Aşıq Abbas
Qaytar o dağların qoynuna məni,Şirin bir qaytarma çal, Aşıq Abbas.Vurduğun xallara bir də vurulum,Eylə söhbətini bal, Aşıq Abbas.
Nəğməsiz keçməsin ömrün bir anı,Tapşır o tellərə ürəyi, canı.“Dübeyti” üstündə “Alaçuxa”nıTəzədən yadına sal, Aşıq Abbas.
Dindir nəfəsinlə torpağı, daşı,Ucalsın göylərə sənətin başı.Divarqan Abbasın körpə qardaşıEllərin qəlbində qal, Aşıq Abbas.
Könlünü toz basıb, qubar almasın,İllər köhlənini yorğun salmasın.Çıxa bilmədiyin zirvə qalmasın,Aşa bilmədiyin yol, Aşıq Abbas.
Sözünə güc versin, söhbətinə can,Qaraxaç, Başkeçid, Ləlvər, Ağlağan.Məni də hər zaman öz yanında san,Hərdən xəyallara dal, Aşıq Abbas.
Tellər qulaqların tökər pasını,Seç oxu məclisdə sözün xasını.Elə vur nadana söz yarasını,Dəyməmiş tökülsün kal, Aşıq Abbas.
Vurulub, bağlanıb uca dağlara,Çox gəlib bəzirgən, xoca dağlara.Çağır Zəlimxanı qoca dağlara,Olmamış saçları çal, Aşıq Abbas.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-asiq-abbas
Use ← → keys to move, R for a random poem
More by this author
Yaradanım yaxşı bilir,Yolum kimlərin yoludu.
Özünə qayıdır xalqa qayıdanYığır ürəyinə sərvəti, zəri,Gözünə köçürür gözəllikləri.
Yazılmaz o məktubBir zaman anama məktub yazardım,Bir zaman atama məktub yazardım.
Varağa köçməmiş min yazı qaldıDünyanın yolları çaşbaş, dolaşıq,Kim narazı qaldı, kim razı qaldı.
Poems by other poets
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Ağ yalançıBir xaric dövlətdən bir əmirzadə,Gəlibdir Tiflisə, gəzib azadə.
QalıncaŞikar olub əldən ələ düşməsin,Qurulmuş torlara, felə düşməsin,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,