Ustad aşığa
Ürəklər bu gün də əzizlər onu,Nəğməli dillərin Ələsgəridir.Çiçək mövsümündə, yaz aylarında,Açılan güllərin Ələsgəridir.
Üstünə nur yağsın, ay dəli Qoşqar,Sənətkar bu gün də səninlə yaşar.Adına yaraşan nəğmələr qoşar,Kükrəyən sellərin Ələsgəridir.
Ay çərşənbə günü, ay bulaq başı,Qoyma alagözün çatılsın qaşı.Zamanla əkizdir şairin yaşı,Ayların, illərin Ələsgəridir.
Adı zinətidir şərəfin, şanın,Eşqi mayasıdır ürəyin, qanın.O, bizim dövranın, bizim zamanın,O, bizim ellərin Ələsgəridir.
1971, 19 oktyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ustad-asiga
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
ŞadlıqBu gün qonaq düşdüm Kükəl kəndinə,Könlümün bülbülü dil açdı yenə.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Yol saldım onun zülfünə sevdası gözəldirYol saldım onun zülfünə sevdası gözəldir,Hər şeydən onun gün kimi siması gözəldir.