Qara saçın ki, zülmatındadur nur,Anın adıdurur nurən-ə’lanur.

Yanağından əyan oldu ənəlhəq,Qaçan surət olar güzgüdə məstur.

Nəzirin yoxdur, ey dilbər, nəzirin,Zəhi sahibnəzər pakizəmənzur.

Mana məqsud iki aləmdə sənsənKi, sənsən cənnətü cənnətdəki hur.

Nə meydən əsrimiş nərgislərin kim,Məni əndişəsindən qıldı məxmur.

Nə müshəfdür ki, hüsnün ayətiniBəyan etdikcə əql andan düşər dur?

Vüsalın cavidani səltənətdir,Bu dövlət olmadı hər şaha məqdur.

Gəl, ey sultani-aləm, arif ol kim,Məlik mə’nidə arifdir, nə fəğfur.

Əgər nuş istər isən nişə qatlanKi, nuşu nişsiz verməz bu zənbur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nə qeyrətli ənəlhəqdir bu, yarəb,Ki, Mənsuru asar darına mənsur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets