Maral
Səni xəstə görüb gələndən bəri,Mənim də xəyalım xəstədir, Maral.Yaman darıxmışam səndən ötəri,Əlim ürəyimin üstədir, Maral.
Sağ-salamat qayıt xəstəxanadan,Olmasın taleyin könlü qanadan.Səni soruşuram qızdan, anadan,O gündən qulağım səsdədir, Maral.
Gümrah ol, ürəyin qoy dönsün dağa,Doyunca seyrə çıx bağçaya, bağa.Sənintək çiçəyi qarşılamağa,Çiçəklər əlimdə dəstədir, Maral.
1971, 4 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-maral
Use ← → keys to move, R for a random poem