Arasındasan
Ey insan, hayana qaçırsansa, qaç,Savabla günahın arasındasan.Sağında gündüz var, solunda gecə,Axşamla sabahın arasındasan.
Gündə bir qorxu var, gündə bir hədə,Hər gün dərinləşir ürəkdə zədə.Həyatla döyüşdə, mübarizədə,Səngərlə silahın arasındasan.
Nəfsidir, insanı döndərir ova,Kimin hünəri var qapıdan qova?Oğulsan əl atma yağlı plova,Aş ilə tamahın arasındasan.
Vaxt səni döndərər ota, alafa,Ha yalvar, yırtıcı gəlməz insafa.Mədəsi dəyirman, ağzı kalafa,Pələnglə timsahın arasındasan.
Açdılar, açılmaz sirrin yox sənin,Soydular, soyulmaz dərin yox sənin.Allahdan yuxarı yerin yox sənin,Bəndəylə Allahın arasındasan.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-arasindasan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Derdim o məst gözlərinin çox bəlası varDerdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.
Gözlərimdən tökülür bu dili-müztər qanıGözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd