Ağlı yoxdu
Saz dillənir, köz-köz olub yanıram,Gözü yoxdu bu sehrə göz yumanın.Allah bilir, neçə min il yaşı var,Sazdan qalxan bu tüstünün, dumanın.
Öldürən kim, cəllad kimdi, yağı kim,Kimlər çəkdi sinəmizə dağı, kim.Kim nə bilsin xəstəsi kim, sağı kim,Qəvvas olub bu dəryaya cumanın.
Kərəm niyə bir tərsaya bənd olub,Yanan şəhər, tüstülənən kənd olub.Bir düymədə niyə yetmiş bənd olub,Bir işi var hər şübhənin, gümanın.
Keçə bilmir Ərzrumun qışından,Daş əriyir yanağının yaşından.Ağlı çıxıb Zəlimxanın başından,Ağlı yoxdu ondan ağıl umanın.
1997, 6 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-agli-yoxdu
Use ← → keys to move, R for a random poem
More by this author
Türk dünyasının böyük şairi Nəcib Fazil*Qısakürəyin ruhuna ulu sevgilərlə*
Mənliksiz yaşamaq bir mənlik deyilSevgidən alışmaq peşəmdir mənim,Nifrətdən danışmaq, o, – mənlik deyil.
Qara sazın yaddaşıQəbrə köçmür, qəlbə köçür,qana köçür
Saza baxsın tariximi yazanlarBoy boylamaq, söz söyləmək adətim,Qulaq asın, yasım-toyum danışsın.
Poems by other poets · Wisdom and advice
Amerika alimi R. Uayt meymunun beynini bədəndən ayrı uzun müddət yaşada bilir. Bu məsələ ilə əlaqədar beynin köçürülməsi problemi üzrə dünya filosofları arasında böyük mübahisələr gedir.*Qəribə aləmdir... zəmanəmizdə
ز هر چه در نظر آید مرا جمالت بسز عیشم آن چه به خاطر رسد خیالت بس
Zəmanədən şikayətFəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.