Gəl bir səndən xəbər alım,Süleymandan qalan dünya.Əzəli gül kimi açıb,Axırında solan dünya.

De görüm nəyə talibsən?Dərsini kimdən alıbsan?Neçə min yol boşalıbsan?Neçə min yol dolan dünya.

Bu dünya fanidir, fani,Bu dünyada qalan hanı?Davud oğlu Süleymanı,Öz taxtından salan dünya.

Xəstə Qasım qalıb naçar,Bu sirri bəs kimlər açar?Gələn qonar, qonan köçər,Hey salarsan talan dünya.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets