
Xarrat idi, lakin oğlu Xəlil oldu peyğəmbər.
Bu sənətdə hər kəs məndən öyrəndi bir fəsahət,
Sonra, gedib, hazırladı mənə min cür fəlakət.
Bu təəccüb deyil, əgər bir qurşun almaz qıra,
Hünər ona deyərəm ki, almaz polad sındıra.
Gedən zaman bu dünyadan Sənaitək bir ustad,
Əvəz gəldim ona, atam mənə Bədil qoydu ad.
Boğazına dünyanın mən gövhər tökdüm o qədər,
Onu aman deməyə də qoymadı bu gövhərlər.

Sən təbimin bağçasından istə təzə xurmalar,
Gedib, hər bir yaramazın söyüdündən umma bar!

Hər an xurma ağacından bollu xurma dərərsən,
Yel əsərsə, kəpənəklər uçar ancaq söyüddən.

Əgər qəmdən qocalmışsa vücudum, nə eybi var?
Mədhin ilə bu dünyanı bəzərəm, ey hökmdar!

Tərifini edən qəlbim sınsın gərək hər anda,
Çün xəzinə olar ancaq xarabazar məkanda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets