Ağrı
Nələr çəkdik dünya sənin əlindən,Sinəmizin düyünü çox, dağı çox.Bəxtimizin ağlığına inanma,Saçımızın qarası az, ağı çox.
Canımızı dərdin odu yandırır,Zodluların gücü, zodu yandırır.Dilimizi dedi-qodu yandırır,Ömrümüzə qənim çoxdu, yağı çox.
Su istədi yananların bağrı, su,Ağrı Vətən, ağrı Torpaq, ağrı Su.Qananların ürəyinin ağrısı,Nadanların ürəyinin yağı çox.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-agri
Use ← → keys to move, R for a random poem
More by this author
Müşfiqə bir güllə dəydi
Müşfiqə bir güllə dəydi,ona dəyən bu güllədən,
Ozan yoxdu, ozan yoxMən deyəni ipə-sapa düzməyə,Yazan yoxdu, yazan yoxdu, yazan yox.
İlhamOxucularla görüşlərin birində mənəbelə bir sual verdilər:“İlham sizin üçün nə deməkdir?”
YaratdıƏllərimin içindədir gözümün yaşı,Tanrı məni yaradanda kövrək yaratdı.