Bəs söyləgil, ey Səba, İsara,Ol mürdəni zində qıl, xudara.Var anda münasibət sizinlə,Təşbihi-mütabiət sizinlə.Zülfin kimi qəddi xəm bolubdur,Türrən ğəmidən behəm bolubdur.Könlü dəhənin misalidir təng,Bağrın təkidir məqam ana səng.Çeşmin kimidir əlilü rəncur,Xəttin kimidir vücudi bir mur.Lə’lin təki çeşmi gövhər əfşan,Zülfin kimi fikridir pərişan.Ğəmzən kimi cismi tir ilən pürDişin kimi çeşmi dopdolu dür.Müjən kimi könlü səhm içində,Ağzın kimi zatı vəhm içində.Muyin təki muyədən çü mudur,Tiğin kimi çeşmi dolu sudur.Hicrin təki vəslə çox ümidi,Mehrin kimi fikri naümidi.Türrən kimi bağlu biqərar ol,Əksin kimi xəlqə mehrdar ol.Kəfşin tək işi ayağa düşmək,Saçın kimi solü sağə düşmək.Qoy pirəhənin tək ola məhrəm,Tərlik tək ola boyunla həmdəm.

Uzun saçınız təki ricası,Cüz ğəm dəxi yoxdur aşinası.Yaman gün içində xuyiniz tək,Olmuş təni incə muyiniz tək.Qucmaq dilər ol belin kəmərvar,Yolunda anın təki kim ər var.Saçın təki qəddi dalə dönmüş,Lə’lin kimi yaşı alə dönmüş.Dür kimi sözün dutub qulağə,Düşmüş çü vəfan özü irağə.Belin təkidir zəif avaz,Işin təki halı müxtəlif saz.Gözü yüzünüzdə zəngulun tək,Pür lərzə vücudu mərğulun tək,Düşmüş zənəxin misali çahə,Baxar yüzüni ananda mahə.Cə’din kimi əgri qəddi anın,Mehrin təki yox da həddi anın.Gözün təki cismi sayruluğda,Qaşın kimi taği ayruluğda.Güzgün tək özin dilər müqabil,Irməz çü rəqib rəncə qabil.Saçın təki başı payə düşmüş,Fəryad ilə çəngü nayə düşmüş.Alətləri mehr ola günüz tək,Ğərqə yaşına çü səfiniz tək.Var hümməti boyunuz tək ə’la,Zülfin təki başı pür zi sevda.Doğru yoluna misal balan,Pürxun cigəri besani-lalan.Çün səndə nə vardır anda dəx var,Ağlatma yetər ki, xəndə dəx var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets