Dilbər, həsrətindən xəstə düşmüşəm,Hicran qoymaz duram ayağa məni.Çülqala zülfünə, basdır dərində,Qoyma ki, bükələr ayağa məni.

Gün camalın yüz min eyib tapdaya,Gürüsnəsən al başını tapdaya,Dərdü qəmin həddi nədir tapdayaSən salmasan əgər ayağa məni.

Hazır olsa bir məclisə o zalımYenə mənim öz yaxamdı o zalımPiltə kimi dönə-dönə o zalım,Yandırdı, buladı ayağa məni.

Çünki düşdün eşq oduna yan, yana,İnsaf eylə hər tərəfdə yan yana,Neçə aşiq döşənibdir yan-yana,Kim çalıb onlara ayağa məni

Qoşulmadı Zakir nocamə səndən,Bəhs etmək olurmu nə camə səndən.Nə ücrət istərəm, nə camə səndən,Tək qovma dərindən ayağa məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love