Dər təzərröi-həzrəti-həqq (Tanrıya yalvarış)
Dedim ki, əya kərimi-biçun,Qoyma məni sən bu halə məğbun.Bu eşqə məni düçar qıldın,Işimni fəğanü zar qıldın.Bu mur gəzərdi binəva tək,Eşq ağzına saldın əjdəha tək.Lütf eylə məni-fəqirə bari,Öldürmə ğəm içrə zar-zari.Odu buraxan bu canə sənsən,Məqsudi verən cəhanə sənsən.Məqsudə yetir məni-fəqiri,Sənsən qamunun çü dəstgiri.Ya hicri mana vüsal qılgil,Ya həsrəti bu könüldən algil.
Bu növ ilə kim, niyaz qıldım,İxlas ilə kəşfi-raz qıldım,Hatifdən eşitdi guşim avazKey sidqilə eşq evində sərbaz,Ol könül alan gözəl pəridir,Gülzari-cinan anın yeridir.Oldur oturur filan çəməndə,Çün sərvi-çəmən, çü ğönçə xəndə.Cövlandadurur qamu pərilər,Gün təl’ətü mah peykərilər.Dur, şimdi anın saru səfər qıl,Fərxəndə cəmalına nəzər qıl.Çün görə gözün rüxi-dilaram,Ol vəchlə duta könlün aramKim, ayrulığ atəşi-səqərdir,“Əlqürb” civari-mö’təbərdir.Göz görməsə, dil gətürməz aramKim, gözə verür məhəbbət ilham.Şayəd səni hər görəndə ol yarKönlündə mürüvvət edə izhar.Canın məgər anda bula rahət,Didarə baxıb edə qənaət.Bu sözə hezar şükr qıldım,Varmağa yolumni fikr qıldım.Yarəb, mana sən o yari vergil,Əğyardən ayru yari vergil.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dehname-der-tezerroi-hezreti-heqq-tanriya-yalvaris
Use ← → keys to move, R for a random poem
More by this author
Əzəldən ta əbəd heydər gəlübdür,Adam övladına sərvər gəlübdür.
Fələknin gərdişindən dadü fəryadFələknin gərdişindən dadü fəryad,Məni ayırdı səndən dadü fəryad.
Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mənəGetdi ol dilbər, bəsi dərdü bəla qaldı mənə ,Nə bəla, bil kim, yüküş cövrü cəfa qaldı mənə .
Getdi ol məhru yanımdan, yüz cəfa qaldı manaGetdi ol məhru yanımdan, yüz cəfa qaldı mana,Cövr bilmən, kim, bəlayi-müntəha qaldı mana.
Poems by other poets
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Nə bilimFələyin bir belə cövrü olacaqmış nə bilim,Dirilib xəstə yatanlar duracaqmış nə bilim?
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.