Dağ çeşməsi istərəm, dodağından öpməyə,Dağ yağışı istərəm, ürəyimə səpməyə.Dağ zirvəsi istərəm, qanadlanıb süzməyə,Dağ yolları istərəm, sinəsində gəzməyə.Dağ çiçəyi istərəm, ətriylə məst olmağa,Dağ qartalı istərəm, könlümcə dost olmağa.Dağları səsləməkdən dilimdə dağ bitdi, dağ,Dağsız dağlar oğluna çətin olub yaşamaq!!!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring