Şah şahlığ edər çü nökər olsa,Eşikdə ğulami-kəmtək olsa.

Xoşdur fələk üstə mahi-dilcu,Amma ki, yanında ülkər olsa.

Xurşid önündə zərrə xoşdur,Göglərdə müzəyyən əxtər olsa.

Daim yaşım ayağına damsun,Sərv ayağı xub olur tər olsa.

Hüsni sifətin yazım kitabə,Vəsfində xoş ola dəftər olsa.

Çövkan kimi zülfi var eşitdim,Top olmağa ana bir sər olsa.

Alsun qulağa Xətayi şe’rin,Şahlar qulağında gövhər olsa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets