Vaxtın ancaq bir adı var, zamandı,Keçmişləri, indiləri ayrıdı.Beşik birdi, tabut birdi, taxta bir,Baltaları, rəndələri ayrıdı.

Öz kökündən birdəfəlik qopan var,Öz kökünü həmişəlik tapan var.Tanrı adlı yoğuran var, yapan var,Xəmir birdi, kündələri ayrıdı.

Aldanırıq bu rütbəyə, o çinə,Yem olmuşuq tamahların köçünə.Şeytan girib adamların içinə,Allah birdi, bəndələri ayrıdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love