Xətaiyəm xəttarəm,Həq sirrine settarəm,Həkimlerin dərmanı,Tebiblərə ettarəm.

Xətaiyəm bir haləm,Əlif üstiündə daləm,Sufiyəm teriqətdə,Həqiqətdə abdaləm.

Xətaiyəm, ver cəvablən,Qırmızı gül gülablen,Səndən can esirgəmem,Zira kim, bir hesablen.

Xətai işin düşer,Gəlib, gedişin düşer,Dişlemə çiy löqmeni,Yerinə dişin düşər.

Random poem

More by this author

Poems by other poets