Qaşın vəhyi bizə bürhan irişdi,Üzündə tə’vili-fürqan irişdi.

Üzündür həq kitabı-vəhyi-mürsəl,Zəhi dövlət sana həqdən irişdi.

Qaşınla kirpigin Turun dağındaNecə bir Musiyi-Imran irişdi.

Aşiq öz dərdinə çün buldu dərman,Həzaran hikməti-Loğman irişdi.

Necə bir hikmət ilə tökdü qanın,Neçənin dərdinə dərman irişdi.

Fənayi-mütləq oldum eşq içində,Əzəldən çün tənə ol can irişdi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Itirmə Misrini sən, ey Nəsimi,Bu Misrə Yusifi-Kən’an irişdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love