Hər yerdə dağları yaşıl görmüşəm,Araz kənarında sarıdı dağlar.Burda ürəyimin dağı, düyünü,Burda saçlarımın qarıdı dağlar.

Can atdım qoynuna, uça bilmədim,Heç nəyi görüşdən uca bilmədim.Açdım qollarımı, quca bilmədim,Yetim uşaq kimi zarıdı dağlar.

Göynədi səsimdən hər daş, hər qaya,“Araz, Araz” deyib yalvardım çaya.Dedim yaylığımı apar o taya,Bəlkə, yarasını sarıdı dağlar.

Könül nəğməsini endirməz pəsə,Verərəm canımı can deyən kəsə.Dilindən öpərəm, hər kim söyləsə,“Daha taleyindən yarıdı dağlar!”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets