Kimdi
Ay ağalar, ay qazılar,Göy çadırda duran kimdi?Haqqa mizan tərəzini,Yol isratı quran kimdi?
Məna qılın qul kafəni,Hardadı dörd mələyin mənanı?Dəryanın üstə kotanı,Pələng qoşub sürən kimdi?
Xəstə Qasım bir deyilsən,Sən insana sir deyilsən.Hər sirləri bilən deyilsən,Sirri səndən soran kimdi?
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-kimdi
Use ← → keys to move, R for a random poem