Mən dağ istəyirəm, başı qarlı dağ,Mənə daş yığını, təpə verməyin.Ağzımda dağ boyda dalğa deyirəm,Yazıq, hıçqırtılı ləpə verməyin.İti Araz verin, dəli Kür verin,Mənə həyəcanlı bir ömür verin.Mənə həyat verin istədiyim tək,Qəlbimdən keçəni yaşayam gərək.Bir eşqin dərdidi, bir ömrün yası,Böyük arzuların xırdalanması.

1973, 7 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets